İnsan haqları və...xristian həmrəyliyi - Teyyub Qənioğlu
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
İnsan haqlarının qorunmasını özlərinin əsas vəzifəsi elan edən beynəlxalq təşkilatların mütləq əksəriyyəti öz fəaliyyətlərində beynəlxalq hüquqları deyil, xristian həmrəyliyini əsas götürürlər
İnsan haqlarının qorunmasını özlərinin əsas vəzifəsi elan edən beynəlxalq təşkilatların mütləq əksəriyyəti öz fəaliyyətlərində beynəlxalq hüquqları deyil, xristian həmrəyliyini əsas götürürlər
Tarix boyu daim türk düşmənlərinin hərtərəfli yardımına arxalanaraq və istifadə edərək öz məkrli niyyətlərini həyata keçirməyə can atan, müəyyən tarixi dönəmlərdə buna qismən nail olan, bütün insani hisslərin yad olduğu, qaniçən, təcavüzkar, faşist təbiətli ermənilər yenə də öz miskin, məkrli xasiyyətlərindən əl çəkməyə meyilli görünmürlər. Siyasi, diplomatik, informasiya, xüsusilə də hərb meydanında uduzan, tam iflasa uğrayacağı qaçılmaz olan erməni faşistləri qarşılaşdıqları qaçılmaz məğlubiyyətdən yaxa qurtarmaq üçün yenə də öz "ənənəvi istəklərinin" gerçəkləşəcəyinə ümid edirlər. Hər şeydən göründüyü kimi və təəssüf ki, bu, təkcə onların istəkləri ilə deyil, daha çox, regionumuzda öz məqsədlərinə nail olmaq üçün ermənilərdən araqarışdıran maşa kimi istifadə edənlərin istəkləri ilə bağlıdır. XIX əsrin əvvəllərində müsəlman türklərə qarşı mübarizədə bir plasdarm kimi istifadə etmək məqsədi ilə, süni şəkildə əzəli və əbədi Azərbaycan torpaqlarında əvvəl erməni vilayəti, sonralar qondarma erməni "dövləti" yaradanlar bu insana bənzərlərə daim siyasi, diplomatin, hərbi yardımlarla yanaşı "hüquqi", informasiya dəstəyi də göstərmiş və bu gün də bu istiqamətlərdə "fəaliyyətlərini" davam etdirməkdədirlər. Məhz xarici havadarlarının hərtərəfli dəstəyinə arxalanan Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nın Nizamnaməsinə, ATƏT-in prinsiplərinə zidd olaraq keçən əsrin 90-cı illərində Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərinin 20,0 faizini işğal etmiş, nəticədə bir milyondan artıq vətəndaşımız doğma torpaqlarından qovulmuş, 20 mindən artıq insan qətlə yetirilmiş, minlərlə insanımız əlil olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini icra etməkdən imtina edən Ermənistan 30 il ərzində, nəinki öz işğalçılıq siyasətindən əl çəkməmiş, hətta yeni ərazilərin işğal edilməsi məqsədi ilə 27 sentyabr 2020-ci ildə bütün cəbhə böyu hücuma keçmişdir. Beynəlxalq hüquq normalarına və BMT-nın Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan təcavüzkara layiqli cavab vermək məcburuiyyətində qalmış və əks həmlələrlə torpaqlarının xeyli hissəsisni azad etməyə müvəffəq olmuşdur. Ancaq cəbhədə düçar olduğu məğlubiyyətlə barışmayan təcavüzkar Ermənistan bunun əvəzini Azərbaycanın cəbhə bölgələrindən uzaqda olan Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini mütəmadi olaraq raketlərlə atəşə tutmaqla, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməklə çıxmağa çalışır. Ermənistan ərazisindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən dinc əhalisinin ballastik raketlərlə atəşə tutulması nəticəsində uşaq, qadın, yaşlı olmaqla 100 nəfərə yaxın insanımız həlak olmuş, 400 yüzdən çoxu yaralanmış, yüzlərlə çoxmənzilli binalar və müxtəlif təyinatlı obyektlər dağıdılmışdır. Bununla da, Ermənistan islaholunmaz, terrorçu dövlət olduğunu növbəti dəfə nümayiş etdirir. Ancaq Ermənistanın bu təcavüzkar hərəkətləri hələ də, beynəlxalq təşkilatlar tərəfindən nəinki lazımınca qiymətləndirilmir, əksinə, susqunluq nümayiş etdirilir. Ermənistanın işğalçı, təcavüzkar, beynəlxalq hüquq normalarına zidd, bəşəriyyətə qarşı cinayət hesab ediləcək hərəkətlərinə biganə qalmamaq, belə hərəkətlərə son vermək üçün öz imkanlarında istifadə etmək məqsədi ilə, biz Təkamül Partiyası olaraq, 17 oktyabr 2020-ci ildə, 33 beynəlxalq təşkilata, o cümlədən, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, Avronest Parlament Assambleyasına, Qlobal Təhlükəsizlik Təşkilatına (Global Security), Beynəlxalq Həyəcan təşkilatına (International Alert), Beynəlxalq Ədalət Körpüsünə (International Bridges to Justice), Beynəlxalq Böhran Qrupuna (International Crisis Group), Beynəlxalq Xilasetmə komitəsinə (International Rescue Committee), Sərhədsiz Vasitəçilərə (Mediators Beyond Borders), Uşaq haqlarının Qorunması üzrə Beynəlxalq Təşkilata (Save the Children International), Beynəlxalq Qaçqınlar Təşkilatına (International Refugee Organization), Human Rights Watch təşkilatına, Qadınların Sülh və Azadlığı Beynəlxalq Liqasına (Women’s International League for Peace and Freedom), Amnesty İnternationala, Sülyaradan Qadınların Qlobal Şəbəkəsinə (Global Network of Women Peacebuilders) və s. müraciət etmişdik. Ancaq indiyədək heç bir təşkilat bu müraciətə reyaksiya verməmişdir və bu, təcavüzkar ermənilərə dəstək anlamına gəlir, onları "ruhlandırır"! Hər şeydən göründüyü kimi, insan haqlarının qorunmasını özlərinin əsas vəzifəsi elan edən beynəlxalq təşkilatların mütləq əksəriyyəti öz fəaliyyətlərində beynəlxalq hüquqları deyil, xristian həmrəyliyini əsas götürürlər. Təəsüf ki, bir sıra beynəlxalq təşkilatlar həm də, bəzi Qərb dövlətlərinin əlində "insan haqlarının pozulduğunu əsas götürərərk" müstəqil siyasət yürüdən dövlətlərə, o cümlədən Azərbaycana, qarşı təzyiq göstərmək üçün alət rolu oynayırlar. Göründüyü kimi, həm ermənilər, həm də onların havadarları hələ də, regionda yaranmış mövcud reallıqla barışmaq niyyətində deyillər. Ancaq yanılırlar! Onlara tövsiyyəmiz- Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi- hələ gec deyil, hərəkətlərinin sonrasını düşünsünlər!
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
