Zakir Fərəcov, bizim pulumuzu ver !

Yaşadığımız bu dönəmdə hər cür insanlar var. İnsan var sağ ikən özünə rəhmət oxudur, insan da var sağ ikən özünü etdiyi pisliklərlə lənətləndirər.
Hətta pislik edən, adamın qohumları belə onun hərəkətlərindən xəcalət çəkər, cəmiyyət içinə çıxmağa utanarlar.
Belə insanlardan biri Sumqayıtın icra başçısı "timsah ləqəbli" Zakir Fərəcovdur.
Buna misal olaraq, Zakir Fərəcovun özünü yuxarıların gözündə ucaltması üçün, insanların həyatı bahasına başa gələn, kimlərinsə balalarının çörəyinə dəyərək, Sumqayıt şəhərində gördüdüyü abadlıq quruculuq işləri üstündən neçə il keçməsinə baxmayaraq, hələ də iş adamlarını get-gələ salmaqdadır.
İş adamları deyir ki, ZAKİR FƏRƏCOV SUPER YALANÇIDIR, ƏMƏLİNƏ HÜQUQİ QİYMƏT VERİLMƏLİDİR".
İş adamları ilə Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında yaşanan milyonluq borc qalmaqalı getdikcə, daha da böyüyür.
2016-cı ildən davam edən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi ətrafında baş verənlərdən dolayı rəsmi qurumlara edilən müraciətlərə də məhəl qoymadığı deyilən icra başçısının əsas arqumenti pulun ödənilməsini iddia etməsidir. Əslində Zakir Fərəcov min bir bəhanələr edərək ödəmədən boyun qaçırır. Neçə illərdir süründürməçiliklə qarşılaşan Bulvarın tikintisini həyata keçirən şirkətin rəhbərləri, iş adamları Zakir Fərəcovu yalançılıqda ittiham edirlər.
Saytımıza açıqlama verən iş adamları prosesin detallarını açıqlayıb. Onlar deyir ki, Sumqayıt Dənizkənarı Bulvarın tikintisini o və daha bir neçə sahibkar həyata keçirib. "Həmin layihə çox böyük idi. Bizim gördüyümüz işin smeta dəyəri 12,8 milyon manat idi. Tikinti işləri nəzərdə tutulduğu vaxtda, yəni 2016-cı ilin avqustunda başa çatdı. Həmin işlərin görülməsi üçün 123 min kv.metr ancaq tamet daşlar döşənib. 19 min kub metr betondan istifadə etmişik. Mən hələ digər istifadə olunan tikinti materiallarını sadalamıram. Bütün bu işləri görmək üçün isə 3 milyon 460 min manat nağd, 10 min manat da köçürmə yolu ilə pul ödənilib. Həmin 10 min manatı da "Avromed" şirkəti ödəyib. Yerdə qalan pulu isə 4 ildir ala bilmirik. Ümumilikdə, Sumqayıt Bulvarının tikintisində onlarla şirkət və 600 nəfərə yaxın fəhlə işləyib".
İş adamları deyir ki, Zakir Fərəcov bu puldan əlavə 1 milyon 50 min manat da fəhlələrə ödəyib. "Zakir Fərəcov iddia edir ki, guya, pulu ödəyib. İndi sual edirəm ki, həmin pulu nə vaxt və kimə ödəyib? Yalanın da bir həddi var. Bu qədər yalan olmaz. Ödədikləri ortadadır, sənədnən, sübutnan. Komissiya təşkil etsinlər sübut edim ki, Zakir Fərəcov bizim pulu yeyib, üstündən də su içib. Yuxarıları da aldadır ki, guya, pulumuzu verib".
İş adamı bildirir ki, Zakir Fərəcov Bulvarın tikintisinə ayrılmış pulları "otkat" yolu ilə özünə götürüb. "Bunun başqa adı yoxdur. Dövlət pul ayırır, vəsait verir, Zakir Fərəcov da həmin pulları özünə götürür. Biz evlərimizi, maşınımızı girov qoymuşuq və bu gün də əmlakımız girovdadır.
İş adamları söyləyir ki, Zakir Fərəcovun əməllərinə hüquqi qiymət verilməlidir. "İndiyə qədər danışmamağımın səbəbi abır-həya gözləməyim idi. Düşünürdüm ki, Zakir Fərəcov bəlkə özündə təpər tapıb, haqqa gələ. Lakin görünən odur ki, Fərəcov yol gözləyən, abır bilən biri deyil. Bu adamın əməlinə hüquqi qiymət verilməlidir. 700 nəfərə yaxın insanın haqqını yemək ədalət deyil.
Bir belə haqsızlıqdan sona Zakir Fərəcov bizlərə Sumqayıtın işıqlanmasını və yenidən orada abadlıq, qruculuq işləri görməyimizi təklif edir. Buna nə ad verək? Bununla bağlı dəfələrlə rəsmi qurumlara müraciət etmişik. Təəssüf ki, həmin müraciətlərimiz araşdırılması və cavablandırılması üçün təkrar Sumqayıt İcra Hakimiyyətinə göndərilir. Bizim şikayətimiz Zakir Fərəcovdandır…
Sahibkarlar vurğulayır ki, 2016-cı ildən bu günə qədər Zakir Fərəcov min hoqqadan çıxır ki, pulumuzu verməsin. Gah deyir ki, ödəmişəm. Gah deyir ki, təkrar audit keçirib, yerdə qalan məbləği müəyyən edərək, pulu ödəyəcək. Yuxarı dairələri də bu şəkildə aldatmağa çalışır. İndi ondan soruşan yoxdur ki, pulu harada və kimə ödəmisən. Əgər ödəyibsə, bircə kağız, sənəd ortaya qoysun". Sahibkarların dediyinə görə Zakir Fərəcov ödənilməli olan pulun 30 faizini onlardan tələb etməkdən də çəkinməyib.
"Bu adam əvvəlcə pulu verməkdən boyun qaçırdı. Sonra yalanı üzə çıxandan sonra sahibkarları yanına çağırıb, anlaşma əldə etmək istədi. Şərti də bu idi ki, həmin pulun 30 faizini ona versinlər. Təbii ki, heç kim şərti qəbul etmədi.
Sumqayıtda camaatı boğaza yığanlardan da biri Zakir Fərəcovun qoçu dəstəsinin başında duran Komunal Təsərüfatın müdürü Məcidov Hüseyindir. Ev tikənlərdən haqq isləmək, hətta bir kirişa vurulanda hökməm Hüseyn Məcidovun haqqı çatmalıdır.Hüseyn Məcidovun əlindən Sumqayıtda bir quşda uça bilməz, nəfəs almağın özü ödənişlidir.
İş adamları onu da qeyd edirlər ki, cənab prezidentimiz İlham Əliyevin və dövlətimizin apardığı uğurlu siyasəti Zakir Fərəcov görmür ya da özünü görməzliyə vurur. Zakir Fərəcov Korrupsiya, rüşvətxorluğa əli bulaşan və DTX tərəfindən həbs edilən icra başçılarını görmür?
İnanırıq ki, yaxın günlərdə Zakir Fərəcovu və müavinlərin ölkəmizin inkişafına, imicinə xələl gətirən, həbs edilən icra başçıları kimi tədbir görüləcək işində yoxlamalar başlayıb hüquqi qiymət veriləcəkdir.
Zakir Fərəcov, sən Allah deyilsən! Zakir Fərəcov, dinə imana gəl! Zakir Fərəcov, bizim pulumuzu ver! Zakir Fərəcov, sən bir gün qanun qarşısında cavab verəcəksən, o zaman biz timsahın göz yaşlarını görəcəyik.
"Biz çıxılmaz vəziyyətdəyik" deyən iş adamları bildirirlər ki, girov qoyduqları əmlaklarının pulunu ödəyə bilmirlər. "Biz bu yalançıya ümid olub üzərimizə düşən işləri gördük. İndi əmlakımız girovdadır. Ödəniş də edə bilmirik. Zakir Fərəcov da hər vəchlə, yalanla pulumuzu verməkdən boyun qaçırır. Nə qədər boyun qaçırırsa, qaçırsın. Biz sonadək haqqımız uğrunda mübarizə aparacağıq. O pul bizə ödənilməyənə qədər hüquqi müstəvidə mübarizəmiz davam edəcək".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 2021 21:57
- Qulu Məhərrəmli Xocalıdan danışdı: “Vertolyota minəndə ...
26 fevral 2021 23:07
- Polkovnik Elxan İbrahimov vəzifəsindən AZAD EDİLDİ
26 fevral 2021 18:16
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 2021 20:41
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 2021 20:00
- “Məkan” MTK qazilərin məvacibini vermir...
23 fevral 2021 11:50
- “Rasim Balayevi ömür boyu bağışlamayacam”
22 fevral 2021 19:31
- “Əmioğlu” ləqəbli qanqsterin əməlləri: adam oğuluğu, qətl, narkotik alveri...
22 fevral 2021 11:32
- Həyat yoldaşı yanaraq öldü, 20 yaşında adını dəyişdi...
21 fevral 2021 22:02
- Alimlər 1000 ərzaq arasından bunları seçdi:
20 fevral 2021 23:47
- Əli İnsanov hardadır?
02 mart 12:43
- Martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı
02 mart 12:35
- Bu gün Od çərşənbəsidir
02 mart 00:25
- Xaricdə yaxşı işini atıb Azərbaycana qayıdan fizik: Kainat-Kvant
02 mart 00:09
- Sarkozi 1 il həbsdə qalacaq
01 mart 20:39
- Bakıda 22 yaşlı gənc öldürüldü, şübhəli axtarışa verildi
01 mart 20:31
- İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert
01 mart 13:41
- İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
01 mart 13:26
- Martda 14 gün iş olmayacaq
01 mart 13:17
- İcra başçısı işğaldan azad olunan Ağdamda sərxoş halda ? - VİDEO
01 mart 13:03
- Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
01 mart 12:47
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
01 mart 11:25
- Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedəcək
01 mart 11:17
- Nazir Ramiz Mehdiyevin qardaşı oğluna VƏZİFƏ VERDİ
01 mart 11:11
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 23:13
- Hakim Mahmud Ağalarov dələduz prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
28 fevral 23:00
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 22:31
- “Meyvəli” bazarında güclü yanğın başladı VİDEO
28 fevral 22:21
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 21:57
- Sumqayıt hadisələrindən 33 il ötür
28 fevral 14:11
- Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
28 fevral 14:05
- Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
28 fevral 13:34
- ŞUŞA FATEHİ Hikmət Mirzəyevin doğum günüdür
28 fevral 12:40
- Ordumuzun əsgəri minaya düşüb şəhid oldu - FOTO
28 fevral 12:30
- Cahangir Əsgərov iki aydır maaşları vemir ki...
28 fevral 12:21
- Qəbələdə 18 yaşlı tələbə intihar etdi
28 fevral 12:14
- Monoetnik dövlətə çevrilən Ermənistan... - Foto
28 fevral 12:06
- Hər gün 30 qram kərə yağı yeməlisiz - VACİB SƏBƏB
27 fevral 22:47
- Bəşəriyyətin məhvi:kişilərdə spermatozoid 59% azalıb
27 fevral 15:46
- 1-ci vitse-prezident Firdovsi Umudov Kamran Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib
27 fevral 14:06