SSRİ-nin dağılacağını demişdi, indi də ABŞ-ın...

Birləşmiş Ştatlar çoxdan "supergüc" hesab olunur və bu da təəccüblü deyil. Amerika eyni zamanda yalnız 50 ərazi vahidinə deyil, dünyanın yarısına da nəzarət edir. Bu ölkə dünyanın ən güclü ordusuna, mükəmməl bir təhsil və idarəetmə sisteminə malikdir.
Uzun illərdir dünyanın ən böyük iqtisadiyyatına sahibdir. Buna görə vəziyyətin tezliklə kəskin şəkildə dəyişə biləcəyi fikri heç kəsi təəccübləndirmir. Norveçli falçı Yohan Qaltunqdan başqa heç kimi.
Bəs Yohan Qaltunq kimdir?
Qaynarinfo xəbər verir ki, Yohan Qaltunq 89 yaşlı Norveç sosioloqudur, sülh və münaqişələrin öyrənilməsi qaydalarının yaradıcısıdır. Norveçdə Sülh Araşdırmaları İnstitutunu qurub və uzun illər onun direktoru olub. Həm də BMT-yə və digər böyük təşkilatlara məsləhətçi olaraq dəvət edildi. Alim müxtəlif ölkələrin universitetlərində mühazirələr oxuyub. Demək olar ki, bütün ömrünü dünya münaqişələrinin və böyük dövlətlərin yaranmasının öyrənilməsinə həsr edib. Bu mövzuda Yohan minə yaxın elmi məqalə yazıb və yüzlərlə kitab nəşr etdirib.
Qaltunq fenomenal insandır! Həmkarları onun haqqında belə deyir:
"Tapıntıları o qədər heyrətamizdir ki, bunları bir insanın yazdığına inanmaq olmur..."
Qaltunq təxminən 50 dəfə dünya münaqişələrinin həllində iştirak edib. O, indiyəcən yaradılmış bütün idarəetmə sistemləri haqqında hər şeyi bilir və hətta onların taleyini proqnozlaşdırır.
1989-cu ildə Çinin Tiananmen Meydanında keçiriləcək mitinqlərlə bağlı verdiyi proqnozu xatırlatmaq belə kifayətdir. O vaxt gerçəkdən də Pekində əsas iştirakçıları tələbələr olan bir sıra genişmiqyaslı etiraz aksiyaları oldu.
Yohan Sovet İttifaqının dağılması ilə bağlı öngörülərindən sonra daha da məşhurlaşıb. Üstəlik, bu hadisənin tarixini belə dəqiq müəyyənləşdirmişdi. 1980-ci ildə Moskvadakı görüşlərdən birində alim Berlin divarının on il içində yıxılacağını və ondan qısa müddət sonra SSRİ-nin yox olacağını açıq elan etmişdi. Sözlərini dəstəkləmək üçün Qaltunq Sovet sistemindəki 5 əsas çatışmazlığı göstərirdi:
- İttifaq və onun Kremldən asılı olmaq istəməyən müttəfiq respublikalar arasındakı ziddiyyətlər;
- RSFSR və daha çox muxtariyyət istəyən SSRİ daxilindəki digər respublikalar arasındakı ziddiyyətlər;
- partiya elitasının imtiyazlarından qaynaqlanan sosialist burjuaziya;
- şəhər və kəndlərin inkişafının arasındakı uçurum;
- ölkədə əmtəə qıtlığı.
O vaxt SSRİ-də Yohanın proqnozlarına çox da əhəmiyyət verilmədi, baxmayaraq ki, bu açıqlama iclasda iştirak edən hər kəsi şoka salmışdı. Sovet İttifaqı super güc idi. Yohanın proqnozlaşdırdıqlarının həyata keçməyə başladığı zaman hökumət rəsmilərinin necə heyrətə gəldiyini təsəvvür edin.
Çində kütləvi iğtişaşlar və SSRİ-nin dağılması Norveç sosioloqunun əsas düz çıxması Yohanın düz çıxan proqnozlarının heç də hamısı deyil. O, Sovet İttifaqının dağılmasından sonra əsasən Amerika haqda düşünməyə başlayıb.
Qaltunq Amerikada eyni zamanda həm bir respublika, həm də bir imperiya görür. Respublikanın keyfiyyətlərinə inkişaf dinamikası, məhsuldarlıq, yaradıcılıq, azadlıq sevgisi və yenilik daxildir. Bir imperiya olaraq ABŞ hərbi və hökumət manipulyasiyalarında iştirak edir, müxalifləri mühakimə edir və başqalarına qarşı zorakılıq tətbiq edir.
2000-ci illərin əvvəllərində Johan Ştatların dağılacağını proqnozlaşdırdı və bu dəfə də baş verəcək hadisənin dəqiq tarixini göstərdi. Alim parçalanma prosesinin 2020-ci ildə Pax Americanadan (iqtisadi və ictimai-siyasi sabitlik dövrü) sonra başlayacağını və 2025-ci ilə qədər Amerikanın supergüc kimi mövcudluğunu tamamilə itirəcəyini bəyan etdi.
Yohan məqalələrinin birində ABŞ imperatorluğunun süqutuna səbəb olacaq 14 səbəbi sadalayıb. Onlardan əsas olanları:
- əhalinin müxtəlif təbəqələri arasında mənfəət bölgüsündə fərq;
- ölkədə iqtisadiyyatın müxtəlif sahələri arasında maliyyə uyğunsuzluğu;
- ABŞ ilə digər dövlətlər arasındakı ziddiyyətlər;
- Ştatların terrorizmi və məzlum xalqların antiterroru;
- ABŞ və tərəfdaşları arasındakı mədəni ziddiyyətlər;
- Amerikanın "anti-Amerika ittifaqı"nın qurulduğu Asiya ilə qarşıdurması.
Donald Trampın seçkidə qələbə çalmasından sonra Norveçli sosioloq bunun dövlətin məhv olmasını sürətləndirəcəyinə qərar verib. Bu siyasətçinin çöküşün 2020-ci ilin sonunda başlamasına kömək edəcəyini deyib. Alimin fikrincə, bundan əvvəl Amerika faşist diktatura mərhələsini keçəcək və Vətənpərvərlik Aktı mexanizmin işə düşməsini təsdiqləyəcək. Yeri gəlmişkən, Johan Qaltunq 11 sentyabr 2001-ci ildə Nyu Yorkda baş vermiş terror aktını da proqnozlaşdırmışdı. Buna görə Norveç "Nostradamus"una inanmamaq üçün praktik olaraq heç bir səbəb yoxdur.
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2021 11:55
- "Laçın koridoru" məsələsində yol verdiyimiz ciddi səhv
15 aprel 2021 10:50
- Lukaşenko İlham Əliyevin oğlundan danışdı
14 aprel 2021 23:33
- Dilqəm Əsgərov: Şahbaz Quliyev Paşinyanın dostudur ŞOK
13 aprel 2021 15:51
- Hacıbala, yanına türməyə gələcəm...
10 aprel 2021 12:16
- DSK sədrinin 1-ci müavini Həmid Bağırovun 600 min dolları...
10 aprel 2021 10:26
- Onun işini Xruşov da bəyənib, Brejnev də, Qorbaçov da...
10 aprel 2021 00:13
- Hacıbala Abutalıbov danışdı...ürəyi bəd insanlar
8 aprel 2021 11:08
- Siyavuş Novruzov danışdı
8 aprel 2021 00:02
- Nəcməddin Sadıkov döyüş yoldaşım olub
7 aprel 2021 16:41
- Qaqauziya rəhbərindən Xarıbülbül jesti
16 aprel 00:18
- “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi torpaq sahələri alırdı”
15 aprel 16:45
- Dilqəm niyə Şahbaza “erməninin dostu” deyib? - Oğlu danışdı
15 aprel 14:41
- Bərdədə qonşu qadın 10 yaşlı oğlanın cinsi orqanını kəsib atdı
15 aprel 13:29
- Ramiz Mehdiyev məhkəmədə uduzdu
15 aprel 13:16
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 11:55
- "Laçın koridoru" məsələsində yol verdiyimiz ciddi səhv
15 aprel 10:50
- Azərbaycandan borc istəyən Atatürkün məktubu - Nadir fakt
15 aprel 00:47
- Lukaşenko İlham Əliyevin oğlundan danışdı
14 aprel 23:33
- İki ayda Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub
14 aprel 16:46
- “Rəsmi Bakı 7 bölgənin eyni vaxtda tələb edirdi” - Paşinyan
14 aprel 14:43
- Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür
14 aprel 13:21
- Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri Fotolar
14 aprel 12:27
- Azərbaycandan İrəvana 211 milyon dolları kim göndərib? – ŞOK
14 aprel 10:29
- Milli Məclisdə papağı boş qalmış 5 deputat yeri
14 aprel 10:20
- Rüstəm Usubov da həbs olunur
14 aprel 07:58
- “O, çox təkid etdi və mərhum atamdan dəfələrlə bunu xahiş etmişdi”
14 aprel 07:49
- Bu gündən Azərbaycanda Ramazan ayı başladı
14 aprel 00:30
- Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
13 aprel 23:50
- Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü oldu (VİDEO)
13 aprel 23:11
- Lukaşenko gəldi - Fotolar
13 aprel 18:53
- Moskvada öldürülən Gəncəli Albertin həyatı VİDEO)
13 aprel 17:56
- Dilqəm Əsgərov: Şahbaz Quliyev Paşinyanın dostudur ŞOK
13 aprel 15:48
- Niyə bəzən hava proqnozları düz çıxmır?
13 aprel 14:10
- Ağsuda polisin təhqir etdiyi Bakı sakini nazir Vilayət Eyvazova müraciət etdi
13 aprel 12:44
- İlham Əliyev: "Müharibədən sonrakı vəziyyət kövrəkdir"
13 aprel 10:55
- Avtoritet Əli Heydərovu kim öldürdü ?
13 aprel 10:40
- “Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir
13 aprel 10:32
- Jurnalistlər Cəbrayıl və Qubadlıya yola düşüb
13 aprel 10:20
- Lukaşenko sabah Azərbaycana gəlir
12 aprel 18:05