Azərbaycanlı körpələr üzərində təcrübə aparan erməni “həkim” - FOTO
Qarabağ müharibəsi zamanı əsir və girovluqda olan azərbaycanlılar həm mənəvi, həm də psixoloji cəhətdən iflic vəziyyətinə salınıblar. Müharibə zamanı həkim və tibb bacısı adı altında fəaliyyət göstərən erməni kişi və qadın döyüşçülər ələ keçirilən azərbaycanlı girovlar üzərində necə deyərlər, "sınaq təcrübələri” aparıblar.
Atəşkəsdən sonra Qarabağda "amputasiya otaqları” yaradan işğalçılar Ermənistandan ora xüsusi təcrübələr aparmaq üçün "həkim qrup”ları gətirib. Bu qruplar terrorçu dəstələrin üzvləri olublar.
1993-cü il 31 mart tarixində Kəlbəcər rayonunun işğalı ərəfəsində girov götürülən Gülcamal Quliyeva girovluqda olduğu zaman oğlu Arzu Hacıyevi dünyaya gətirib. Qısa bir müddət ərzində bu uşaq erməni "həkimi” Aida Serobyana tapşırılıb. Serobyan tərəfindən naməlum tərkibli iynələrin vurulması nəticəsində Arzu Hacıyev ömürlük şikəst qalıb.
2003-cü ilin may ayına qədər "sınaq təcrübəsi”nə məruz qalan və erməni terrorunun əlamətlərini daşıyan Arzu Hacıyev o zaman vəfat edib.
Bəs Arzu Haciyev kimi girov azərbaycanlılar üzərində "sınaq təcrübələri” aparan Ermənistanın xüsusi xidmət orqanlarının terrorçu əməkdaşı Aida Serobyan kimdir?
Araşdırmalara görə, polkovnik Aida Sergeyevna Serobyan 15 dekabr 1952-ci ildə Gürcüstanın Maxaradze (Ozurgeti) şəhərində anadan olub. Qarabağ müharibəsində tibb bacısı adı altında döyüşçü kimi fəaliyyət göstərib. 1981-ci ildə İrəvan Tibb Kollecini, 1999-cu ildə isə İrəvan Məhkəmə Ekspertiza və Psixologiya İnstitutunu bitirib.
Qarabağ müharibəsi zamanı, 1992-1994-cü illərdə Serobyan Haterk "partizan” dəstəsinin "Artsax xilasetmə xidməti”ndə iştirak edib. Qırmızı Xaç Komitəsinin insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların üzünə bağlı olan "erməni xilasetmə xidmətləri” əslində azərbaycanlı əsir və girovların ələ keçirilərək, Ermənistan daxilində yerləşən "amputasiya otaqları”na göndərilməsi ilə məşğul olub.
Aida Serobyan 1990-cı ildən etibarən Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi bölməsinin "tibb bacısı” kimi fəaliyyətə başlayıb. 14 aprel 1992-ci ildə Qarabağa xüsusi "həkim qrup”ları daxilində göndərilən Serobyan bir müddət sonra həmin dəstə tərkibində kompleks strateji vəzifələri yerinə yetirmək üçün Xocavəndin Hadrut qəsəbəsi istiqamətinə gedib.
1992-1994-cü illərdə o, Ağdərə, Ağdam, Şuşa, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğal əməliyyatlarında iştirak edib, "Artsiv” terror dəstəsinin tərkibində vuruşub. 1992-ci ildən etibarən Xocavənd istiqamətində həm döyüşən, həm də "sınaq təcrübələri” aparan Aida Serobyan beynəlxalq ASALA terrorçusu Monte Melikonyanın dəstəsində də olub. Göstərdiyi "xidmət”lərə görə Melikonyan tərəfindən "Ağ xaç”la mükafatlandırıldığını bildirən Serobyan 1992-ci ilin avqust ayından etibarən Qarabağın Çıldıran, Ballıqaya, eləcə də Kəlbəcərin Qozlu kəndlərinin işğal və təxribat əməliyyatlarında iştirak edib.
30 iyun 1994-cü ildə Ermənistana geri dönən Aida Serobyanı azərbaycanlı körpələrin qətl və şikəst edilməsindəki əməyi müqabilində Ermənistanın və Qarabağdakı separatçı rejimin "Hərbi xidmətlərinə görə” medalları ilə, 2011-ci ildə isə "İgidliyə görə” medalı ilə təltif edilib.
Ermənistan Respublikası tərəfindən dəstəklənən və erməni dövlət strukturunda çalışan Aida Serobyan hazırda 1998-ci ildən yaratdığı "Qadın döyüşçüləri birliyi”nin sədri olaraq özünü erməni cəmiyyətinə vətənpərvər və ictimai şəxs kimi tanıtmağa çalışır. Yaratdığı "cəmiyyət” daxilində hərbi təcrübələrin öyrənilməsinin vacib olduğunu bildirən Aida Serobyan, əslində mövcud müharibə təhlükəsinə hazırlaşaraq, yeni-yeni erməni qadın döyüşçülər, "həkim”lər və qadın terrorçular hazırlamaqla məşğuldur.
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
