“Canavar” ləqəbli şəhid polkovnikin qızları - Videoreportaj

Sizə də tanıdacağımız daha bir şəhidimizin həyatı ilə tanış olduqca 37 illik ömrünə nələri sığışdırdığını, təkcə ailəsinə deyil, tabeliyində olan əsgərlərə də az qala, ata qayğısı göstərdiyini öyrənirik. Söhbət Vətənimizin bütövlüyü yolunda, sözün həqiqi mənasında, canını qoyanlardan biri - “Canavar” ləqəbli polkovnik-leytenant Rəşad Quliyevdən gedir.
“Qafqazinfo” bir neçə gün öncə 40 mərasimi keçirilən şəhidimizin ailəsinə baş çəkib, qəhrəmanımızla bağlı xatirələri vərəqləyib.
Şəhidin anası Mətanət Quliyeva deyir ki, Rəşadın hərbçi olması həyatdan vaxtsız köçən atasının vəsiyyəti olub. Bu səbəbdən də oğlunu özü əli ilə Cəmşid Naxçıvanski adına hərbi litseyə gətirib. Hərb sənətinə sevgisi o qədər güclü olub ki, qəbul imtahanında yüksək nəticə göstərən Rəşadı ikinci kursa götürüblər. Ali Hərbi Akademiyanı başa vurandan sonra isə bütün ömrü cəbhə bölgələrində keçib. İkinci Qarabağ müharibəsinə qədər 2016-cı il Aprel döyüşlərində də iştirak edib, Lələtəpə uğrunda döyüşüb.
Ölüm xəbərini isə ailəsi oktyabrın 7-də alıb. Oğlunun arzularını şəhid anasına son günlərində yanında olan döyüş dostları çatdırıblar.
Arzusu Qarabağ uğrunda döyüşlərdə iştirak etmək olan qəhrəmanımız canından, qanından artıq sevdiyi bayrağına bükülərək ölmək istəyibmiş...
Ana M. Quliyeva danışır ki, Nəcəf adlı qonşuları oğlunun əsgəri olub: "Bu ərəfədə Ağcabədiyə yanına getmişdi. Ona deyib ki, gedib hazırlaşsınlar, məhəlləyə ya qəhrəman, ya da şəhid olaraq gələcək. Cəbhə yoldaşlarına isə bildirib ki, “Heyif deyil bayrağa bürünüb gəlmək?...”
Onlara bayramlarda “premiya” verirdilər, amma heç vaxt özünə xərcləməzdi, əsgərləri cərgəyə düzüb kimin əlcəyi, siqareti, buşlatı - çatışmayan nəyi vardısa, onu alardı. Əsgərlərini ata kimi qoruyardı...Polad Həşimovla yaxın münasibəti var idi, ona “Paşam” deyirdi. Poladın ölümü Rəşada çox pis təsir eləmişdi. Bir də arzusu vardı - Polad Həşimovun məzarına gül qoymaq istəyirdi. Özü də Poladın yanında dəfn olundu...”
Albomlarını vərəqləyirik, saysız-hesabsız diplomlarına, fəxri fərmanlarına baxırıq. Bizə fotodan məğrur, yenilməz qəhrəman baxışlarıyla baxır Rəşad Quliyev. Anası deyir ki, elə qorxu bilməzliyinə, tez-tez düşmən postlarına kəşfiyyata getdiyinə görə ona “Canavar” ləqəbini vermişdilər:
“Əvvəllər kapitan idi, mayor rütbəsini ona kəşfiyyata gedib-gələndən sonra gətirdiyi qiymətli məlumatlara görə vermişdilər. Bir dəfə də işğal altında olan Gülüstan kəndinə kəşfiyyata gedəndə bir evin divarında ürək çəkmişdi, içərisində isə özünün və mənim adımı yazmışdı. Sonra şəklini çəkib mənə göstərmişdi. Onu heç nə qorxutmazdı, kəşfiyyata gedəndə də papağını qoyub gələrdi ki, xəbərləri olsun buralarda bizim hərbçimizin olduğundan”.
Yaxınları bildirir ki, Rəşad Cəbrayıla girəndə torpağın qoxusunu doya-doya sinəsinə çəkib. Cəbrayıldan Qubadlıya gedən yolda yüksəkliklər uğrunda döyüşdə həlak olub. Mərmi atıldığını görəndə də özündən əvvəl əsgərlərini düşünüb. Onlara “dağıl!” komandası verib. Lakin minomyot mərmisi onun yaxınlığında partlayıb, ayağından yaralanaraq həlak olub.
Şəhidin bacısı Nərmin Məmmədova da qardaşı ilə bağlı xatirələrini dilə gətirib: “Rəşad hərbidə də, ailəsində də həmişə öz hörmətini qazanıb. Birgünlük də gəlsə, hamımızı görməmiş getməzdi. Bir dəfə oğlumun kiçik toyu idi, Murovdan ora videozənglə qoşulmuşdu. Mən hələ də elə hiss edirəm ki, qardaşım yanımdadır. Ən çox istədiyi şey Milli Qəhrəman olmaq idi. İstəyirdi ki, ona dəyər verilsin”.
Yaraları təzə və dərin olsa da, şəhid yaxını olmanın nə qədər şərəfli olduğunu Quliyevlər ailəsi də yaxşı anlayır. Təkcə hələ dünyadan bixəbər olan 6 yaşlı İnci və 7 yaşlı Dəryadan başqa... Atalarının yoxluğunun acısını hiss etsələr də, hələ baş verənləri tam olaraq dərk edə bilmirdilər. Amma həmin qızcığazların üzlərindəki qürur bunu anladıqca artacaq, buna əminəm.
Şəhidimizin doğulub boya-başa çatdığı Zığ qəsəbəsindəki mənzilindən çıxıb, həyətin bir tərəfində salınmış kiçik park və bulaq abidəsinə gəlirik. Sakinlərdən öyrənirik ki, onu qəhrəmanımızın dostları, qonşuları, hərbçi yoldaşları xatirəsini əbədiləşdirmək üçün düzəldiblər. Amma təbii ki, ən böyük abidə qəhrəmanımızın vətəndaşların ürəklərində qurduğu abidələrdir...
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 2025 22:55
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 2025 13:35
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 2025 01:53
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
7 oktyabr 2025 17:08
- Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? - ARAŞDIRMA
4 oktyabr 2025 23:29
- Gəncə terrorundan 5 il ötür
4 oktyabr 2025 03:48
- Ağdamda Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olundu - Fotolar
28 sentyabr 2025 18:29
- Toyundan cəmi üç ay sonra şəhid oldu. Övladını görmədi (VİDEO)
28 sentyabr 2025 14:59
- Qarabağı azad etmək Poladın ən böyük arzusu idi, deyirdi ki.. - Milli Qəhrəmanın bacısı
28 sentyabr 2025 12:04
- Qazaxıstanda ağır qəza - 12 ölü
23 oktyabr 10:48
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 01:55
- Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
23 oktyabr 01:25
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 00:58
- Mehriban Əliyevanın Roma Papası ilə görüşündə bu sənət əsəri təqdim olunub - Foto
22 oktyabr 23:45
- Prezident Yaqub Eyyubova -İstiqlal- ordenini təqdim etdi (YENİLƏNİB)
22 oktyabr 22:18
- Bakı metrosunda sərnişin öldü
22 oktyabr 21:55
- Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?
22 oktyabr 12:11
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 10:54
- Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
22 oktyabr 10:46
- AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda
22 oktyabr 10:06
- On ilimi onunla keçirmişəm, silmək mümkün deyil
22 oktyabr 01:41
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 01:27
- Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatdı
22 oktyabr 00:07
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 14:05
- Prezidentlər təkbətək görüşdü - Fotolar
21 oktyabr 13:45
- Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb - İsa Həbibbəyli
21 oktyabr 13:00
- Feyxoanın 10 faydası
21 oktyabr 12:42
- Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
21 oktyabr 11:19
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- İş adamı İlham Qədimbəylinin həbsdə olan Adnan Əhmədzadə ilə işbirliyi...
20 oktyabr 12:01
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05