General Karapetyan: “Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin yoxsa .."
Dağlıq Qarabağdakı erməni hərbi elitasının daha bir lideri, general Arkadi Karapetyan Azərbaycan Ordusunun Şuşanın həndəvərinə çatdığını bildirib və Ermənstandan hamını köməyə çağırıb. Bildirib ki, əks halda onlar Ermənistana qoşunlarla gedəcəklər.
Əvvəlcə Karapetyan barədə qısaca. Arkadi Karapetyan ermənilərin əfsanəvi komandirlərindən biridir. 1958-ci ildə Xankəndində anadan olub, hələ ötən əsrin 70-ci illərində Dağlıq Qarabağda gizli erməni separatçı hərəkatında yer alıb. 90-ci illərin sonlarında isə Qarabağda erməni separatizmini alovlandıranlardan biridir. 1988-ci ildə Yerevanda yaradılan “Qarabağ” komitəsinin üzvü, separatçı “Krunk” təşkilatının sədr müavini olub. 1989-1991-ci illərdə “Daşnaksütun” sıralarında yer alıb.
Dağlıq Qarabağdan azərbaycanlıların qovulmasına bilavasitə başçılıq edib və 1990-1992-ci ildə separatçıların “müdafiə ordusunun” komandanı olub. Daha sonra separatçıların “özünümüdafiə komitəsi”nin üzvü kimi Qarabağın işğalına rəhbərlik etməyə başlayıb. 1992-ci ilin mayında Arkadi Karapetyan Şuşaya hücuma başçılıq edənlərdən biri idi. Onun başçılıq etdiyi dəstələr şərq istiqamətindən-Şoş kəndindən Şuşaya həmlə etmişdi. Daha sonra Karapetyan Ermənistanda Levon Ter-Petrosyanın hakimiyyəti dövründə, polkovnik rütbəsində ordunun kəşfiyyat rəisi və polk komandiri (1993-1996) olub. 1997-ci ildə Qarabağa qayıdıb və müharibə veteranları ittifaqını yaradaraq ona rəhbərlik etməyə başlayıb. Hazırda o, öz dəstəsi ilə Qarabağda döyüşməkdədir. Əvvəllər çıxışlarında Qarabağ münaqişəsinin həllinin "Bakını almaqla mümkün olacağını" deyirdi.
Arkadi Karapetyan Facebook üzərindən yaydığı videomüraciətində deyir: “Ermənistanda insanlar burada baş verənlərdən xəbərsizdir. Müharibə Şuşanın ətrafında gedir. Buradan sizə nə dediklərini bilmirəm, amma müharibə az qala Şuşa divarlarının altına çatıb. Türklər bizimlə qarşılaşmırlar, sadəcə toplarla, raketlərlə işləyirlər, gəlib ölmüş oğlanlarımızın mövqelərində otururlar.
Mən bunu çaxnaşma yaratmaq üçün demirəm, ona görə deyirəm ki, indi bizim qoz-fındığa və şirniyyatlara deyil, köməyinizə ehtiyacımız var. Yoxsa Ermənistana biz qoşunlarla gələcəyik. Birləşmiş erməni xalqıyıqsa, kömək edin. Ya da deyin tək qalmışıq. Hava məkanını bağlamaq üçün müasir silahlara ehtiyacımız var. Bu sirr deyil, bütün Qarabağ bunu bilir, görür. Elə indi də, bu gün də başımıza göydən nə gəldi tökürlər, heç nə edə bilmirik...”
Erməni sosial şəbəkə istifadəçiləri isə dərhal Karapetyanın müraciətinin altından onu qınayan şərhlər yazmağa başlayıblar. Xatırladaq ki, bundan əvvəl qondarma rejimin rəhbəri Araik Arutyunyan da Şuşa kilsəsinə gələrək orada şam yandırmışdı, dua etmişdi və müraciətlə çıxış edərək Azərbaycan Ordusunun böyük qüvvə ilə Şuşanın 5 kilometrliyinə çatdığını bildirmişdi.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31