Qafqaz “qatırını” kim harayacan minəcək?
İqtisadiyyat20 noyabr 2020 23:02
Rahid Ulusel
Azərbaycan Milli Elmlər Akademiyası,
fəlsəfə elmləri doktoru, professor
Avropa ilə, daha geniş anlamda Qərblə Rusiya Pyotr zamanından bəri nə qədər qarşıdurmalarda olsalar da, onların Qafqaz siyasətində uzlaşıb dil tapmalarının köklü səbəbləri var. Bu səbəblərin başında ariçilik dayanır. Bu gün ABŞ-la Rusiyanın maraqları Ermənistanda açıq şəkildə toqquşsa da, onlar bu Qafqaz dönüyünü qorumaqda anlaşma tapacaqlar.
Bilirsinizmi, miladın IV-V əsrlərində ermənilər neçə dənə imiş: 3 milyon! Özlərini bir çox qaynaqlarda, eyni zamanda, hamının baxa biləcəyi başdan-başa uydurma "https://ru.wikipedia.org/wiki/ Великая_Армения” saytında məhz belə hesablayan ermənilər bəs bu gün neçə dənədir: 3 milyon!
Roma imperiyasının çiçəklənən vaxtında Roma şəhəri əhalisinin 1 milyon olması təxmin edilir. Yüksək dövlətçilik və inzibatçılıq mədəniyyətinə malik olan romalıların yanılmadıqlarına inanmaq olar.
Ancaq tarixdə heç zaman olmamış və olmayacaq "Böyük Ermənistan”ın bütün Qafqaza pərçim edilən mifik xəritəsindəki coğrafiyada 3 milyon erməninin yaşamasını hansı statistika kahini müəyyənləşdirib?! Deməli, ötən 1600 il ərzində ermənilər "qatır cinsi” tək heç doğub-törəməyiblər?!
Tarixi bitdə-bitdə araşdıran, onun hər faktının təsdiqinə elmi arqumentlər axtaran Avropa (Qərb) rasionalistləri nə əcəb bu qısır toplumun daşlaşıb qalmasını görməyiblər?! Nə əcəb görməyiblər ki, ermənilərin "Böyük Ermənistan”la öyündükləri tarixi zamanda (III – VI əsrlər) onlar Sasani imperiyasının tərkibində satraplıq kimi qısılıb qalıblar. Əlbəttə, görüblər. Əslində, bu tarix korluğunun müəllifi elə onlar özləridir.
Təqribən son 300 ildə Avropa imperializm və təhrifçi tədqiqatçılıq ittifaqı ilə dünya müstəmləkəçiliyinin özülünü qoyub. Bu gün həsəd aparılan Qərb inkişafı öz bünövrəsi üzərində deyil, əsasən, qeyri-Qərb dünyasından daşınan sərvətlər üzərində qurulub.
Avropa imperializminin ekspansionist ideologiyası ariçilik – bəşəriyyətin ari irqinə mənsubların seçkinliyi və üstünlüyü təməlində onların planetar hökmranlığına haqq qazandırmaq üçün quraşdırılmışdır.
"Qafqaz irqini” (Caucasoid və ya Europid) öz əcdadları sayan avropalılar, Avropadan köçmüş amerikalılar öz alimlərinin yaratdıqları ziddiyyət içərisindədirlər. Çünki Qafqaz və ari (hind-avropalı) irqləri tamamilə ayrıdır. Erməni etnosunun da alban, gürcü, abxaz, udin, kabardin, çərkəz, adıgey, avar, ləzgi, sakur və s. onlarla xalqın mənsub olduğu "Qafqaz irqinə” nə dil, nə də antropoloji cəhətdən heç bir bağlılığı yoxdur. Deməli, Qafqaza bağlılığı yoxdur.
Başlanğıcından siyasiləşmiş və hərbiləşmiş ariçilik ideologiyası dünyanın "ari arealı” boyunca Hind-Avropa dil ailəsinə daxil olan etnoslardan özünə ayaqyeri düzəldərək yerimək, irəliləmək və rəqib dövlətləri parçalayaraq (divide et impera) onların ərazisini ələ keçirmək, həmin ərazilərdə dayaq nöqtələrini yaratmaq vasitəsidir.
Avropa (əsasən, Böyük Britaniya və Fransa) imperializminin ariçilik yuvaları xüsusilə dünyanın üç böyük türk imperiyasını – Moğol, Səfəvi və Osmanlı dövlətlərini dağıtmaq üçün Hindistanda, Pakistanda, İranda, Anadoluda, Qafqazda və onlara həmhüdud bölgələrdə yaradılmışdır.
Ariçiliyin erməni yuvaları Anadolu və Qafqazda fiziki şəkildə mövcud idisə və son yüz əlli ildə Qafqazın ən böyük dövləti Azərbaycana qarşı "mütəşəkkil cinayətkar toplum” halına gətirilmişdirsə, hazırda "Erməni dili və sivilizasiyası” adı altında Avropa və Amerikanın bir çox universitetlərində humanitar və intellektual bölmə-təsisatlar şəklində mövcuddur.
Həmin universitetlərin dərsliklərində, tarixi-linqvistik-kulturoloji tədqiqatlarında mikroskopik ermənidən az qala antik Şərq dünyasının vacib komponenti kimi, hətta imperiya qurucusu kimi bəhs edilir, "Ermənistan” pazı Anadolu və Qafqazın bütün antik xəritələrinə saplanır, burada min illər ərzində mövcud olmuş, hətta ermənilərin özünə də bir küncündə yer vermiş tarixi dövlətlərin hüququ tapdalanır.
Tək-tük də olsa, hətta ermənilərin özünün bu toplumu yerində oturdan tədqiqatçıları var: ABŞ-ın Kolumbiya Universitetinin professoru Nino Qarsoyan "Ermənistan IV əsrdə” adlı məqaləsində Ermənistanın vahid, birləşdirilmiş dövlət olduğu iddialarını qəti şəkildə inkar edir. N.Qarsoyan hələ 1600 bundan öncə niyə bütün bölgədə ermənilərin "personae non gratae” (etibarsız şəxs) sayıldıqlarına dair hətta bu gün də əhəmiyyətini itirməyən olduqca tutarlı fakt gətirir: İran tarixinin ən uzunmüddətli "şahənşahı” – Sasani hökmdarı II Şahpur (309 – 379) ermənilərin "tarixi ikiüzlülüyünü” ikrahla bəyan edir: "Ermənilər bizim torpaqlarda yaşayırlar, lakin Sezarın dalınca gedirlər” (http://lraber.asj-oa.am/1876/1/55.pdf, c.56-58, 61).
Yeni epoxanın Avropa Sezarları da "ari erməni”dən həm Mif, həm də Silah kimi istifadə edirlər.
Almaniyada yaşayan dəyərli alimimiz Ağalar Qut "kulis.az” saytındakı son iki məqaləsində arianizmin – ariçiliyin bu Mif-Silahının bizə qarşı necə işlədilməsinin mahiyyətini dəqiq hədəfi ilə açır:
"Azərbaycan avropalı diplomatların, mediaların və beynəlxalq təsisatların üzünə açıq mətnlə çırpmalıdır ki, biz məsələni başa düşmüşük, siz nə məlumatsızsınız, nə sadə xristian təəssübkeşlərisiniz, nə də humanist dəyərlərin müdafiəçiləri, siz sadəcə olaraq gizli irqçilər, maskalı arianistlərsiniz!”
Azərbaycan diplomatiyasının və xarici humanitar siyasətinin fundamental strateji mövqeyi məhz belə qurulmalıdır.
Əlbəttə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq edən beynəlxalq qanunlar qarşısında gücümüzlə tərk-silah edilən Ermənistanın heç kim tərəfindən dəstəklənməməsi artıq ariçiliyin özünü də köntöy vəziyyətə qoyub. Onda gərək XXI əsrdə 3 milyon olan erməninin elə IV əsrdə də 3 milyon olduğuna dünyanı inandırmaq sarsaqlığında olasan ki, belə bir əsassız dəstəklə özünü gülünc günə salasan.
Bu gün Azərbaycan Vətən Müharibəsində təkcə Ermənistanı diz çökdürmədi, həm də onun dayaqlandığı ariçilik ideologiyasının sütunlarını laxlatdı.
Ariçilər Ermənistanın hərbi məğlubiyyətinin qarşısını ala bilmədilər. İndi basılmış məmləkət üstündə baş sındırılan bu: Qafqaz "qatırı” Ermənistanı kim harayacan minəcək...
Son video süjetlərindən birində gördüyümüz kimi, yağmaladığı Azərbaycan torpağından qovulan erməninin özü ilə sürüyüb apardığı unitaz – əslində, onun Qafqazdakı aqibətinin parlaq simvoludur. Qafqazdakı absurd ariçilik siyasəti belə də başa çatmalıdır!
Oxşar xəbərlər
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
7 fevral 2026 13:28
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 2026 21:18
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
