"Putin Ermənistanın xilası üçün əlini ağdan qaraya vurmayacaq"
"Nə qədər ki, Paşinyan Ermənistanda hakimiyyətdə qalacaq, Putin Ermənistanın xilası naminə əlini ağdan qaraya vurmayacaq. Və doğru edəcək".
Bunu "Komsomolskaya pravda"ya müsahibəsində peşəkar hərbi konfliktoloq İqor Lifanov deyib.
Lifanov qeyd edib ki, Ermənistan və Qarabağda vəziyyət nə qədər pis olarsa, bu, Putinə bir o qədər sərfəlidir.
"Burada məşhur "nə qədər pis olsa, bir o qədər yaxşıdır" prinsipi keçərlidir. Bunda da dəmir-geosiyasi məntiqi var. Paşinyanın hakimiyyətdə olduğu bütün dövr ərzində anti-Rusiya "nailiyyətlərini" sadalamaq və təhlil etmək kifayətdir. Hansı ki, sizə xatırlatacağam - özünün və kuratorlarının başlatdığı və Rusiya maraqlarına tamamilə zidd olan "rəngli inqilab" nəticəsində gəlib", - deyə o bildirib.
Ekspert Paşinyan hökumətinin atdığı anti-Rusiya addımlarını sadalayıb.
Putin Ermənistana yalnız Paşinyandan sonra kömək edə bilər
"Birincisi. O, Qarabağ rəhbərlərindən biri və Vladimir Putinin şəxsi dostu Robert Koçaryanı həbs edib. Özü də Putin Paşinyandan Koçaryanı buraxmağı şəxsən xahiş edib. Bu xahişdə o, qətiyyətlə rədd edildi. Bu, təbii ki, Ermənistan liderinin və Rusiya liderinin yaxşı şəxsi münasibətlərinin qurulmasını tamamilə mümkünsüz edib.
İkincisi. Paşinyan KTMT baş katibi Yuri Xaçaturovu həbs edib. Bu da onun Avroatlantik kuratorlarının təhrikinə görə edilib. Bununla da Ermənistanda şəxsən Putinin yaratdığı və bir sıra MDB ölkələrinin maraqlarını müdafiə etməyə yönəlmiş KTMT - nin rolu sıfıra endirildi.
Bundan başqa, ilan, necə deyərlər özü öz quyruğunu sancdı. Xaçaturovun "vurulmasından" sonra baş katib vəzifəsini Belarus nümayəndəsi Stanislav Zas tutdu. O, dərhal Azərbaycanla hərbi əlaqələri canlandırdı və respublikaya yüksək dəqiqliyə malik Belarus silahının göndərilməsini təşkil etdi – elə həmin Ermənistanın acığına və maraqlarına zidd olaraq.
Bundan başqa, islahatçı Nikol Ermənistanın xüsusi xidmət orqanlarını Rusiyapərəst mütəxəssislərdən tamamilə təmizlədi və oraya Soros qrantsoranlarını yerləşdirdi. Bundan sonra, təbii ki, Rusiya və erməni çekistlərinin hər hansı bir təmasları kəsildi ki, bu da münaqişənin başlanmasına öz mənfi təsirini göstərdi.
Dördüncü. Bundan başqa, Paşinyan Ermənistan hakimiyyətinin yüksək eşelonlarına bir sıra Amerika və Britaniya nüfuz agentlərini gətirdi. Bundan sonra Rusiyanın siyasi isteblişmenti erməni hakimiyyətinə inamını birdəfəlik itirdi. Paşinyan həm də erməni Baş Qərargahında və generalitetində ciddi təmizləmə aparıb, Rusiyanın hərbi ali məktəblərində təhsil almış generalları və müvafiq olaraq, Rusiyapərəst əhval-ruhiyyəli adamları oradan uzaqlaşdırdı. Bu, Azərbaycan Ordusuna qarşı hərbi əməliyyatların aparılmasının effektivliyinə təsirsiz ötüşmədi", - deyə o bildirib.
Lifanovun sözlərinə görə, Ermənistanda Rusiya kanallarının pulsuz yayımına qadağa qoyulub. Bu, Ermənistanda Rusiyanın təsirinə qarşı yönəlmiş açıq-aşkar qeyri-dost addımdır. Bununla da" avronikol " Rusiyanın bütün siyasi isteblişentini qəti və dönməz şəkildə öz əleyhinə çevirdi.
"İndi Rusiya-Ermənistan münasibətlərini xeyli və səylə korlayan həmin Paşinyan Rusiyadan hərbi yardım tələb edir? Ağlınız yerindədi, cənab baş nazir? Hərbi yardım həqiqətən də göstərilə bilərdi – amma Paşinyan bəzi şərtləri yerinə yetirdiyi halda. Onların hamısı səsləndirildi, onlarda kriminal heç bir şey yox idi. Sadəcə, Avratlantik kursu Rusiyapərəst kursa dəyişmək lazım idi. Özü də bunu dərhal yox, addım-addım etmək lazım idi. Amma bütün ironiya ondadır ki, cənab "rəngli prezident" özü Rusiyanın bölgədəki maraqlarını bir millimetr belə qarşılamaq arzusunu ifadə etmədi. O, hətta Rusiyanın xüsusi təyinatlısı Belyankinin qatilini İstintaq Komitəsinin tələbi ilə Rusiyaya ekstradisiya etməkdən imtina etdi. Belə çıxır ki, oyun yalnız bir qapıya oynanılır. Bu halda Rusiyanın birtərəfli hərəkəti bütün siyasi oyunçular tərəfindən aşkar geosiyasi axmaqlıq, bütün Rusiya hökuməti isə geosiyasi həriflər kimi qəbul edilərdi. Rusiya belə "ünsiyyət lüksünü" özünə rəva görə bilməz", - deyə o bildirib.
Ekspert hesab edir ki, Putin MDB məkanındakı digər ölkələrin liderlərini Avroatlantik ağalara tərəf sürüklənməkdən və bu prosesdə müşayiət olunan patoloji rusofobiyadan birdəfəlik imtina etdirmək məqsədi ilə Nikol Paşinyana nümayişkaranə şəkildə əngəl törətmək qərarına gəlib.
İqor Lifanov Rusiyanın Paşinyanı niyə sadəcə devirməməsi barədə suala cavab verərkən bildirib ki, Moskvada bu alınmayıb.
"Birincisi, Avronikol Ermənistandakı bütün Rusiyapərəst isteblişmenti dəmirlə yandırıb. Bəzilərini isə həbsxanaya saldırıb. Məkan təmizlənib. İkincisi, Paşinyanın seçimi əslində Ermənistan xalqının seçimidir. Erməni ictimaiyyətində yeni rəhbərə ictimai tələb hələ ki, görünmür. Ermənilər hələ ki, öz milli liderlərindən əl çəkməyə hazır deyillər. Yaxşı, onda aydınlaşdırın, cənablar. Bu isə o deməkdir ki, müharibə, ərazilərin və suverenliyin daha da itirilməsi qaçılmazdır. Son akkordun vaxtı hələ çatmayıb...", - deyə Lifanov vurğulayıb. /Virtualaz.org
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
5 aprel 2026 12:04
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
4 aprel 2026 10:58
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
1 aprel 2026 21:37
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
