“Qayıtdı ki, gəl səni bir də öpüm, birdən şəhid olaram” - Videoreportaj
Bir neçə il əvvəl hərbi xidmətdən mülki həyata qayıtmaq istəməsə də, atasının təkidi ilə bu sahə ilə yollarını müvəqqəti ayıran 22 yaşlı Fazil Məmmədlinin taleyi Vətən Müharibəsində yenidən həmin yola çıxdı.
“Qafqazinfo”nun əməkdaşları evin tək oğlu olan şəhidin Ağstafa rayonunun Vurğun qəsəbəsində yaşayan ailəsindən reportaj hazırlayıb.
Fazil orta məktəbi bitirdikdən sonra Ağcabədi rayonunda hərbi xidmət keçib və sonda qalaraq hərbçi kimi həyatına davam etmək istəyib. Lakin atası Razim Məmmədli Ağcabədinin uzaq olmasına görə yeganə oğlundan uzaq düşməmək üçün, onu tez-tez görə bilmək üçün bu məsələyə könülsüz yanaşıb. Fazil də atasını, ailəsini incitməmək üçün bu sevdadan əl çəkmiş kimi davranıb. Lakin bir ürəyi daim hərbidə, döyüşlərdə qalıb. Mülki həyata qayıdandan bir müddət sonra çıxış yolu tapıb: daha yaxın məsafədə hərbçi kimi davam etmək. Hazırlaşıb, imtahan verib və Qazax rayonunda “MAXE” kimi hərbi xidmətə davam etməyə qəbul olunub.
.jpg)
Fazil orta məktəb dövründən hərbi formanı çox sevirdi. Anası Lətifə xanım deyir ki, ətrafındakı hərbçilərlə görüşərkən onların papaqlarını başına qoyub fəxrlə ona göstərərmiş. O, oğlunun şəhid olması xəbərini onkoloji xəstəliyi olan ərini xəstəxanaya apararkən eşidib. Fazil ilk günlərdən döyüşlərdə iştirak edib, lakin bunu ailəsindən gizlədib. Oktyabrın 10-da Füzuli şəhəri uğrunda döyüşlərə yollanarkən ailəsinə məlumat verib.
Döyüşçü yoldaşı deyir ki, Fazil sonuncu döyüşə gedəndə sağollaşıb bir qədər getdikdən sonra yenidən geri qayıdıb və onu qucaqlayaraq “bəlkə şəhid olaram, qayıtmaram” deyib. Fazil son günündə şəhadətə ucalacağını artıq hiss edib və bunu bilərək qəhrəmancasına atıcı kimi döyüşlərə qatılıb. Fazil müharibədən öncə xidmətdə olarkən snayper kursunu bitirib və cəbhə zonasına snayperçi kimi düşmənin susdurulmasında rolu olub.
.jpg)
Bacısı Günay Məmmədli deyir ki, arxa dayağı olan qardaşının şəhid olduğunu eşidəndə onun yoxluğunu xəstə atası ilə doldurmağa çalışıb. Günay hazırda tələbədir və qardaşına söz verib ki, mütləq oxuyacaq, yaxşı oxuyacaq və müəllim olacaq. Günayın bir arzusu da var: müəllim olub illər boyunca bütün şagirdlərinə qardaşından və onun kimi qəhrəmanlardan danışsın, onları tanıtsın və yaddan çıxmağa qoymasın.
Murad Əhməd
Video-fotolar: Nuran Məmmədov



- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Şəhid atası vəfat etdi
29 yanvar 2026 11:57
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
