SUMQAYITDA “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı

Sumqayıt İcra Hakimiyyəti başçısı Zakir Fərəcovla iş adamları arasında borc qalmaqalının yeni detalları məlum olub. Daha doğrusu, Sumqayıt Dənizkənarı Bulvarının tikintisini həyata keçirmiş iş adamları məsələ ilə bağlı Prezident İlham Əliyevə etdiyi müraciətlərində necə aldadıldıqlarını açıqlayıblar.
Onlar bildiriblər ki, Sumqayıt Dənizkənarı Bulvarın tikintisi ilə əlaqədar icra başçısı Zakir Fərəcov tərəfindən İcra Hakimiyyətinə dəvət ediliblər və 2016-cı ilin martında danışıq aparıblar. “Bizə Sumqayıt Dənizkənarı Bulvarının inşa edilməsinin zəruriliyini bildirdi. Söhbət əsnasında Fərcəov dedi ki, ağsaqqal (Ramiz Mehdiyevi nəzərdə tutur) ona Bulvarın 2016-cı ilin sentyabrına kimi tikilib, istifadə etməyi tapşırıb. Üstəlik, onu da dedi ki, Bulvarı vaxtında tikib, təhvil verərsə, Ramiz Mehdiyev Fərəcovu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin etdirəcəyinə söz verib”. Sahibkarlar müraciətdə qeyd edib ki, onlara qədər 6 iş adamı ilə Sumqayıtın icra başçısı arasındakı danışıqlar baş tutmayıb. Onların sözlərinə görə, həmin iş adamları işi boyunlarına götürməyiblər. “Danışıqlardan sonra işi boynumuza götürdük. Bundan sonra dedi ki, işi vaxtında başa çatdıracağımız təqdirdə, o, Bakı meri olan kimi, paytaxtdakı bir çox iri layihələrin icrasını da bizə həvalə edəcək. Lakin bizi məsələnin gələcək tərəfi deyil, Bulvarın inşası maraqlandırırdı”. İş adamları yazır ki, 105 hektar ərazisi olan Sumqayıt Bulvarının planını və layihəsini qısa müddətdə hazırlayıblar. “Bu işə başlayan ərəfədə Zakir Fərəcov həmçinin Sumqayıt-Quba yolunun girişində də abadlıq işlərini də bizə tapşırdı. Dərhal fəaliyyətə başladıq. 624 işçi və onlarla texnikamızı əraziyə gətirib, tikinti işlərinə start verdik. 2016-cı ilin martın 10-da başladığımız işləri həmin ilin sentyabrında təhvil verdik. Lakin gördüyümüz işlərin dəyəri bu günə qədər ödənilməyib”. Şirkət rəhbərləri dövlət başçısına müraciətlərində bildirirlər ki, tikintiyə başladıqda icra başçısı ilə söhbət zamanı ikitərəfli müqavilənin bağlanılmasının zəruri olduğunu deyiblər. “Lakin Fərəcov dedi ki, hazırda müavilə bağlanılmasına ehtiyac yoxdur. Ardından da “Bu şəhərin sahibi mənəm, tikinti işləri başa çatan kimi müqavilə bağlayacağıq” deyə bildirdi. Bundan əlavə onu da vurğuladı ki, işin dəyəri də tam ödəniləcək. Onun sözlərinə inandıq. Çünki Zakir Fərəcov Prezidentin Sumqayıtdakı səlahiyyətli nümayəndəsidir və Dövlət Başçısı ona etimad göstərib. Təbii ki, biz də Prezidentin etimad göstərdiyi bir şəxsə inandıq və sözlərinə etibar etdik. İnana bilməzdik ki, Zakir Fərəcov etibarsızlıq edib, ölkə üçün görülən işin pulunu verməz”. Sahibkarlar vurğulayıb ki, Sumqayıt Dənizkənarı Bulvarı və Sumqayıt-Quba yolunun giriş hissəsinin abadlaşdırılması layihəsinin dəyəri 12.8 milyon manat təşkil edib. “İlk gündən smeta dəyəri haqqında heç bir fikir ayrılığımız da olmayıb. Lakin indiyə qədər həmin pulun yalnız 6 milyon manatı bizə ödənilib”. Onlar bildirir ki, tikiti işləri zamanı pul lazım olduqda Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq İdarəsinin müdiri Adil Xudadatovla əlaqə saxlayıblar. “Adil Xudadatov deyirdi ki, Bulvarın tikintisi üçün lazım olan pul Sumqayıtdakı sahibkarlardan və müxtəlif təşkilatlardan yığılır. Hətta bir neçə dəfə bizə material lazım olduqda Adil deyirdi ki, hələ pul yığılmayıb və yığılan kimi çatdıracaq. Maraqlıdır, görəsən, görülən işlər üçün ayrılmış pullar hara sərf edilmişdi ki, bizə ayrı-ayrı şəxslərdən yığılan pullar verilirdi?” Onlar qeyd edir ki, o, işlərin dayanmaması və sentyabra kimi başa çatması üçün tanıdığı iş adamlarından nisyə tikinti materialları alıblar. Bundan başqa, fəhlələrin əmək haqlarının verilməsi üçün də tanıdıqları adamlardan borca pul götürüblər. “Zakir Fərəcovla Adil Xudadatov bizdən xahiş edirdilər ki, işləri dayandırmayaq. Hətta işin vaxtında təhvil verilməsi üçün bizə yalvarırdı. Söz verdiyimiz kimi, işi vaxtında təhvil verdik. Amma bu günə qədər borc götürdüyümüz material və pulları hələ də qaytara bilməmişik”. İş adamları bildirir ki, bir müddət sonra onlara məlum olub ki, Bulvarın inşası üçün dövlət tərəfindən pul ayrılıb. “Hətta adı bizə məlum olmayan hansısa şirkət tenderi də udubmuş. Gördüyümüz işlərin pulunu isə həmin şirkətin hesabına köçürərək, nəğdləşdirib, mənimsəyiblər”. Sahibkarlar vurğulayır ki, Zakir Fərəcov ona dövlət tərəfindən pul ayrılmadığını, Sumqayıt Bulvarının da öz hesabına tikdirdiyini iddia edib. Bu azmış kimi, icra başçısı iş adamına təklif edib ki, görülən işin dəyərinin 30 faizini notarial qaydada təsdiqlənməklə ona bağışlasın. “Bizə dedi ki, bütün pulu öz cibindən xərcləyib. Ona görə də, borcun 30 faizini notarial qaydada təsdiq etməklə, ona bağışlayaq. Yerdə qalan borcun əvəzində isə torpaq sahələri, avtomobillər və yeni tikililərdə mənzillər təklif edirdi. Bununla razılaşmadıq və pulun tam ödənilməsini istədik. Nəticədə, Fərəcov bizə hədə-qorxu gəlməyə başladı. Tutduracağını dedi. Hətta bir neçə şəxsi qanunsuz olaraq polisdə saxlatdırdı”. Müraciətdə deyilir ki, borcun qaytarılması üçün 3 dəfə Zakir Fərəcovun qəbulunda olublar. “Bizi ələ almaq üçün yeni işlər təklif etdi. Belə ki, Sumqayıtda 2000 ədəd işıq dirəyinin quraşdırılması, yollara asfaltların çəkilməsinin bizim tərəfindən edilməsini istəyirdi. Bununla razılaşmadıq. Çünki onun təkliflərinin yalan olduğunu əvvəlcədən bilirdik. Həm də onun heç bir vədinə inanmırdıq”. Maraqlı məqamlardan biri də odur ki, Zakir Fərəcov borcunu qaytarmamaq üçün qəribə bəhanə irəli sürüb. İcra başçısı deyib ki, guya, ona Sumqayıtda dəyəri 6 milyon manat olan bir məktəb və bir uşaq bağçasının tikilməsini istəyiblər. “Ona görə də, bizə olan borcu qaytara bilmir. Artıq Zakir Fərəcovun yalanlarından bezmişik. Bilirik ki, Sumqayıt Bulvarının tikintisi üçün dövlət büdcəsindən pul ayrılıb. Lakin həmin pulun hara xərcləndiyi naməlum olaraq qalır. Nəticədə, bizim borcumuz ödənilməyib və bu gün də ayrı-ayrı iş adamlarına külli miqdarda borcumuz qalıb ki, onu ödəyə bilmədiyimizdən çətin duruma düşmüşük”. İş adamları Prezidentə etdiyi müraciətində dövlət başçısından köməklik də istəyiblər. “Zakir Fərəcov bizim şikayət yazdığımız dövlət orqanlarına ziyanın ödənilməsi ilə bağlı arayışlar göndərir. Bu cəfəngiyyatdır. Görülən işin dəyəri ödənilməyib. Əgər ödənilibsə, icra başçısı bununla bağlı sübutlar təqdim etsin. Nə qədər yalan vədlər vermək və dövlət orqanlarını aldatmaq olar? Belə hərəkətlər Prezidentin nümayəndəsinə yaraşmır. Ona görə də, Cənab Prezident, Sizdən xahiş edirəm ki, gördüyümüz işlərin dəyərini mənimsəyən şəxslərlə bağlı qanunamüvafiq tədbir görməklə, bizə vurulmuş ziyanın ödənilməsinə yardımçı olasınız”. Qarşı tərəfi də dinləməyə hazırıq. araz.az xəbər portalı.
- Mehdiyev hansı xəstəlikdən ciddi əziyyət çəkir - VİDEO
7 mart 2021 16:28
- Mir (Şahin)in dövlətə 2,8 milyon manat vergi borcu var...ŞOK
7 mart 2021 14:09
- Azadlığa çıxan Mübariz Mənsimovdan - Açıqlama
6 mart 2021 18:13
- AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım
4 mart 2021 18:33
- Ramiz Mehdiyevin GƏLİNİ-nin bankı bağlanır ..
4 mart 2021 15:35
- " 10 KVADRAT MƏSAFƏDƏ 7-8 nəfər oturur "-DGK sədri
4 mart 2021 14:11
- SSRİ-nin ilk cəlladı – 33 nəfəri çəkiclə qətlə yetirən Komarov
4 mart 2021 00:10
- Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı
3 mart 2021 17:40
- Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı
3 mart 2021 11:16
- Nazir Ramiz Mehdiyevin qardaşı oğluna VƏZİFƏ VERDİ
1 mart 2021 11:11
- Mehdiyev hansı xəstəlikdən ciddi əziyyət çəkir - VİDEO
07 mart 16:27
- Yüksək təzyiqin yaranmasının - 3 əsas mexanizmi
07 mart 15:45
- Bakı-Salyan yolunda külək KAMAZ-ı aşırdı - Video
07 mart 15:07
- Keçmiş baş prokuror 98 yaşında öldü
07 mart 14:32
- Mir (Şahin)in dövlətə 2,8 milyon manat vergi borcu var...ŞOK
07 mart 14:09
- "PƏZƏVƏNG" kafe, yoxsa ? Sahibini infarkt vurdu
07 mart 13:58
- Şərurlu İsfəndiyarın restoranında aşığı vurdular, müğənnini döydülər
07 mart 13:42
- Bakıda qadının başına tikintidən dəmir düşdü, hadisə yerində öldü - Video
07 mart 13:32
- DƏHŞƏTLİ VİDEO! Timsahın qarnından uşaq meyiti çıxdı
07 mart 13:18
- Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi
07 mart 10:49
- AZƏRBAYCANDA YENİ QOŞUN NÖVÜ ...
07 mart 02:02
- "Pəhləvanlar" kafesinin 18 otağında 49 əxlaqsız qadınla ...
07 mart 01:29
- Tibb Universitetinin 80 yaşlı keçmiş rektoru...
06 mart 21:46
- YAP-ın Veteranlar Şurasında kimlər var? (SİYAHI)
06 mart 18:52
- Hacıbala Abutalıbov Bakıdan kəndə köçüb -Toyuq saxlayır
06 mart 18:31
- Azərbaycanda 273 nəfər ömürlük məhkum var - Onlar da..
06 mart 18:22
- Azadlığa çıxan Mübariz Mənsimovdan - Açıqlama
06 mart 18:13
- “Partiyamız yeni siyasi dövrə qədəm qoyur”
06 mart 17:59
- Prezident bu qadınları təltif etdi - Siyahı
06 mart 17:41
- Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
06 mart 00:08
- Bu da YAP-ın yeni İdarə Heyəti - Siyahı
05 mart 23:50
- Mehriban Əliyeva YAP Sədrinin I müavini oldu
05 mart 16:45
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
05 mart 16:25
- Mübariz Mənsimov azadlığa çıxdı
05 mart 14:40
- Ramiz Mehdiyev YAP-ın İdarə Heyətindən çıxarıldı...
05 mart 13:25
- Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda daha bir tarixi abidə bərpa ediləcək
05 mart 12:14
- Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu
05 mart 11:44
- Dilavər Əzimlinin həyat yoldaşı: "Ölüm xəbərini mənə sürücü..."
05 mart 10:51
- Ramiz Mehdiyev YAP-ın qurultayında - Foto
05 mart 10:37
- YAP-ın qurultayı başladı - Yenilənir
05 mart 10:31