Allahı danan müəlliminin başına stul çırpdı...
Bu gün məşhur xanəndə, Azərbaycanın Xalq Artisti Hacıbaba Hüseynovun doğum günüdür.
Onun haqqında maraqlı faktları təqdim edirik.
Hacıbaba Hüseynəli oğlu Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi ailəsində anadan olub. Atası Hüseynəli kişi ilə anası Seyid Fatimənin ilkiydi. Ondan sonra ailədə yeddi uşaq da dünya gəlib. Amma biri uşaqkən vəfat edib. Qalanları uzunömürlü olublar. Böyük ailəsini dolandırmaq üçün Hüseynəli kişi daş daşıyır, ağır işlər görürdü. Hüseynəli kişi də, Seyid Fatimə də dindar adam idilər.
O, erkən yaşlarında məscidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov Zülfünün oxuduqlarını təkrar edir, ona oxşamağa çalışır.

Əslində, ata nənəsinin Hacıbabadan gözlədikləri başqaydı. Nənəsi onun dini savad alıb axund olmasını istəyirdi. Bu ümidlə: “İstəyirəm Hacıbaba mollaxanaya getsin”, - deyirdi. Sonralar yaşlı qadın sevimli nəvəsinin axund olmamasına təəssüflənir, göz yaşı tökürdü: “Mən uşağımı mollaxanaya qoyacaqdım. Onu axund görmək istəyirdim. Gör, uşağım getdi nə oldu...”.
Hacıbabanın da yaxşı səsi olduğunu məhəllədə hər kəs bilirdi. Hələ uşaq olanda onu dəfələrlə məscidə azan verməyə aparmışdılar. Tezliklə bu xəbər Hacıbabanın oxuduğu məktəbə də çatır. Sovet hakimiyyətinin dinə, dindarlara qarşı mübarizə apardığı, insanları allahsızlaşdırmağa çalışdığı illər idi. Belə bir vaxtda sovet məktəblisinin məscidə getməsinə, azan oxumasına etinasız qalmazdılar. Hacıbabanı da müəllimi buna görə danlayırdı. Körpəlikdən dini söhbətlər eşidən, dinə bağlı olan məktəblini müəlliminin sözləri bərk qəzəbləndirir. Ona görə də masanı qaldırıb onun başına çırpır və məktəbdən çıxır. Beləcə, Hacıbaba Hüseynovun təhsili həyatı 4-cü siniflə bitir.

Atası ilə birlikdə dənizə çıxır, hələ bərkiməmiş qollarının gücüylə qayıqla gətirilən malları daşıyır. Sonra bir sənət sahibi olmaq üçün xarratlığı öyrənir.
Ona qədər nəsillərində oxuyan olmamışdı. Kiçik yaşlarında arabir dodaqaltı zümzümə etdiyinə görə atası xəbərdarlıq etmişdi: “Bilirəm səsin var, hərdənbir mızıldanırsan. Amma birdən çaşıb xanəndə-zad olarsan ha...”
Atasının xəstəliyə tutulması, bir müddət yataqdan qalxa bilməməsi Hacıbabanın qayğılarını daha da artırır. Hüseynəli kişi vəfat edəndə Hacıbaba iyirmi bir, iyirmi iki yaşlarındaydı. Atasını itirəndən sonra ailənin yükünü təkbaşına çiyinlərinə götürməli olur. Xarrat kimi işlədiyi zavodda böyük hörmət qazanır. Elə buna görə də onu müharibəyə aparmırlar. 1943-cü ildə ona çağırış vərəqi gəlir. Yola düşməyə az qalmış Hacıbabanı vaqondan düşürdürlər ki, əmr var, sən gərək burda qalasan.

Bir gün anasını qohumlarıgilə aparanda qonşuda bir qız görür. Əslən qarabağlı olan qızın adı Mehparəydi. O da nənəsigilə qonaq gəlibmiş. Hacıbaba Mehparəyə vurulur. Qızla evlənmək istədiyini anasına söyləyir. Elçi gedirlər. 24 yaşlı Hacıbaba 19 yaşlı Mehparə ilə 1943-cü ildə ailə qurur. Ancaq müharibə olduğu üçün toy etmirlər. Sonralar Hacıbaba Hüseynov zarafatla deyərmiş: “Camaat aclıqda arvadını boşayırdı, mən isə evləndim”.
Yeni evlənənlərə Çəmbərəkənddə baba evində balaca bir otaq ayırırlar. Qara çörəyin güclə tapılan günlərində Hacıbaba həyat yoldaşına təsəlli verir:
“Darıxma, bir az döz. İndi müharibədir. Sonra səni elə yedirib-geyindirəcəyəm ki, hamı barmaqla göstərib deyəcək ki, Hacıbabanın arvadına bax”...

Əlli bir illik evlilikləri boyunca çox gözəl günlər yaşayırlar. Uzun illər övlad həsrəti çəksələr də, onların övladı olmur. Nəhayət belə qərara gəlirlər ki, Mehparə xanımın bacısı qızı Sədaqət xanımı övladlığa götürsünlər. Sədaqət xanım müsahibələrinin birində danışır:
“Balaca olanda məni qoymadı ki, dövrün dəbi ilə onu “papa” çağırım. “Ağa” deməyimi istədi. Özü də atasına “ağa” deyə müraciət edərmiş. Mən orta məktəbdə oxuyanda ardımca gəlirdi. Yoldaşlarım deyirdilər ki, baban gəlib. Yaş fərqimiz böyük idi. Heç sıxılmırdım, cavab verirdim ki, atamdır. Təəccüblənirdilər. Atam çox qısqanc adam idi. Məni hətta xalam oğlu ilə danışmağa qoymurdu. Atam “Sankazver Cabir”lə dost olub. Məhəllədə belələri ilə dost kimi görüşüb-danışıb, oturub-durub. Amma onların bəzi əməlinə qoşulmayıb”.
Qohumu qarmonçalan Teymur Dəmirov onu özü ilə toylara aparmağa başlayır. Əvvəl xanəndə yox, nağaraçalan kimi toylara gedir. Bunu yalnız ailəsinin maddi vəziyyətinə görə edir. Yavaş-yavaş xarratlıqdan uzaqlaşmağa, toylara getməyə başlayır. Müharibənin başa çatmasına az qalmış bir gün baldızı, xanəndə Sara Qədimova onlara qonaq gəlir. Mehparə xanım sözarası deyir: “Ay Sara, Hacının da yaxşı səsi var, hərdən oxuyur”. Sara xanımın, Mehparə xanımın, anasının israrı ilə Hacıbaba oxumağa başlayır. Oxuyub-qurtaranda görür Sara xanım ağlayır. Hacıbaba zarafata salıb deyir:
“Ay qız, yəni mən elə oxudum ki, sən ağladın?..”.
Sara Qədimova deyir:
“Hacı, sən əməlli-başlı xanəndəsən ki...”.
Sara Qədimova tarzən Əhmədxan Bakıxanovla bəstəkar Cahangir Cahangirova yeznəsindən danışır. Hacıbaba Hüseynov Əhmədxan Bakıxanovun ansamblı ilə oxuyur, həm də toylara gedir. Amma televizora çıxmaqda Sara xanımın rolu olub.

Cavanlıqdan şeir, qəzəl, müxəmməs yazıb. Bir də çox mütaliə edib, qəzəl kitabları oxuyub. Seyid Əzimi çox sevirdi. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır.
Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Bilal Əliyev onun tələbələri olublar. Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalar da, onun ifasından çox bəhrələniblər.
Ömrü boyu İmam Hüseyn üçün ağlayıb. Həmişə deyərmiş ki, Allah mənə imam Hüseynin ziyarətini qismət etsin. Ziyarət arzusu gerçəkləşəndən sonra isə deyib ki, mən ölmərəm e daha, Həzrəti Əlinin quyusundan su içmişəm.

Ondan sonra da Fransaya, İsveçrəyə, Belçikaya qastrol səfəri olur. Həkimlər icazə vermir. Dilindən kağız alırlar, sonra səfərə buraxırlar. Hacıbaba deyir ki, yox ey, mən ora gedəcəm, Sədaqət məndən videomaqnitofon, bir də şuba istəyib, onu alıb gətirəcəm. Təyyarədən düşəndə ona aldığı hədiyyələri əlində tutur ki, Sədaqət görsün.
Yetmiş yaşına qədər heç bir fəxri ad almayan xanəndə Xalq Artisti adını alanda da çox sevinmir. Qızı Sədaqət xanım deyir ki, Əvvəllər hərdən ziyarət etdiyi Bibiheybət qəbiristanlığına son illərində tez-tez gedir. Ancaq özünü əvvəlki kimi gümrah hiss etmirdi. Son vaxtlar toylara da getmirdi. Birdən-birə halı dəyişdi. Həkimə apardıq. Dedilər işemiyadır. On gün sonra xəstəxanada qaldı, evə gətirdik. Yavaş-yavaş arıqlayırdı, sonra təngnəfəslik başladı. Uşaq vaxtı pnevmaniya keçirmişdi, ağ ciyərində ləkə vardı. Təngnəfəslik ağ ciyər xərçənginə çevrildi. Xəstəliyini bilmirdi. Bir qonaqlıqda çox danışmış, bir az da oxumuşdu. Ona bu qədər danışmaq olmazdı. Ağır xəstə idi. Xəstəxanadan cəmi 10 gün idi çıxmışdı. Qonaqlıqdan evə gec qayıtdı. Onu gözləyirdik. Bir oğlan qolundan tutub birtəhər gətirdi, ağzından qan gəldi. Əli ilə su istədi, verdim. Həkim çağırmağa getdim, zəng vuranda artıq keçinmişdi”.
24 oktyabr 1993-cü ildə 74 yaşında dünyasını dəyişən xanəndə qızına vəsiyyət edir ki, dəfini heç kimə verməsinlər. (kulis.az)
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
5 yanvar 2026 14:03
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 2025 16:51
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir - Nəriman Nərimanovun oğluna məktubu
6 dekabr 2025 01:02
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Ədalət Tahirzadənin Fazil Mustafaya CAVABI: Bu gün AĞIZLAŞMAĞIMIZIN...
11 noyabr 2025 22:42
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 2025 00:09
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
- Maduro və həyat yoldaşı ələ keçirildi - Tramp təsdiqlədi
03 yanvar 13:52
- Bu gün millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 12:41
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
03 yanvar 12:19
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
03 yanvar 12:09
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
- Prezident və birinci xanım Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı verdi
02 yanvar 17:40
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
02 yanvar 11:30
- İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi
02 yanvar 11:13
- Polad Həşimovun doğum günüdür
02 yanvar 11:07
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
