BƏSDİR, Zakir Fərəcov, PULLARIMIZI VER

Sumqayıtda Bulvar kompleksinin tikintisində iştirak edən iş adamları, fəhlələr öz halal pullarını Zakir Fərəcovdan tələb edirlər. Bir qrup iş adamının müraciətində qeyd olunur:
Zakir Fərəcov !
Sən 2016-cı ilin mart ayının əvvəllərində bizi Sumqayıt şəhər İcra Hakimiyyətinə dəvət etdin.
Söhbət zamanı Sumqayıt şəhərində yeni bulvar kompleksinin salınmasının zəruriliyini bildirdin. Sən bizə dedin ki, ağsaqqal ( Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev ) Sumqayıtda Yeni Bulvar kompleksinin salınmasını və bulvarın cari ilin sentyabr ayında təhvil verilməsini tapşırmışdır. Tapşırılan vaxtda Yeni Bulvar kompleksini təhvil verdikdən sonra ağsaqqal Ramiz Mehdiyev səni Bakı şəhər İcra Hakimiyyətinə başçı təyin edəcəyinə söz verib.
Zakir Fərəcov ! Sən bizdən xahiş etdin ki, bu işi boynumuza götürək. Sən bizə bildirdin ki, Bulvar məsələsi dövlətimiz üçün və sənin özün üçün çox vacibdir. Ona görə ki, bulvarın yüksək keyfiyyətlə salınması barədə Prezidentə söz verib. Sən hətta onu da bizə vəd verdin ki, Bakı şəhərinə başçı təyin edildikdən sonra biz iş adamlarına hər cür şərait yaradacaqsan. Biz də sənə inandıq, Zakir Fərəcov.
Sonra birlikdə yeni bulvar kompleksinin salınacağı yerə gəldik. Həmin sahəyə baxış keçirdik, 105 ha torpaq sahəsində yeni bulvar kompleksinin salınmasına və sentyabr ayının axırında tam təhvil vermək barədə razılaşdıq. Həmçinin şəhərin Bakı-Quba yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırdın və bu barədə də razılığa gəldik. Bundan sonra, 624 nəfər işçi heyəti və texnikamızla birlikdə mart ayının 10-da işə başladıq. Yeni Bulvar kompleksini 2016-cı ilin sentyabr ayında söz verdiyimiz kimi təhvil verdik. Lakin, gördüyümüz işlərin dəyəri bu günədək bizə ödənilməyib.
İş adamları qeyd edir ki, kompleksin tikilməsi barədə söhbət edərkən biz başçıya bunun üçün müqavilə bağlanmasını bildirdik. Lakin Fərəcov dedi ki, hazırda müqavilə bağlanmasına ehtiyac yoxdur, bu şəhərin sahibi mənəm, tikinti işləri başa çatdıqdan sonra müqavilə bağlayacağıq və görülən işlərin dəyəri tam ödəniləcəkdir, narahatçılığa əsas yoxdur. Bununla belə, Z.Fərəcov işə başladıqdan sonra, lazım olan tikinti materiallarının və işçilərin əmək haqlarının vaxtlı-vaxtında ödəniləcəyinə söz verdi. Biz iş adamları möhtərəm Prezidentin böyük bir şəhərdə təmsilçisi olan Zakir Fərəcova inandıq. Biz inanmazdıq ki, Fərəcov etibarsızlıq edib şəhər üçün, ölkə üçün görülən işlərin pulunu mənimsəyib verməyəcək.
Beləliklə biz iş adamları, Zakir Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığımız iş adamlarına sifariş etdik. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirdik.
Yeni Bulvar kompleksinin və şəhərin Bakı-Quba yolundan girişində abadlıq işlərinin ümumi smeta dəyəri 12.800.000 ( On iki milyon səkkiz yüz ) manat təşkil edirdi. Smeta dəyəri barədə icra hakimiyyəti ilə aramızda fikir ayrılığı yaranmamışdır. Lakin həmin puldan indiyə kimi cəmi 6.000.000 ( altı milyon ) manat ödənilib, qalan hissə hələ də ödənilməyib.
İş adamları onu da qeyd edir ki, işlərin görüldüyü vaxtda, veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən NAĞD şəkildə ödənilirdi.
Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən bizə məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, biz material üçün pul lazım olduğunu bildirdikdə Adil deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Maraqlıdır, görəsən, görüləcək işlər üçün ayrılmış pullar hara sərf edilmişdir ki, bizə ayrı-ayrı şəxslərdən pul yığılıb verilirdi.
Biz iş adamları işlərin dayanmamasına görə, tanışlarımızdan NİSYƏ tikinti materialları alırdıq. Kompleksin tikintisində çalışan işçilərin əmək haqlarını daxili imkandan və imkanlı dost-tanışlardan pul almaqla ödəyirdik. Çünki Fərəcov və Xudadatov bizə işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödəniləcəyinə söz verirdilər.
Hətta, işin vaxtında təhvil verilməsi üçün bizə yalvarırdılar. Biz yuxarıda qeyd etdiyimiz kimi müəyyən imkanlar daxilində bizə tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdik. Buna görə, müəyyən şəxslərdən götürdüyümüz tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyümüz şəxslərə borcumuzu hələ də ödəyə bilmirik.
İş adamları qeyd edir ki, Sumqayıtda Yeni Bulvar kompleksinin açılışı zamanı cənab Prezident də görülən işlərdən və işin keyfiyyətlə yerinə yetirilməsindən razı qalmışdır. Hətta möhtərəm Prezident orada bildirdi ki, tez bir zamanda bu işlərin görülməsi əsl möcüzədir.
Sonradan bizə bəlli olan məlumata görə, gördüyümüz işlər üçün dövlət tərəfindən pul ayrılmışdır. Guya tender də keçirilin və adı bizə məlum olmayan bir şirkət tərəfindən qazanılmış, müqavilə də imzalanmışdır. Biz iş adamlarına çatası pullar isə müqavilə bağlayan şirkətin hesabına köçürülmüş və sonradan nəqdləşdirilərək mənimsənilmişdir. Lakin bizə çatası pul ödənilməmişdir.
Z.Fərəcov bizimlə söhbətində deyirdi ki, kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamışdır. Bunu öz hesabına tikdirib. Buna görə də bizə görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq edilməklə ona bağışlamağımızı tələb edir.
Yerdə qalan hissəsinin əvəzinə də torpaq sahələri, avtomobillər, yeni tikililərdən mənzillər təklif edir. Lakin həmin təkliflər də sözdən ibarətdir. Məcburən buna razılaşsaq da, təkliflərini də yerinə yetirmir. Z.Fərəcov ödəniş etmək əvəzinə hələ də bizə hədə-qorxu gəlir, tutdurmaqla hədələyir. Hətta bir neçə şəxsi polisdə günlərlə qeyri-qanuni saxlatdırmışdır.
Biz iş adamları dəfələrlər Zakir Fərəcovun öz təşəbbüsü ilə onun qəbulunda olmuşuq. Bizə olan borcunun əvəzində o bizə şəhərdə bəzi binaların dam örtüyünün dəyişdirilməsini, şəhərin işıqlandırılması üçün 2000 ( iki min ) ədəd işıq dirəyinin alınması və quraşdırılmasını, həmçinin yollara asfalt örtüyünün çəkilməsini bizə verəcəyini bildirib. Və həmin işlərin dəyərini də avtomobillər və torpaq sahələri verilməsi ilə əvəzləşdirəcəyini və bunların müqabilində kompleksin tikintisi üçün qalan borcada tamamilə imtina etməyimizi tələb edib. Lakin onun bu təkliflərinin də ağ yalan olması əvvəlcədən bizə məlumdur. Biz bu şəxsin, yəni Zakir Fərəcovun vədlərinə daha inanmırıq.
İş adamları onu da qeyd edir ki, Zakir Fərəcov görüş zamanı onlara bildirib ki, indi ona yuxarıdan öz vəsaiti ilə 6.000.000 ( altı milyon ) manat dəyərində bir məktəb və bir uşaq bağçası tikilməsi tapşırılmışdır. Onların tikintisi üçün vəsait tapa bilmir. Guya buna görə də borcunu ödəmək imkanı yoxdur.
İş adamları Fərəcovun yalanlarından bezdiklərini qeyd edirlər.
Bilirik ki, Yeni Bulvar kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün müvafiq vəsait ayrılmışdır. Lakin həmin vəsaitlərin hara xərcləndiyi məlum deyil, daha doğrusu, işi görənlərə ödənilmədiyinə görə mənimsənilmişdir. Bizə az da olsa ödənilən vəsait qeyd etdiyimiz kimi memar Adil Xudadatov tərəfindən müxtəlif iş adamlarından və təşkilatlardan yığılan pullar hesabına ödənilmişdir.
İş adamları onu da bildirir ki, Zakir Fərəcov dövlət orqanlarını aldadır ki, guya borcu tamamilə ödəyib. Əgər belədirsə, Zakir Fərəcov buyursun sənədləri ortaya qoysun. Hamısı yalandır. Prezidentin təmsilçisinə yaraşmaz bu biabırçılıq.
Bəsdir, Zakir Fərəcov, pullarımızı ver !
- Azərbaycanla Pakistan hərbi əlaqələri müzakirə etdi
12 yanvar 2021 14:14
- Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə
7 yanvar 2021 22:18
- Oğlu dənizdə boğuldu, dərdindən siqaretə bağlandı...
6 yanvar 2021 21:14
- Nərminin nəşinin tapılmasından 1 il keçdi - Fevralın 10-da..
6 yanvar 2021 15:32
- Zakir Həsənov işğaldan azad edilmiş ərazilərə getdi (FOTO/VİDEO)
27 dekabr 2020 12:36
- Baba və nənəsini öldürən nəvə həbs olundu
26 dekabr 2020 15:21
- Həbsdəki sabiq başçı Namiq Zeynalovun törətdiyi cinayət əməllərinin bir ucununun, qardaşı Akif Zeynalova və onun yaxınlarına bağlılığı da iddia olunur
16 dekabr 2020 17:51
- Prezidentin təltif etdiyi generallar kimlərdir?
16 dekabr 2020 11:35
- Nəcməddin Sadıqovun general bacısı oğlu işdən çıxarıldı
12 dekabr 2020 16:30
- Ərəstun Orucludan ordumuzla bağlı SENSASİON AÇIQLAMA
12 dekabr 2020 09:49
- Bu Dövlət Komissiyası ləğv edildi - Prezidentdən fərman
15 yanvar 18:26
- Mehriban Əliyeva Şuşadan bu dəfə foto paylaşdı
15 yanvar 17:16
- Prezidentlə ailəsinin səfərdən - Fotoları
15 yanvar 16:57
- “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar”
15 yanvar 15:26
- Habil Vəliyev səhhəti ilə bağlı Prezidentə müraciət etdi
15 yanvar 10:00
- Prezident Şuşaya getdi - Video
15 yanvar 09:47
- Kəlbəcərə at belində... - Video
15 yanvar 09:39
- “Paşinyanın cəbhədə baş verənlər barədə çox az anlayışı var idi”
14 yanvar 20:43
- Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
14 yanvar 18:11
- Vüqar Səfərli həbs edildi
14 yanvar 15:25
- Putin Ərdoğana deyə bilərdimi ki, mən bunu-bunu istəyirəm?
14 yanvar 14:52
- Georgi Vanyan: "Paşinyan 7 rayonu müharibəsiz versəydi.."
14 yanvar 14:18
- Erməniləri ifşa edən erməni ensiklopediyası
14 yanvar 13:52
- Ərdoğanla Putin arasında kritik Qarabağ razılaşması: Türkiyə masada yox, sahədədir
14 yanvar 13:31
- “Həyat yoldaşım mənə aldığı maşını başqa qadına bağışladı”
14 yanvar 10:35
- Merkeli kim əvəzləyəcək?
14 yanvar 10:29
- Baş redaktor azyaşlı övladının müalicəsi üçün Mehriban Əliyevaya müraciət etdi
14 yanvar 10:23
- ABŞ-da Konqresin binası belə qorunur
14 yanvar 10:14
- Qarabağda erməniləşdirilən Azərbaycan xaçpərəstləri – Gizlədilən tarix
13 yanvar 22:50
- Mübariz Mənsimovun məhkəməsi təxirə salındı
13 yanvar 21:45
- Mərkəzi Bank özünə 218 milyon avroya bina tikdirir
13 yanvar 19:47
- “Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi”
13 yanvar 16:56
- Rəşid Mahmudov koronavirusa yoluxdu
13 yanvar 16:49
- Prezident İlham Rəhimovla bağlı sərəncam imzaladı
13 yanvar 16:38
- “Akkord”un sabiq şefi İlqar Hacıyev XRİSTİAN oldu
13 yanvar 14:12
- Maska taxmayanlar şöbəyə aparılır? - DİN-dən tövsiyə
13 yanvar 14:01
- Mübariz Mənsimovdan xəbər var
13 yanvar 13:39
- İlham Əliyev qəbul keçirdi
13 yanvar 13:20
- Metro bu tarixdən fəaliyyətə başlayır - Rəsmi
13 yanvar 13:06
- Azərbaycan,Türkiyə və Pakistan XİN başçıları görüşür
13 yanvar 10:18