İş Adamları: Zakir Fərəcov illərdir Bizi Aldadır

Zakir Fərəcovun özünü yuxarıların gözündə ucaltması üçün,insanların həyatı bahasına başa gələn, kimlərinsə balalarının çörəyinə dəyərək, Sumqayıt şəhərində gördüdüyü abadlıq quruculuq işləri üstündən neçə il keçməsinə baxmayaraq, hələ də iş adamlarını get-gelə salmaqdadır.
Yaşadığımız bu dönəmdə hər cür insanlar var. İnsan var sağikən özünə rəhmət oxudur, insanda var sağ ikən ölübə-dirisinə söydürər özünü isə etdiyi pisliklərlə lənətləndirər. Hətta pislik edən, adamın qohumları belə onun hərəkətlərindən utanar cəmiyyət içinə çıxmağa utanarlar.Belə insanlardan biri sağ ikən özünü söydürüb, millətə üstən aşağı baxar, şeytan iblis kimi mələk formasına girib cənab prezidenti belə aldatmağa müvəffəq olan Sumqayıtın icra başçısı “timsah ləqəbli” Zakir Fərəcovdur. Zakir Fərəcov heç vaxtı yaxşılıq etməz, insanları aldadar, etdiyi pisliklərdən belə utanmaz, “torbalar tikər” millətin haqqını yeməkdən ləzzət alar, etdiyi şərəfsizliklər üzrə dünya da rekort qırmışdır.
İş adamlarının dediklərindən:
ZAKİR FƏRƏCOV SUPER YALANÇIDIR, ƏMƏLİNƏ HÜQUQİ QİYMƏT VERİLMƏLİDİR”
İş adamları ilə Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında yaşanan milyonluq borc qalmaqalı getdikcə, daha da böyüyür. 2016-cı ildən davam edən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi ətrafında baş verənlərdən dolayı rəsmi qurumlara edilən müraciətlərə də məhəl qoymadığı deyilən icra başçısının əsas arqumenti pulun ödənilməsini iddia etməsidir. Əslində Zakir Fərəcov min bir bəhanələr edərək ödəmədən boyun qaçırır.Neçə illərdir süründürməçiliklə qarşılaşan Bulvarın tikintisini həyata keçirən şirkətin rəhbərləri, iş adamları Zakir Fərəcovu yalançılıqda ittiham edirlər. Saytımıza açıqlama verən iş adamları prosesin detallarını açıqlayıb. Onlar deyir ki, Sumqayıt Dənizkənarı Bulvarın tikintisini o və daha bir neçə sahibkar həyata keçirib. “Həmin layihə çox böyük idi. Bizim gördüyümüz işin smeta dəyəri 12,8 milyon manat idi. Tikinti işləri nəzərdə tutulduğu vaxtda, yəni 2016-cı ilin avqustunda başa çatdı. Həmin işlərin görülməsi üçün 123 min kv.metr ancaq tamet daşlar döşənib. 19 min kub metr betondan istifadə etmişik. Mən hələ digər istifadə olunan tikinti materiallarını sadalamıram. Bütün bu işləri görmək üçün isə 3 milyon 460 min manat nağd, 10 min manat da köçürmə yolu ilə pul ödənilib. Həmin 10 min manatı da “Avromed” şirkəti ödəyib. Yerdə qalan pulu isə 4 ildir ala bilmirik. Ümumilikdə, Sumqayıt Bulvarının tikintisində onlarla şirkət və 600 nəfərə yaxın fəhlə işləyib”. İş adamları deyir ki, Zakir Fərəcov bu puldan əlavə 1 milyon 50 min manat da fəhlələrə ödəyib. “Zakir Fərəcov super yalançıdır. İddia edir ki, guya, pulu ödəyib. İndi sual edirəm ki, həmin pulu nə vaxt və kimə ödəyib? Yalanın da bir həddi var. Bu qədər yalan olmaz. Ödədikləri ortadadır, sənədnən, sübutnan. Komissiya təşkil etsinlər sübut edim ki, Zakir Fərəcov bizim pulu yeyib, üstündən də su içib. Yuxarıları da aldadır ki, guya, pulumuzu verib”.
İş adamı bildirir ki, Zakir Fərəcov Bulvarın tikintisinə ayrılmış pulları “otkat” yolu ilə özünə götürüb. “Bunun başqa adı yoxdur. Dövlət pul ayırır, vəsait verir, Zakir Fərəcov da həmin pulları özünə götürür. Biz evlərimizi, maşınımızı girov qoymuşuq və bu gün də əmlakımız girovdadır. Amma Zakir Fərəcov məhz həmin Bulvarda, prokuror işləyən oğluna restoran “Pasiton” adlı tikdirir. Bildiyimiz qədəri bu restoran birbaşa Zakir Fərəcovun prakror oğlu Pərvin Fərəcovun öz adınadır.Sizcə bu hansı qanunvericilikdə var ki, prakrorun adına restoran olsun?!
Bundan əlavə Müavini Gündüz Əliyev tennis kortu inşa etdirir. Qanun dövlət məmurunun bizneslə məşğul olmasını qadağan edir. Amma bu adamlar qanuna məhəl qoymur. Dövlətin pulu ilə özünə sərvət toplayan məmur məmur deyil, dövlətin düşmənidir”.
İş adamları iş prosesini və maraqlı məqamlar da açıqlayıb. Onlar qeyd edib ki, Zakir Fərəcov Bulvarın tikintisi ilə bağlı maliyyə məsələlərini həmin vaxt müavini olan, indi isə memarlıq şöbəsinin müdiri Adil Xudadatova həvalə edibmiş. “Adil Xudadatov Zakir Fərəcovun kassiri sayılır. Həmdə o vəhabi mövqeyi ilə seçilir.Görülən işlərə görə maliyyə məsələlərini də Adil həll edirdi. Hər dəfə pul lazım olanda Adil deyirdi ki, Zakirin tapşırığı ilə obyektlərdən, tikintilərdən pul yığıb gətirir. Mənə maraqlıdır ki, niyə obyektlərdən pul yığılmalıdır? Niyə iş adamları talanmalıydı? Bəs, dövlətin ayırdığı pulları Zakir Fərəcov hara “xərc”ləyib? Bunun özü talançılıq, dövlət malına göz tikmək deyil ki. Biz işə başlayanda dövlətin vəsaiti əsasında tikinti aparacağını düşünürdük. Haradan biləydik ki, Zakir Fərəcov dövlətin pulunu cibinə qoyub, sahibkarlardan xərac toplayaraq, Bulvar tikəcək”. Sumqayıtda Milləti boğaza yığanlardan da biri Zakir Fərəcovun qoçu dəstəsinin başında duran Komunal Təsərüfatın müdürü Məcidov Hüseyindir. Ev tikənlərdən haqq isləmək, hətta bir kirişa vurulanda hökməm Hüseyn Məcidovun haqqı çatmalıdır. Hüseyn Məcidovun əlindən Sumqayıtda bir quşda uça bilməz, nəfəs almağın özü ödənişlidir. Sahibkarlar vurğulayır ki, 2016-cı ildən bu günə qədər pullarını ala bilmirlər. “Zakir Fərəcov min hoqqadan çıxır ki, pulumuzu verməsin. Gah deyir ki, ödəmişəm. Gah deyir ki, təkrar audit keçirib, yerdə qalan məbləği müəyyən edərək, pulu ödəyəcək. Yuxarı dairələri də bu şəkildə aldatmağa çalışır. İndi ondan soruşan yoxdur ki, pulu harada və kimə ödəmisən. Əgər ödəyibsə, bircə kağız, sənəd ortaya qoysun”.
Sahibkarların dediyinə görə Zakir Fərəcov ödənilməli olan pulun 30 faizini onlardan tələb etməkdən də çəkinməyib. “Bu adam əvvəlcə pulu verməkdən boyun qaçırdı. Sonra yalanı üzə çıxandan sonra sahibkarları yanına çağırıb, ağlıycan anlaşma əldə etmək istədi. Şərti də bu idi ki, həmin pulun 30 faizini ona versinlər. Təbii ki, heç kim şərti qəbul etmədi. Bundan sonra başladı təhdidə. Bizi həbs etdirəcəyini, gedər-gəlməzə göndərəcəyini söylədi. Hətta Sumqayıt polis və prokurorunun hazır dayandığını da vurğuladı. Bu təhdidlərin faydası olmadı. Bu gün heç kim bir addım da olsa geri çəkilməyib. Çünki biz öz halal haqqımızı tələb edirik və sona qədər də davam edəcəyik”. “Biz çıxılmaz vəziyyətdəyik” deyən iş adamları bildirirlər ki, girov qoyduqları əmlaklarının pulunu ödəyə bilmirlər. “Biz bu yalançıya ümid olub üzərimizə düşən işləri gördük. İndi əmlakımız girovdadır. Ödəniş də edə bilmirik. Zakir Fərəcov da hər vəchlə, yalan-dolanla pulumuzu verməkdən boyun qaçırır. Nə qədər boyun qaçırırsa, qaçırsın. Biz sonadək haqqımız uğrunda mübarizə aparacağıq. O pul bizə ödənilməyənə qədər hüquqi müstəvidə mübarizəmiz davam edəcək”. İş adamları söyləyir ki, Zakir Fərəcovun əməllərinə hüquqi qiymət verilməlidir. “İndiyə qədər danışmamağımın səbəbi abır-həya gözləməyim idi. Düşünürdüm ki, Zakir Fərəcov bəlkə özündə təpər tapıb, haqqa gələ. Lakin görünən odur ki, Fərəcov yol gözləyən, abır bilən biri deyil. Bu adamın əməlinə hüquqi qiymət verilməlidir. 700 nəfərə yaxın insanın haqqını yemək ədalət deyil. Bir belə haqsızlıqdan sona Zakir Fərəcov bizlərə Sumqayıtın işıqlanmasını və yenidən orada abadlıq, qruculuq işləri görməyimizi təklif edir.
Bu hayasız, imansıza nə ad verək?
Bununla bağlı dəfələrlə rəsmi qurumlara müraciət etmişik. Təəssüf ki, həmin müraciətlərimiz araşdırılması və cavablandırılması üçün təkrar Sumqayıt İcra Hakimiyyətinə göndərilir. Bizim şikayətimiz Zakir Fərəcovdandır. Aydındır ki, belə olanda Sumqayıt İcra Hakimiyyəti Zakiri qoyub, bizim tərəfimizi saxlamayacaq. Daha bunun harası araşdırma oldu?”
İş adamları onuda qeyd edirlər ki, cənab prezidentimiz İlham Əliyevin və dövlətimizin apardığı uğurlu siyasəti Zakir Fərəcov görmür yada özünü görməməzliyə vurur.
Zakir Fərəcov Karrupsiya, rüşvətxorluğa əli bulaşan lakin DTX tərəfindən həbs edilən icra başçılarını görmür?
İnanırıq ki, yaxın günlərdə Zakir Fərəcovu və müavinlərin ölkəmizin inkişafına, imicinə xələl gətirən, həbs edilən icra başçıları kimi tədbir görüləcək işində yoxlamalar başlayıb hüquqi qiymət veriləcəkdir.
Zakir Fərəcov sən Allah deyilsən!
Zakir Fərəcov dinə imana gəl!
Zakir Fərəcov bizim pulumuzu ver!
Zakir Fərəcov sən bir gün qanun qarşısında cavab verəcəksən, o zaman biz timsahın göz yaşlarını görəcəyik. xeberal.az
- Georgi Vanyan: "Paşinyan 7 rayonu müharibəsiz versəydi.."
14 yanvar 2021 14:18
- Qarabağda erməniləşdirilən Azərbaycan xaçpərəstləri – Gizlədilən tarix
13 yanvar 2021 22:50
- “Böyük izləyicisi olan səhifələr, bloggerlər də KİV hesab edilməlidir”
12 yanvar 2021 14:41
- Azərbaycanla Pakistan hərbi əlaqələri müzakirə etdi
12 yanvar 2021 14:14
- Atasının sərvəti həyatını kabusa çevirdi: Tamella xanımın
12 yanvar 2021 11:01
- 18 yanvardan sonra bizi nə gözləyir?
12 yanvar 2021 09:58
- Naira Zohrabyan Paşinyanı təhqir etdi
9 yanvar 2021 12:11
- Azərbaycanı canı qədər əziz bilən ALİM...
8 yanvar 2021 14:24
- Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə
7 yanvar 2021 22:18
- Nərminin nəşinin tapılmasından 1 il keçdi - Fevralın 10-da..
6 yanvar 2021 15:32
- Bu Dövlət Komissiyası ləğv edildi - Prezidentdən fərman
15 yanvar 18:26
- Mehriban Əliyeva Şuşadan bu dəfə foto paylaşdı
15 yanvar 17:16
- Prezidentlə ailəsinin səfərdən - Fotoları
15 yanvar 16:57
- “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar”
15 yanvar 15:26
- Habil Vəliyev səhhəti ilə bağlı Prezidentə müraciət etdi
15 yanvar 10:00
- Prezident Şuşaya getdi - Video
15 yanvar 09:47
- Kəlbəcərə at belində... - Video
15 yanvar 09:39
- “Paşinyanın cəbhədə baş verənlər barədə çox az anlayışı var idi”
14 yanvar 20:43
- Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
14 yanvar 18:11
- Vüqar Səfərli həbs edildi
14 yanvar 15:25
- Putin Ərdoğana deyə bilərdimi ki, mən bunu-bunu istəyirəm?
14 yanvar 14:52
- Georgi Vanyan: "Paşinyan 7 rayonu müharibəsiz versəydi.."
14 yanvar 14:18
- Erməniləri ifşa edən erməni ensiklopediyası
14 yanvar 13:52
- Ərdoğanla Putin arasında kritik Qarabağ razılaşması: Türkiyə masada yox, sahədədir
14 yanvar 13:31
- “Həyat yoldaşım mənə aldığı maşını başqa qadına bağışladı”
14 yanvar 10:35
- Merkeli kim əvəzləyəcək?
14 yanvar 10:29
- Baş redaktor azyaşlı övladının müalicəsi üçün Mehriban Əliyevaya müraciət etdi
14 yanvar 10:23
- ABŞ-da Konqresin binası belə qorunur
14 yanvar 10:14
- Qarabağda erməniləşdirilən Azərbaycan xaçpərəstləri – Gizlədilən tarix
13 yanvar 22:50
- Mübariz Mənsimovun məhkəməsi təxirə salındı
13 yanvar 21:45
- Mərkəzi Bank özünə 218 milyon avroya bina tikdirir
13 yanvar 19:47
- “Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi”
13 yanvar 16:56
- Rəşid Mahmudov koronavirusa yoluxdu
13 yanvar 16:49
- Prezident İlham Rəhimovla bağlı sərəncam imzaladı
13 yanvar 16:38
- “Akkord”un sabiq şefi İlqar Hacıyev XRİSTİAN oldu
13 yanvar 14:12
- Maska taxmayanlar şöbəyə aparılır? - DİN-dən tövsiyə
13 yanvar 14:01
- Mübariz Mənsimovdan xəbər var
13 yanvar 13:39
- İlham Əliyev qəbul keçirdi
13 yanvar 13:20
- Metro bu tarixdən fəaliyyətə başlayır - Rəsmi
13 yanvar 13:06
- Azərbaycan,Türkiyə və Pakistan XİN başçıları görüşür
13 yanvar 10:18