
Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?
Günün sitatı26 noyabr 2020 17:07
Kəlbəcər işğaldan azad olunsa da, bu fikirləri rayonun ən strateji nöqtələrinə şamil etmək hələ ki mümkün deyil. Rayondakı strateji əhəmiyyətli yerlərdən olan Sərsəng su anbarı rusların xəritəsində keşmiş Ağdərə rayonunun ərazisinə düşdüyündən bu gün ordumuzun aldığı ərazilərdən kənarda qalır. Azərbaycanın 7-8 rayonunu su ilə təchiz edən su anbarının iqtisadiyyatımıza necə qazandıracağımız isə bilinmir.
Məsələ burasındadır ki, bol sulu bulaqlara sahib Dağlıq Qarabağda yağmur miqdarı buxarlanma miqdarından çox olması ermənilərin həmin su anbarından istifadəsini əhəmiyyətsizləşdirir. Sovet hakimiyyəti illərində inşa edilən bu anbar Azərbaycanın digər rayonlarını su ilə təchiz etmək üçün nəzərdə tutulmuşdu. Həmin su anbarının hazırda Azərbaycana qaytarılmaması üçtərəfli sazişin xoş niyyətlə bağlanmadığına ciddi şübhə yaradır.
Qeyd edək ki, Sərsəng su anbarı vaxtilə mövcud olan Ağdərə rayonunun ərazisində idi və Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunan rayonun əraziləri Tərtər, Ağdam və Kəlbəcər arasında bölüşdürülmüşdü. Görünür, bizə üçtərəfli bəyanatı sülhməramlı sənəd kimi sırıyan Rusiya Azərbaycan Respublikasının yox, artıq mövcud olmayan SSRİ-nin qanunları ilə məsələyə yanaşıb, bu da ölkəmizin suverenliyini şübhə altına almaq mənasına gəlir.
Ovqat.com-un əldə etdiyi dəqiqləşdirilməmiş məlumata görə, Sərsəng su anbarından başqa Kəlbəcərin qızıl yataqları da ermənilərin nəzarətində qalıb.
Üstəlik, qızıl yataqlarının Qarabağ ermənilərinin də yox, birbaşa Ermənistana verildiyi bildirilir. Bu isə həmin yataqların Azərbaycan iqtisadiyyatına qaytarılması ehtimalını tamamilə istisna edir və Sərsəng su anbarından daha ciddi itki mənasına gəlir. Belə ki, Azərbaycan Dağlıq Qarabağa heç bir status vermədiyindən Sərsəngdən öz balansında olan yer kimi istifadə etmək hüququnu əlində saxlayır. Kəlbəcərin Zod yatağı üçün isə eyni sözləri demək çətindir.
Məsələ burasındadır ki, Kəlbəcərdəki qızıl yataqlarımızın indiki aqibəti yenə ruslar tərəfindən, həm də SSRİ zamanında müəyyənləşdirilib. Bildirildiyinə görə, yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunub və onun əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsin' tapşırılıb. Halbuki yatağın 23 filiz damarından cəmi 7-i Ermənistan ərazisinə düşür. Digər 16 filiz damarı Kəlbəcərin ərazisindədir. Buna baxmayaraq, keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. 1976-cı ildə qızıl istismarına başlanılan yatağın 1993-cü ildə Kəlbəcərin işğal edilməsindən sonra bu mübahisəyə də son qoyulub.

Xəritədən də göründüyü kimi, Zod yataqlarının böyük hissəsi Kəlbəcərin ərazisinə düşür
Kəlbəcərin işğaldan azad edilməsindən sonra yataqların kimə aid olması yenidən mübahisə predmetinə çevrilib və aldığımız məlumata görə, Rusiyanın israrıyla bu ərazilər Ermənistanın nəzarətində qalıb.
Qeyd olunur ki, yataq Rusiyanın "GeoProMining Gold Company” şirkətinin istismarındadır. Son Qarabağ döyüşləri zamanı şirkətin Zod qızıl mədənində bütün işləri dayandırdığı iddia olunurdu.
"GeoProMining Gold”un rəhbəri Ruzanna Qrigoryanın dediyinə görə, mədəndə işlər döyüş əməliyyatları başlayandan təxirə salınıb. "Şirkət rəhbərliyi işçilərin təhlükəsizliyini təmin etmək üçün işi dayandırıb. Mədən ərazisini atəşə tutma təhlükəsi qaldıqca, mədəndəki işlər davam etməyəcək”-R. Qrigoryan müharibənin ilk günlərində mətbuata verdiyi açıqlamasında belə demişdi.
Göründüyü kimi, şirkət rəhbəri istismarın həmin əraziləri Azərbaycana qaytarmaq üçün yox, sadəcə təhlükəsizlik tədbirləri səbəbindən dayandırıldığını vurğulayıb.
Məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Nazirliyin Qaynar xəttindən avtomatik cavabvermə sistemi müvəqqəti xidmət xaricində olduğunu bildirdi. Digər telefon nömrələri isə məşğul idi. Ümidvarıq ki, Azərbaycan rəhbərliyi ictimaiyyətimiz üçün qaranlıq qalan bu müəmmaya yaxın saatlarda aydınlıq gətirəcək.


Oxşar xəbərlər
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 2026 13:01
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
