Robert Koçəryanın da məzun olduğu Xankəndi şəhər 4 saylı orta məktəb... - FOTOLAR
İdman4 noyabr 2020 21:58
Nizami Gəncəvi adına Xankəndi şəhər, 4 saylı tam orta məktəbindən danışacam. Məktəb hal-hazırda Sabunçu rayonunun, Ramana qəsəbəsində “Şuşa” şəhərciyində yerləşir. 1945-ci ildən Xankəndi şəhərində fəaliyyət göstərən təhsil ocağı bu gün də öz fəaliyyətini davam etdirir.
80-ci illərin sonlarında ermənilərin Dağlıq Qarabağla bağlı məkrli planlarında qarşıda duran ən başlıca vəzifələri ilk növbədə Xankəndini azərbaycanlılardan təmizləmək olub. Təbii ki, şəhərdə fəaliyyət göstərən, azərbaycanlıların təhsil aldığı təhsil ocaqlarının fəaliyyətinə son qoymaq isə bu planın tərkib hissəsi kimi önə çəkilib. Sırada isə birinci yerdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi durub. Bu məktəb Xankəndi şəhərində, erməni şovinizminin əhatəsində milli hissləri, azərbaycançılıq ideyalarını və məfkurəsini daim qoruyub saxlayıb, şəhərin azərbaycanlı icmasının mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynayıb.Məktəb həmçinin qəhrəmanları ilə də ad-san qazanıb. Milli qəhrəmanlarımız Şirin Mirzəyev, Nizami Məmmədov bu məktəbin şagirdləri olub. Xalq artisi Fəxrəddin Manafov, ictimai-siyasi xadim, sabiq millət vəkili Flora Qasımova, müğənni Xatirə İslam, Ermənistanın eks prezidenti Robert Koçəryan və başqaları da bu məktəbin yetirmələridir. Flora Qasımova bu məktəbdə oxuduğunu, daha sonra pedaqoji fəaliyyətə də elə bu təhsil ocağında başladığını bildirib.
Moderator.az-a açıqlama verən Flora xanım məktəblə bağlı xatirələrini bizimlə bölüşüb:

“O məktəbin özünün xüsusi bir əlamətlərimi deyək, qayda-qanunumu deyək, nizam-intizamımı deyək tamam başqa idi. Bu məktəbin əsas xüsusiyyəti bir də onda idi ki, Xankəndi əvvəl həm də rayon idi, Azərbaycanlı kəndlərində azərbaycanlı uşaqları ancaq 8 illik məktəbi qurtarırdılar. Sonradan gəlib Xankəndində orta məktəbi başa vururdular. Bu məktəbin müəllimləri həqiqətən əsl fədakar müəllimlər idi. Çünki burda təkcə təhsil, tərbiyə yox, həm də milli mənəvi dəyərlərimizin, adət ənənələrimizin qorunmasının əhəmiyyəti var idi. Bu məktəb mənə həm də ona əzizdir ki, həyat yoldaşım, Şirin Mirzəyevlə mən bu məktəbdə, bir sinifdə oxumuşuq. Hətta bir partada da oturmuşuq. Vahid müəllim məktəbdən gedəndən sonra Şirin Mirzəyev dram dərnəklərini bizimlə təşkil edirdi. Mənim yadımdadır, hətta o əsgərlik dövründə də məzuniyyət götürüb, mütləq gəlirdi o məktəbə. O dərnəyin fəaliyyəti ilə maraqlanırdı” - deyə Flora Qasımova bildirib.
Məktəbin direktoru Cəmilə Əhmədova isə saytımıza bildirib ki, uşaqlar bu təhsil ocağında vətənpərvər ruhda yetişdirilir:

“Mən özüm Xankəndi məktəbinin məzunuyam. Düzdür, əsirlikdə qalan məktəbimin burada köçkün həyatını yaşasaq da mən öz dərin minnətdarlığımı möhtərəm prezidentimizə bildirmək istəyirəm ki, o abu havanı burada yaratdı. Bu məktəbdə başlanğıcda 300 nəfərlik şagird nəzərdə tutulmuşdu, 247 nəfərlə məktəbimiz fəaliyyətə başladı. Hal-hazırda 1306 şagirdimiz var. Biz bu gün şagirdlərimizə vətənpərvərlik hissini aşılayırıq. Bu gün biz əminik ki, müəllimlərimizin yetişdirdiyi şagirdlər öz sözünü cəbhədə deyir” deyə bildirib.

Məktəbdə təhsil alan şagirdlərdən biri də Leyla Həsənovadır. O Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsidir:
“Mənim babam Xocalı uğrunda şəhid olub. Babam haqqında da bu məktəbdə vaxtaşırı gecələr keçirilir, biz şagirdlər də şeir deyirik. İnşallah ki, biz torpaqlarımıza qayıdacaqıq və biz ora qayıdanda bütün şəhidlərin, həmçinin də mənim babamın ruhu şad olacaq” - deyə Leyla bildirib.
Məktəb bu gün öz fəaliyyətini koronovirus pandemiyasının tələblərinə uyğun davam etdirir. İnşallah tezliklə bu məktəb öz torpağında, Xankəndində yenidən fəaliyyətə başlayacaq. O gün elə də uzaqda deyil...
Oxşar xəbərlər
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
