“Mikoyan Moskvada Zod məsələsini saxtakarlıqla Ermənistanın xeyrinə həll etdirdi”
Müsahibə2 dekabr 2020 09:41

“Bu sərvətə sahibləndikləri üçün ermənilər şadlıq keçirdi. Rəhbərlik isə dövlət səviyyəsində banketlər verdi...”
"Kəlbəcər işğaldan azad edilən kimi bu qızılçıxarma işinə başlansa, xeyli iş yeri açılar və Ermənistanla sərhəddimiz daha möhkəm olar...”
Kəlbəcər işğaldan azad olunduqdan sonra işğalçı Ermənistanla sərhəddə yaxın ərazidə yerləşən Söyüdlü(Zod) qızıl yatağı məsələsi yenidən aktuallaşıb. İlk günlər bu mövzuda Azərbaycan və erməni hərbçiləri arasında mübahisələr yaranıb. Lakin Azərbaycan Respublikasının müvafiq hökumət qurumları qızıl yatağı ilə bağlı araşdırmalara başladığını bəyan edib. İnşallah, yaxın müddətdə məsələ ədalətlə, yəni Azərbaycanın xeyrinə olaraq tam həllini tapar...
Moderator.az da bəhs edilən mövzuda özəl araşdırmalara başlayıb.

Atası Talıb Musayev 1920-1930-cu illərdən bəri Qərbi Azərbaycanda, o cümlədən Göyçə mahalında, Basarkeçərdə müxtəlif vəzifələrdə çalışmış, Ermənistan SSR Ali Sovetinin sədr müavini postunadək yüksəlmiş sabiq deputat Maksim Musayev bu araşdırmamızda bizə böyük dəstək verdi. O, mərhum atasının öz xatirələrindən də danışdığı “Ermənilər və faciələrimiz” adlı kitabında əsas hissəsi Kəlbəcər ərazisinə düşən Zod qızıl yatağının aşkar edilməsi, istismarı və s. haqda geniş məlumat olduğunu qeyd edərək həmin materialı bizə təqdim edib.
Aktuallığını nəzərə alaraq sözügedən kitabdan bəhs olunan parçaları qısa ixtisarla nəzərinizə çatdırırıq:
(Əvvəli burada:https://www.moderator.az/news/354073.html )
“Qızıl yataqlarının çox hissəsinin Azərbaycanın Kəlbəcər rayonunun ərazisində yerləşdirilməsinə baxmayaraq onları istismara vermək üçün fəhlə qəsəbəsi, mədənin ətrafında əsaslı tikintilər də Zod kəndində inşa edilməyə başlandı. Mədəndən 12-15 metr uzaqlıqda olan Qırxbulaqdan su gətirmək üçün kanalın, dəmir yolunun çəkilişi planlaşdırıldı.
Azərbaycan torpağında qazıntı işlərinin aparılması, əlbəttə, onun rəhbərlərinə bəlli idi. 1951-ci ildə Kirovakan vilayət partiya komitəsinin konfransındakı çıxışımda bu məsələyə toxunub dedim ki, mədən əsasən Azərbaycan torpağındadır, sonra onlar öz sahələrini alarlar. Ermənistan KPMK-nın o vaxtkı katibi Arutyunov dərhal yerindən qabardı və dedi ki, Karapetyan bu barədə Teymur Quliyevə danışıb...
Tikinti işləri böyük sürətlə aparılırdı. Sonralar öyrəndik ki, A.Mikoyan SSRİ Dövlət Plan Komitəsində və nazirliklərdə məsələni saxtakarlıqla Ermənistanın xeyrinə həll etdirib. Bu nadir və qiymətli sərvətə sahibləndikləri üçün ermənilər şadlıq keçirdi. Rəhbərlik isə dövlət səviyyəsində banketlər verdi...
Q
ı

Qızıl yataqlarının ermənilərin əlinə keçməsində xaricdəki ermənilər də az rol oynamadılar. Məhz onların təkidi və Ermənistan Elmlər Akademiyasının prezidenti, Basarkeçərdə doğulmuş Viktor Ambarsumyanın təşəbbüsü ilə sonralar qızıl emalı zavodu və fəhlə qəsəbəsi Zodda tikilmədi. Qəsəbə Basarkeçər kəndində salındı, zavod isə Vedi rayonunun Dəvəli kəndində tikildi və həmin kənd Ararat qəsəbəsi, zavod isə Ararat qızılsaflaşdırma zavodu adlandırıldı. Ermənilər bu addımı çox uzaqgörənliklə atdılar. Əvvəla, başdan-başa azərbaycanlılar yaşayan rayonda qiymətli metal müəssisəsi yaratmaq istəmədilər. Çünki fəhlələr Basarkeçər və Kəlbəcər rayonlarının əhalisindən, yəni azərbaycanlılardan olacaqdı. Bundan əlavə, belə bir zavodun Azərbaycan sərhədi zonasında salınması onları vahiməyə salırdı ki, Azərbaycan sabah öz qızılına sahib ola bilər. Bu da Ermənistanı yox şəklinə salar. Beləliklə, zavod mədəndən 280 km uzaqda, Araz çayının 8-10 km-liyində tikildi. Bu isə ermənilər üçün çox əlverişli idi. Çünki onlar Araz çayının sularından o məsafədə istifadə etmirlər. Odur ki, çayın çirklənməsi onları qətiyyən maraqlandırmırdı...
Biz, əlbəttə, o dövrdə ermənilərin bütün hiylələrini görürdük, bəzən bu və ya digər yolla etirazımızı da bildirirdik. Lakin elə bir sistemdə yaşayırdıq ki, bizim haqq səsimizi eşidən belə yox idi. Bəzən də daxili əzabımızı, nifrətimizi biruzə verməklə özümüzü məhv etmiş olurduq. Belə işlər Ermənistanda yaşayan azərbaycanlılara, xüsusən də partiya-dövlət işçilərinə baha başa gəlirdi. Ermənilər bizi millətçilikdə təqsirləndirib ağır cəzalar belə, verməkdən çəkinmirdilər...
O vaxtlar Azərbaycanın müstəqil olması ürəyimizdən keçsə də, bizə xəyal kimi görünürdü. Yəqin ki, müstəqil olsaydı, respublika öz halal sərvətini- Kəlbəcər qızılını ermənilərə güzəştə getməzdi. Mən bu fikirləri məhz on görə yazıram ki, yeni nəsil gənclərimiz çətinliklə əldə etdiyimiz müstəqilliyimizi göz bəbəyi kimi qorusunlar, onun yolunda canlarını belə, əsirgəməsinlər. Cavanlardan xahişim budur ki, Vətəni sevsinlər. Onu əldə etmək nə qədər çətindirsə, əldə saxlamaq da bir o qədər çətindir. Torpaqlarımızın bir qarışını da heç kimə güzəştə getmək olmaz. Tariximizdə müharibələr, qələbələr, məğlubiyyətlər çox olub... Əminəm ki, bu gün ermənilərin minbir fırıldaqla müvəqqəti işğal etdikləri ərazilərimiz qaytarılacaq və ildə 6-7 ton qızıl verən qızıl yataqlarımız da öz həqiqi sahibinə, özümüzə çatdırılacaqdır...
Bir daha yadda saxlayın ki, qızıl çıxan torpaqlar Azərbaycanın olub. Azərbaycanın da olmalıdır. Bunu gələcək nəsillər yaxşı bilməli və torpaqlarımızın azad olunması uğrunda əllərindən gələni əsirgəməməlidirlər. Yaxşı olardı ki, Kəlbəcər tərəfdən qızılçıxarmaşı dərhal başlansın. Kəlbəcər işğaldan azad edilən kimi bu işə başlansa, xeyli iş yeri açılar və Ermənistanla sərhəddimiz daha möhkəm olar...”
“Ermənilər və faciələrimiz”. T.Musayev. Bakı-2008. Səh.223 -225.
Oxşar xəbərlər
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 2025 01:47
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 2025 20:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 2025 11:51
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 2025 16:03
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 2025 20:39
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 2025 11:07
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 2025 18:24
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 2025 10:17
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
Xəbər lenti
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
Video & Fotoqalereya
Video
Fotoqalereya