"Aptamil" uşaq qidasından qurdlar çıxdı - FOTO
"40 günlük övladım üçün "Nutricia” şirkəti tərəfindən istehsal edilən 800 qramı 36 manat olan "Aptamil” uşaq qidası aldım və içərisindən 2 ədəd qurd çıxdı. Hazırda uşağım çox narahatdır”.
Bu barədə şikayətlə Medicina.az-a məşhur videobloger Ülvi Mustafayev (ÜlviFatimə) özü məlumat verib.
O qeyd edib ki, qidanın içərisindən qurd çıxması ilə bağlı şirkət rəhbərliyinə qədər müraciət etsə də nəticə əldə edə bilməyib: "Şirkətin Azərbaycanda rəsmi distribüteri olan MMC-nin direktor müavini Fuad Rzayev bildirdi ki, onlara məxsus anbarda belə bir şey ola bilməz. Onlara dedim ki, öz sosial şəbəkə hesabımda paylaşım edərək camaatı aldanmamağa səsləyəcəm, çünki bu millətin balaları yazıqdı. Buna cavab olaraq mənə "Paylaş, problem yoxdur, elə ən böyük reklam anti-reklamdır”, dedilər. Daha sonra təklif etdilər ki, məhsulu aparıb onlara verim və araşdırsınlar. Mən isə bunu istəmədim. Çünki məhsulun satışını təşkil edən yer heç vaxt düzgün qərarı araşdırmaz, özlərini günahkar çıxartmaz”.
Şikayətçi məhsulu araşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı üzrə rəis müvaini Hüseyn Abdullazadəyə təhvil verib: "Bunun əvəzində məhsulu verdiyimə dair akt formasında sənəd aldım. Bildirdilər ki, həmin qidanı laboratoriyaya göndərəcəyik və bundan sonra nəticənin nə olduğunu açıqlayacağıq. İndi istəyim odur ki, AQTA-nın laboratoriya nəticəsi tam şəffaf şəkildə olsun. Əgər nəticə faktı ortaya çıxarmasa, o zaman bu məsələni məhkəməyə qədər uzadacağam. Çünki burda müzakirə mövzusu körpə uşaqlardı. Mənim 40 günlük oğlum bu qidadan sonra artıq 2 gündür ki, gecələr yatmır, normasından çox narahatdır. Bu hal bu gün də davam etsə məcburən yoxlanışa aparacağam ki, narahatlığını dəqiqləşdirim, bəlkə mədəsinə ya bağırsağına mikrob düşüb. Çünki bir qidanın içində 2 iri qurd olması faktı insanı ancaq bunu düşünməyə vadar edir”.
Məsələ ilə bağlı AQTA-ya müraciət etdik və bildirildi ki, problem barədə araşdırma aparıb məlumat veriləcək.
Qeyd edək ki, sözügedən uşaq qidası ilə bağlı mətbuatda, sosial şəbəkələrdə dəfələrlə şikayətlər işıqlandırılıb. Aparıcı İlkin Həsəni də qızı üçün aldığı "Aptamil" qidasından şikayətçi olub.
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Terrorda ölənlərin sayı artdı - Yenilənib
24 mart 2024 19:28
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ VƏ...- FOTO
23 mart 2024 17:22
- Moskvada konsert zalında dəhşət: 15 ölü, 50 yaralı – VİDEO + FOTO
22 mart 2024 22:29
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- 7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO
22 mart 2024 18:32
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05