Zakir Fərəcov, Laçında döyüşən oğlanların halal pulunu qaytar

Uzun müddətdir ki, iş adamları, sahibkarlar, ustalar, fəhlələr və digər inşaat işçiləri Sumqayıtın icra başçısı Zakir Fərəcovdan öz halal pullarını tələb edirlər.
Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhərinin və bulvarının abadlaşdırılmasında Zakir Fərəcovun dəvəti ilə onlarla şirkət, yüzlərlə usta, fəhlə, iş icraçısı iştirak edərək, şəhərin abadlaşdırılmasına töhfə veriblər. Hətta açılışda iştirak edən cənab prezident İlham Əliyev görülən işləri möhtəşəm adlandırıb. Amma nə olsun.
Bu möhtəşəm işləri görən, iş adamları, sahibkarlar, ustalar, fəhlələr öz halal zəhmət haqlarını Zakir Fərəcovdan ala bilməyiblər.
Narazı şəxslər ölkədə müraciət etmədikləri dövlət qurumu qalmayıb, ancaq ortada nəticə yoxdur.
Ən dəhşətlisi bilirsiniz nədir ?
Redaksiyamıza daxil olan məlumata görə, halal pulunu, zəhmət haqqını Zakir Fərəcovdan ala bilməyən xeyli usta, fəhlə hazırda Qarabağ uğrunda gedən Vətən savaşında qəhrəmancasına iştirak edir.
Görəsən, Zakir Fərəcovun bundan xəbəri varmı ?
Görəsən, Zakir Fərəcovun "sağ əli" Adil Xudadatov haqqını yedikləri sadə insanların müqəddəs müharibədə can qoymaqlarından xəbəri varmı ?
Ümumiyyətlə, Zakir Fərəcov, Adil Xudadatov üçün müqəddəs nəsə varmı ?
Görəsən, Zakir Fərəcovun, Adil Xudadatovun qohumları, doğmaları qanlı döyüşlərdə iştirak edirmi ?
Barı, bu gün Zakir Fərəcov özündə güc tapıb Qarabağda döyüşən oğlanların halal pulunu versin.
Bir sözlə, Zakir Fərəcova suallar çoxdur...
İkinci Qarabağ müharibəsi başlayanda bir çox iri məmurların övladları, yaxın qohumları səfərbər oldular, guya döyüşə yollandılar. Amma son bir ayda məmur övladlarının birinin adı döyüşdə hallanmadı.
Görəsən, hazırda Laçın uğrunda şiddətli döyüşlərin getdiyi zamanda Zakir Fərəcovun övladı, yaxud yaxın qohumu döyüşdə iştirak edirmi ?
Bəli. kimlərsə deyəcək ki, hazırda bu məsələnin yeri deyil. Bəs nəyin yeridir, cənablar ?
Zakir Fərəcovun işlədib halal pulunu vermədiyi ustalar, fəhlələr vətən uğrunda kişi kimi döyüşürlər. Qoy Fərəcov da özündə bir təpər tapıb onların halal pullarını qaytarsın.
- Azərbaycanla Pakistan hərbi əlaqələri müzakirə etdi
12 yanvar 2021 14:14
- Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə
7 yanvar 2021 22:18
- Nərminin nəşinin tapılmasından 1 il keçdi - Fevralın 10-da..
6 yanvar 2021 15:32
- Lütfəli Abdullayevin qızı: "Oğrunun əlindən tutub evə gətirdi"
5 yanvar 2021 09:19
- Zakir Həsənov işğaldan azad edilmiş ərazilərə getdi (FOTO/VİDEO)
27 dekabr 2020 12:36
- Baba və nənəsini öldürən nəvə həbs olundu
26 dekabr 2020 15:21
- Nazir Mikayıl Cabbarov Holcim ASC-də baş verənləri nəzarətə götürdü
21 dekabr 2020 15:02
- “Təkcə Tuğda 600-ə yaxın erməni məhv etdik” - XTQ komandiri
19 dekabr 2020 17:25
- Qaz və işıq limiti ilə bağlı açıqlama:
17 dekabr 2020 12:53
- Həbsdəki sabiq başçı Namiq Zeynalovun törətdiyi cinayət əməllərinin bir ucununun, qardaşı Akif Zeynalova və onun yaxınlarına bağlılığı da iddia olunur
16 dekabr 2020 17:51
- Rotşild infarktdan öldü - 175 mlrd.dollar onu...
16 yanvar 20:49
- Qadın baş redaktor evində qətlə yetirildi
16 yanvar 20:26
- Paşinyanın oğlu Moskvaya qaçdı (VİDEO)
16 yanvar 18:00
- Holcim-in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
16 yanvar 17:35
- “Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir
16 yanvar 16:33
- Şuşanın icra başçısı onu tənqid edənlərə "kor" dedi
16 yanvar 16:26
- Əli Həsənov obyektini 3 milyona satışa çıxardı
16 yanvar 14:11
- Bakıya qar yağacaq, yolları buz bağlayacaq - Xəbərdarlıq
16 yanvar 13:51
- Kafe-restoranlar açılır
16 yanvar 12:27
- SMS- icazə ləğv olunur
16 yanvar 12:23
- Bu Dövlət Komissiyası ləğv edildi - Prezidentdən fərman
15 yanvar 18:26
- Mehriban Əliyeva Şuşadan bu dəfə foto paylaşdı
15 yanvar 17:16
- Prezidentlə ailəsinin səfərdən - Fotoları
15 yanvar 16:57
- “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar”
15 yanvar 15:26
- Habil Vəliyev səhhəti ilə bağlı Prezidentə müraciət etdi
15 yanvar 10:00
- Prezident Şuşaya getdi - Video
15 yanvar 09:47
- Kəlbəcərə at belində... - Video
15 yanvar 09:39
- “Paşinyanın cəbhədə baş verənlər barədə çox az anlayışı var idi”
14 yanvar 20:43
- Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
14 yanvar 18:11
- Vüqar Səfərli həbs edildi
14 yanvar 15:25
- Putin Ərdoğana deyə bilərdimi ki, mən bunu-bunu istəyirəm?
14 yanvar 14:52
- Georgi Vanyan: "Paşinyan 7 rayonu müharibəsiz versəydi.."
14 yanvar 14:18
- Erməniləri ifşa edən erməni ensiklopediyası
14 yanvar 13:52
- Ərdoğanla Putin arasında kritik Qarabağ razılaşması: Türkiyə masada yox, sahədədir
14 yanvar 13:31
- “Həyat yoldaşım mənə aldığı maşını başqa qadına bağışladı”
14 yanvar 10:35
- Merkeli kim əvəzləyəcək?
14 yanvar 10:29
- Baş redaktor azyaşlı övladının müalicəsi üçün Mehriban Əliyevaya müraciət etdi
14 yanvar 10:23
- ABŞ-da Konqresin binası belə qorunur
14 yanvar 10:14
- Qarabağda erməniləşdirilən Azərbaycan xaçpərəstləri – Gizlədilən tarix
13 yanvar 22:50
- Mübariz Mənsimovun məhkəməsi təxirə salındı
13 yanvar 21:45