Elmar Vəliyevi vurmağıma peşman deyiləm
Dünən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cinayətində ittiham olunan Yunis Səfərov bu hadisəni törətməsinin səbəbləri barədə ətraflı danışıb.
Gununsesi.info xəbər verir ki, O, noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda ifadə verib.
Y.Səfərov baş verənləri Qarabağ müharibəsi ilə müqayisə edib. O bildirib ki, Azərbaycan on illər boyu beynəlxalq təşkilatlarla danışıqlar aparıb, ermənilərin işğal etdiyi torpaqlardan geri çəkilməsi üçün kömək istəyirdi: “Beynəlxalq təşkilatlar biganə yanaşdı, tədbir görmədi. Problem həll olunmadığına görə Azərbaycan müharibə yoluyla torpaqlarını azad etmək qərarına gəldi. Gəncə hadisəsi də belədir. İllərlə səlahiyyət sahiblərinə, dövlət orqanlarına deyildi, yazıldı. Amma baxan olmadı. Azərbaycanda vətəndaşın hüquqlarını qorumalı olan dövlət orqanları “hamı qanun qarşısında bərabərdir” prinsipinə hörmət etmədiyinə görə baş verdi bu hadisə. Vəzifəli ilə adi vətəndaş arasında yerdən göyə qədər fərq qoyulur. Əksinə, şikayət edən vətəndaşı cəzalandırırlar”.
“Mənim üçün rahatlıq…”
Əməlindən peşman olmadığını vurğulayan Y.Səfərov bildirib ki, vətənində baş verən haqsızlıqlara biganə qala bilmir. Onun sözlərinə görə, E.Vəliyevdən başqa, ədalətsiz qərarlar verib insanların taleyini qaraldan daha bir hakim və ya prokuroru da cəzalandırmaq istəyirdi: “Bəlkə bu dediklərimə görə mənə əlavə maddə veriləcək, amma bundan narahat deyiləm. Mən rahatlıq axtaran olsaydım, heç gəlib burada zindana düşməzdim, Moskvada rahat yaşayardım. Amma mən o cür yaşaya bilmirəm. Mənim üçün rahatlıq insanın daxili aləmində, ruhunda olur”.
Y.Səfərov deyir ki, bu hadisəni törətməklə həm özbaşınalıq edən məmurlara dərs vermək, həm də vətəndaşların problemlərinə biganə yanaşan dövlət orqanlarına mesaj çatdırmaq istəyib.
Onun deməsinə görə, 2017-ci ildə baş vermiş bir hadisə icra başçısına qarşı sui-qəsdlə bağlı planın yaranmasına rəvac verib: “Bir sinif yoldaşım və dostumla oxuduğumuz məktəbin yanından keçəndə gördük ki, zibil qutuları dolub-daşır. Birimiz Rusiyada, birimiz Ekvadorda, birimiz də başqa bir ölkədə işləyib-yaşayırdıq. Amma biganə qala bilmədik. Müvafiq dövlət orqanına getdik, tədbir görülməsini istədik. Dedilər ki, sizə aidiyyəti yoxdur, orada yaşayanlar müraciət etməlidir”.
“Dedilər ki, sizin də başınıza eyni iş gələ bilər”
Y.Səfərov danışır ki, qapı-qapı gəzib, sakinlərə ərizə yazdırıb, imza atdırıblar. Təxminən 150 nəfərin imzasıyla müraciəti aparıb təqdim ediblər. Onun sözlərinə görə, bu dəfə həbslə hədələniblər: “Dedilər ki, bir neçə gənc var idi, sizin kimi problemlərdən şikayət etməklə məşğul idi. Onlar həbs olundular. Həmin fəal gənclərin cibinə narkotik atıb tutmuşdular. Dedilər ki, sizin də başınıza eyni iş gələ bilər. Təsəvvür edirsiniz nə deməkdir? Adi zibil qutusuyla bağlı problemi həll etmək istəyən vətəndaşı həbs edirlər”.
Y.Səfərov deyir ki, 2017-ci ildə Gəncədə bircə kitab mağazası yox idi, amma əvəzində çoxlu sayda mərc oyunları məntəqəsi vardı, gənclər ora toplaşırdı: “Yarım milyon əhalinin yaşadığı yerdə kitab mağazası olmaması çox şeydən xəbər verir. Belə izah edirdilər ki, internet var, ona görə ehtiyac yoxdur. Kitab mağazaları olan başqa yerlərdə internet yoxdur ki? Hara baxırsan, qumarxanalar, nə qədər də istəsən, gənc orada. Bu yanaşma bizi hara aparır? Biz uşaqlarımıza onların istədiyini veririk, yoxsa lazım olanı? Uşağa qalsa, heç məktəbə getmək istəməz…”.
Y.Səfərov bildirib ki, hadisədən sonra videomüraciət çəkib yaymağı planlaşdırmışdı, amma bunu reallaşdırmaq imkanı olmayıb. Müraciətində də tələblərini səsləndirmək niyyətində idi. Həmin tələblər arasında Gəncədə kitab mağazasının açılması, zibilliklərin sahmana salınması kimi məsələlər də olmalıydı.
Y.Səfərovun dindirilməsinin davamı noyabrın 5-də keçiriləcək növbəti məhkəmə iclasında olacaq.
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 2026 12:52
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
5 yanvar 2026 17:51
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
4 yanvar 2026 00:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 2025 11:00
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
