Ermənistan hakimiyyəti mülki erməniləri sakitləşdirə bilmir
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən başladığı uğurlu əks-həmlə və sülhə məcburetmə əməliyyatları son 20 ildə Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımızda qeyri-qanuni məskunlaşdırılan ermənilərin kütləvi köçünə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Ermənistan tərəfi Qarabağda “hərbi uğurlar”dan danışdığı vaxt ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın inzibati mərkəzi olan Xankəndidən qaçırlar. Müharibənin ilk 10 günlüyündə qondarma rejimin "nümayəndəsi" Artak Beqlaryan Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağda yaşayan ermənilərin yarıdan çoxunun evlərini tərk etdiyini vurğulamışdı. İlk günlərdən etibarən Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk etmişdi.
“Associated Press” agentliyinin bir neçə gün əvvəl yaydığı fotolardan aydın şəkildə görünür ki, Xankəndidə yaşayan ermənilərin bir çoxu şəxsi avtomobillərlə şəhəri tərk edir. Onlar arasında avtobuslarla təxliyyə edilənlər də var. Hətta çobanlar öz sürülərini belə Xankəndidən çıxarırlar.
Faktiki olaraq Xankəndi və digər ərazilərdə demək olar ki, mülki erməni qalmayıb. Xankəndinin boşaldılması, rəsmilərin ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb.
Azərbaycan ordusunun uğurlu əməliyyatlar apardığını və qələbə qazanacağını mülki ermənilər də bilir. Məlumdur ki, Ermənistan hakimiyyəti uzun illər boyu həmin erməniləri zorla Dağlıq Qarabağa və ətraf rayonlara yerləşdirib. Şanlı Ordumuzun uğurlu əməliyyatları fonunda isə Ermənistan hakimiyyəti mülki erməniləri sakitləşdirə bilmir. Ermənistanda xaos davam edir və ölkə hazırda silahlı qiyamın astanasındadır. Baş nazir Paşinyan cəbhədə əsl itkiləri açıqlamaqdan imtina edir, çünki xalqın qəzəbindən qorxur.

Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda yaşayan mülki əhaliyə heç zaman legitim hərbi hədəf kimi yanaşmayıb, dinc insanlara münasibətdə Cenevrə konvensiyalarının tələblərindən çıxış edib. Bunun əksinə olaraq, Ermənistan sentyabrın 27-dən sonra Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərini ballistik raketlərlə bombalayıb. Gəncə, Bərdə və.s şəhərlərdə mülki insanların ölümüylə nəticələnmiş teraktlar bütün dünyanın gözü qarşısında baş verib.
Qeyd edək ki, qondarma və marionet "Dağlıq Qarabağ Respublikası"nın “hökuməti” noyabrın 4-də hərbi əməliyyatlarla əlaqədar Xankəndidən Yerevana köçürülüb. Qeyri-qanuni rejimin "rəhbəri" Araik Arutyunyan Ermənistana köçürülən vətəndaşlar üçün “sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah”ın yaradıldığını bildirib. Bu, həm də artıq Xankəndi və digər işğal edilmiş ərazilərimizdə yaşayış üçün hər hansı infrastruktur imkanların olmamasının etirafıdır. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları düşmənin strateji əhəmiyyətli infrastrukturunu sıradan çıxarmaqla, ona yalnız işğal etdiyi əraziləri tərk etmək şansı buraxıb. A. Arutyunyan bir neçə gün əvvəl özünün feysbuk səhifəsində etiraf etmişdi ki, vəzifəli şəxslərin Xankəndini özbaşına tərk edərək Yerevana getmələri ciddi ictimai narazılıqlar doğurub.
Xatırladaq ki, qondarma rejimdə “vəzifə” tutan 9 şəxs Xankəndini tərk edib. Arutyunyan bu cür fərarilərə qarşı “sərt tədbirlərin görüləcəyini” bildirmişdi. Qeyri-qanuni rejim hökumətinin Xankəndini özbaşına tərk etməsi də əslində Ermənistanın hərbi məğlubiyyətinin açıq etirafıdır. Reallığı düzgün qiymətləndirən, ciddi informasiyalara malik olan həmin məmurlar Ermənistanın məğlubiyyətin astanasında olduğunu, Xankəndi və Şuşanın yaxın perspektivdə boşaldılacağını yaxşı anlayırlar.
Reallığı dərk edən məmurlardan biri də “Dağlıq Qarabağ respublikası”nın insan haqları “müdafiəçisi” Artak Beqlaryandır. O, ordunun döyüş meydanında məğlubiyyətlərini etiraf edib və istefa verməyə hazırlaşdığını bəyan edib. “Düşünməyək ki, kimsə bizə kömək edəcək. Kimsə kömək etsə belə, bunu bizə görə yox, özünün siyasi maraqlarına görə edəcək”, – deyə Beqlaryan söyləyib.
Qondarma DQR “hökuməti”nin Yerevana köçürülməsi Ermənistanda onsuz da yaxşı olmayan daxili vəziyyəti bir qədər də gərginləşdirib. Qarabağ klanını təmsil edən rəqibləri bunu Nikol Paşinyanın ciddi hərbi-siyasi məğlubiyyəti kimi dəyərləndirirlər. Bu arada bildirək ki, “DQR hökumətinin” Xankəndini tərk etməsi ilə qondarma rejiminin mövcudluğuna birdəfəlik son qoyulub. Yerevanın “DQR”in “müstəqilliyini” hansısa dövlətə tanıtdırmaq cəhdləri bundan sonra da fiaskoya uğrayacaq.
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
