SAHİBKARLAR: “ZAKİR FƏRƏCOV BİZƏ OLAN BORCUNU QAYTARMAQ ÜÇÜN PULUN 30 FAİZİNİ ÖZÜNƏ İSTƏYİR”

SAHİBKARLAR: “ZAKİR FƏRƏCOV BİZƏ OLAN BORCUNU QAYTARMAQ ÜÇÜN PULUN 30 FAİZİNİ ÖZÜNƏ İSTƏYİR”
Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup sahibkar arasında davam edən borc qalmaqalı hələ də davam edir. JAMAZ.İNFO xəbər verir ki, Sumqayıt Ddənizkənarı Bulvarın tikintisi ətrafında yaranmış problemi artıq 5-ci ilinə qədəm qoyur və Fərəcov sahibkarların pullarını ödəməkdən imtina edir.Qeyd edək ki, bu gün iş adamları növbəti dəfə ölkə başçısına və bir çox dövlət qurumlarına yenidən müraciət edərək, onlardan kömək istəyiblər. Sahibkarlar bildirir ki, 2016-cı ildə Sumqayıt Dənizkənarı Bulvarın tikintisini həyata keçiriblər və qısa müddətdə tikinti işlərini başa çatdırıblar. Həmin tikinti zamanı isə mal və materialların alınmasını dövlət tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılmış pulla deyil, öz vəsaitləri hesabına həyata keçiriblər. Səbəb də bu olub ki, Zakir Fərəcov iş adaçlarını inandırıb ki, işlər başa çatana kimi bütün borcları bağlayacaq. “Lakin Zakir Fərəcov bizi aldadtdı. Bizə çatacaq pulun yalnız kiçik bir hissəsini ödəməklə kifayətləndi. Və 5 ilə yaxındır ki, borcunu qaytarmır. Hər dəfə də müxtəlif bəhanələr gətirir, yalanlar danışır, hətta bizi ittiham etməkdən, hədələməkdən çəkinmir”. Sahibkarlar müraciətlərində deyirlər ki, icra başçısı yüxarı dairələrə yalan məlumatlat verməklə, guya, borcu qaytarmış kimi özünü təqdim edir. “Zakir Fərəcov bizə borcu ödədiyinə dair yuxarı dairələrə müxtəlif arayışlar təqdim edib. Halbuki indiyə qədər smetada nəzərdə tutulmuş və bizim gördüyümüz işin müqabilində pulun heç 1/3 hissəsini ödəməyib. Biz də ona deyirik ki, əgər həqiqətən pulu ödəyibsə, bicə ödəniş sənədi ortaya qoysun. Təbii ki, belə bir ödəniş sənədi yoxdur. Çünki Fərəcov bizə çatacaq pulu mənimsəyib, onunla özünə ev, villa, oğluna restoran tikdirib. İndi də bizi ittiham edir, günahlandırır, hətta hədələyir. Təki həmin pulu ödəməsin”. JAMAZ.İNFO bildirir ki, iş adamları Zakir Fərəcovun onlardan borcun ümumi məbləğinin 30 faizini onlardan tələb edir. “Zakir Fərəcov yuxarılara borcun qaytarıldığına dair arayış təqdim etsə də, digər tərəfdən bizə bildirir ki, pulu qaytarmağa hazırdır. Amma bir şərtlə ki, həmin pulun 30 faizini ona verək. Əgər bu adam pulumuzu ödəyibsə, o zaman həmin məbləğin 30 faizini niyə istəyir? Və ya biz niyə öz halal haqqımızın 30 faizini ona verməliyik?”Sahibkarlar qeyd edirlər ki, hal hazırda Sumqaytın icra başçısı bütün imkanlarından istifadə edərək, onları sıxışdırmağa başlayıb. “Davamlı olaraq təhdid alırıq. Sumqayıtın icra başçısı hər dəfəsində bizi həbs etdirəcəyi ilə hədələyir. Deyir ki, ya həmin puldan tam imtina etməli, ya da pulun 30 faizini ona verməklə razılaşmalıyıq. Əks təqdirdə, hamımızı həbs etdirəcək. Bu gün biz Sumqayıta getməkdən belə ehtiyat edirik. Çünki Fərəcov keçmişdə də məhz borc məsələsinə görə, bir neçə sahibkarə həbsə atdırıb”. İş adamları deyirlər ki, Sumqayıt Bulvarının inşasına görə, onlarla tikinti materialı dükanına, yüzlərlə fəhləyə borclu qalıblar. “Biz tikintiyə başlayanda Zzakir Fərəcov təminat verdi ki, bütün pulu ödəyəcək. Biz də əzmlə işə başladıq, borc aldıq ki, işlər dayanmasın. Həmin pullar təkcə, bir qrup sahibkarın deyil. Bu işdə əməyi olan yüzlərlə fəhlənin haqqıdır. Bbiz evimizi, maşınımızı banklara girov qoyaraq, kredit götürmüşük. Bu gün belə həmin pulu qaytara bilmirik. Onlarla tikinti dükanına hələ də borcumuz var. Zakir Fərəcovun yalanları, şirin vədləri üzündən bu gün borc içində boğuluruq. Di gəl, icra başçısı pulumuzu ödəməkdən imtina edir. Bu azmış kimi bizi günahkar çıxarır. Fərəcov anlamır ki, kasıbın, fəhlənin haqqını yemək günahdır və bunun bir bədəli mütləq olacaq. Çünki kasıbın ahı yerdə qalmaz”. Onlar bildirir ki, Sumqayıtın icra başçısı dövlətin pulları ilə özünə böyük imkanlar açıb, xeyli sərvət toplayıb. “Təsəvvür edin ki, bu adamın Bakı kəndlərindən birində öz adına məhəlləsi var. Ora giriş-çıxış belə icazəynəndir. İcra başçısı hansı səlahiyyət və hüququn sahibidir ki, özünə məhəllə salır? Üstəlik, ora giriş-çıxışı “icazə” ilə edir? Bu adamın onlarla villasının olduğu, bir o qədər də böyük obyektlərə sahibləndiyi də kimsədən sirr deyil. Hardandır Zakir Fərəcovda bu qədər pul? Məgər o, iş adamıdır, biznesmendir, yoxsa qədim dövrlərdən ona hansısa miras qalıb? Bunu araşdırmaq lazımdır. Bir məmurun bu qədər varlanmasının tək səbəbi dövlət büdcəsindən ayrılmış pulların şəxsi mənfəətlər üçün sərf olunmasından başqa bir şey deyil. Məgər dövlət büdcəsi hansısa icra başçısının şəxsi malıdır ki, ondan öz şəxsi üçün istifadə etsin?”İş adamlarının sözlərinə görə, 5 ilə yaxındır davam edən borc qalmaqalı ilə əlaqədar müraciət etmədikləri instansiya qalmayıb. Lakin onların sözünü eşidən və problemini həll edən olmayıb. “Biz dəfələrlə bütün instansiyalara müraciət etmişik. Lakin bizə bəlli olmayan səbəblərdən problemimiz bu gün də həll olunmayıb. Sanki hansısa “əl” Zakir Fərəcovdan olan şikayətlərin ünvanına çatmasına mane olur. Amma biz ümidimizi itirməmişik. Çünki Ali Baş Komandan, hörmətli Prezident İlham Əliyevə inanınırıq. Və əminik ki, Cənab Prezident bizim sözümüzü eşidib, borcumuzu Zakir Fərəcovdan alınmasında bizə yardımçı olacaq”. Onlar sonda bilidiriblər ki, Zakir Fərəcovu növbəti dəfə vicdana və düzgünlüyə dəvət edirlər. “Biz Zakir Fərəcovu vicdana və düzgünlüyə dəvət edirik. Ondan artıq heç nə tələb etmirik və istəmirik. Öz halal haqqımızı istəyirik. Gətirib, bizim pulumuzu ödəsin və bu biabırçılıqlar da aradan qalxsın”.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. jamaz.info
- İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert
1 mart 2021 13:41
- Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
1 mart 2021 12:47
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
1 mart 2021 11:25
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 2021 23:13
- Hakim Mahmud Ağalarov dələduz prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
28 fevral 2021 23:00
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 2021 22:31
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 2021 21:57
- Sumqayıt hadisələrindən 33 il ötür
28 fevral 2021 14:11
- ŞUŞA FATEHİ Hikmət Mirzəyevin doğum günüdür
28 fevral 2021 12:40
- Monoetnik dövlətə çevrilən Ermənistan... - Foto
28 fevral 2021 12:06
- İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert
01 mart 13:41
- İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
01 mart 13:26
- Martda 14 gün iş olmayacaq
01 mart 13:17
- İcra başçısı işğaldan azad olunan Ağdamda sərxoş halda ? - VİDEO
01 mart 13:03
- Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
01 mart 12:47
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
01 mart 11:25
- Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedəcək
01 mart 11:17
- Nazir Ramiz Mehdiyevin qardaşı oğluna VƏZİFƏ VERDİ
01 mart 11:11
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 23:13
- Hakim Mahmud Ağalarov dələduz prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
28 fevral 23:00
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 22:31
- “Meyvəli” bazarında güclü yanğın başladı VİDEO
28 fevral 22:21
- Füzulidə yer altında GİZLİ ŞƏHƏR -Fotolar
28 fevral 21:57
- Sumqayıt hadisələrindən 33 il ötür
28 fevral 14:11
- Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
28 fevral 14:05
- Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
28 fevral 13:34
- ŞUŞA FATEHİ Hikmət Mirzəyevin doğum günüdür
28 fevral 12:40
- Ordumuzun əsgəri minaya düşüb şəhid oldu - FOTO
28 fevral 12:30
- Cahangir Əsgərov iki aydır maaşları vemir ki...
28 fevral 12:21
- Qəbələdə 18 yaşlı tələbə intihar etdi
28 fevral 12:14
- Monoetnik dövlətə çevrilən Ermənistan... - Foto
28 fevral 12:06
- Hər gün 30 qram kərə yağı yeməlisiz - VACİB SƏBƏB
27 fevral 22:47
- Bəşəriyyətin məhvi:kişilərdə spermatozoid 59% azalıb
27 fevral 15:46
- 1-ci vitse-prezident Firdovsi Umudov Kamran Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib
27 fevral 14:06
- Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in
27 fevral 12:52
- Sabiq MTN şefi Nəriman İmranovun oğlu Arazın...
27 fevral 12:36
- “Çalıquşu”unun Fəridəsi: Sevildiyini bilmək çox böyük xoşbəxtlikdir
27 fevral 12:02
- 202 gündür bağlı qalan Bakı metrosu ...HAZIRDIR
27 fevral 11:28
- Ağstafada çoban arvadını və ferma sahibini güllələdi - şok cinayət
27 fevral 11:11
- Azərbaycanda böyük əfv GÖZLƏNİLİR
27 fevral 10:51