“Döyüşdə yaralanan oğluma dərmanlarını ala bilmirəm”
“Oğlum Kənan Musayev İkinci Qarabağ müharibəsində bir ayağını itirib, əməliyyat olunub. Lakin əməliyyatdan sonra onunla heç kim maraqlanmır. Ona lazım olan dərmanları qonşuların köməyiylə alırıq”.
Bunu “Qafqazinfo”ya Qazax rayonunda yerləşən "Kənd Təsərrüfatı Texnikomu yataqxanası" adlanan yerdə məskunlaşmış 19 yaşlı qazinin anası Məhəbbət Məmmədova bildirib. Onun iddiasına görə, işsiz olduğuna və heç bir əlavə gəlir yeri olmadığına görə, oğluna lazım olan tibbi vasitələri almaqda çətinlik çəkir:
“Oğlum Kənan Musayev Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, bizimlə heç kəs maraqlanmır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və çəliyini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər, hələ bir xəbər yoxdur”.
M. Məmmədovanın sözlərinə görə, ötən gün sosial şəbəkədə etdiyi müraciətdən sonra Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Alıyev onlarla görüşüb. Yaşadıqları yataqxanaya qaz çəkiləcəyini vəd edib: “Bizim yataqxana pis vəziyyətdədir, qazımız yoxdur. İcra başçısının müavini dedi ki, bu gün yataqxanaya qaz çəkiləcək. Bir də mənim işlə təmin olunmağıma kömək edəcəklər. Amma hələ bir xəbər yoxdur, gözləyirik”.
M. Məmmədova bildirib ki, oğlu Kənan Musayev ilk dəfə minaya düşən gün Naftalan Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Bundan sonra Mingəçevir Mərkəzi Xəstəxanasına göndərilib və iki dəfə də orada əməliyyat olunub. Bir müddət xəstəxanada yatdıqdan sonra qazi evinə gətirilib və o vaxtdan evdə müalicə alır. Ananın sözlərinə görə, 15 gündən sonra yenidən ona komissiya baxmalı və ayağı üçün protez verilməlidir.
Problemlə bağlı Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, ailəyə müəyyən miqdarda köməklik olunub. İcra başçısının müavini ailə ilə görüşüb və nə vəd verilibsə, yerinə yetiriləcək.
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 2026 13:01
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 2026 22:39
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Sumqayıtda zavodda partlayış oldu, yaralanan var
9 yanvar 2026 12:00
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
3 yanvar 2026 12:09
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
