“Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük” - “Rembo”
44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı. Həm də, bəlkə də heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri də döyüşlərdə qəhrəmanlığı ilə ad çıxarmış “Rembo” ləqəbli kəşfiyyatçı Dursun Manafovdur.
“Qafqazinfo” döyüşlərdə iki dəfə ağır yaralanan, bir gözünü itirən və hazırda hərbi hospitalda müalicə alan 26 yaşlı qazimizlə telefonla söhbətləşib.
Əslən Bərdə rayonunun Kolayır kəndindən olan Dursun Manafov müharibə başlanan gündən ön cəbhədədir. Murov, Mübariz İbrahimovun şəhid olduğu yüksəklik, Talış kəndi, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. Cəbhə yoldaşları ilə bərabər həmin ətrafda ermənilərin qurduğu bütün postları düşməndən təmizləyib. Elə ilk dəfə oktyabrın 10-da Suqovuşanda gedən ağır döyüşlərin birində yaralanıb. Özü yaralı olsa da, şəhid və yaralıları döyüş zonasından çıxarıb. Cəmi 2 gün hospitalda yatan hərbçi israrla döyüşə qayıtmaq üçün icazə istəyib. Lakin növbəti dəfə aldığı yaralar yüngül olmayıb.
Qazimiz ən ağır döyüşünü belə xatırlayır: “Döyüş asan deyil, hamısı ağırdır. Amma ən çox döyüşdüyümüz döyüş 7 saat yarım Mübariz İbrahimovun şəhid olduğu postu alanda oldu. Ondan sonra da ağır döyüşlər oldu, Suqovuşanda qardaşlarım şəhid oldu. Bu, mənə ağır zərbə idi.
Noyabrın 9-da növbəti döyüş əməliyyatını icra eləmək üçün hazırlaşırdıq. Mən də daxil olmaqla 5 kəşfiyyatçı qabaqda gedirdik, getdiyimiz yerdə düz ortamıza tank üçün olan “Kornet” raketini atdılar. Ən ağır yaralanan mən və bir də bir döyüşçü qardaşım oldu. Bir tərəfim salamat idi, əlimdən tutub ağır döyüş gedən ərazidən uzaqlaşdırdılar. Təxminən 2 saat yarım orada qan içində qaldım, oturub ölməyimi gözləyirdim. Amma sağ olsun yoldaşlarım gəlib kömək elədilər, məni oradan çıxardılar. Hərbi tibbi maşına qoyub xəstəxanaya apardılar. Ondan sonra nə oldu bilmədim. Özümə gələndə artıq əməliyyat olunmuşdum”.

Hərbçimiz ikinci dəfə raket zərbəsindən başından ağır zədə alıb. Sol gözünü itirib, gicgah nahiyəsindən alın sümükləri qırılıb, sol qolu və sol döş qəfəsinin qabırğaları sınıb. Lakin bütün bunlar onu ruhdan salmayıb, mübarizə əzmini qırmayıb. Bu xüsusiyyət Dursun kimi oğulları düşmən ordusunun əsgərlərindən fərqləndirən əsas xüsusiyyətdir: “Düşmən ordusu ilə bizim ordunu heç müqayisə etmək olmaz. Onlar çox qorxaqdırlar, elə qaçırdılar ki... Onların xüsusi təyinatlısı belə bizim qabağımızda dura bilmirdi”.
Torpaqlarımızın işğal olunduğu 30 ilə yaxın müddətdə hər kəsin içində bir qisas hissi var idi, hər kəs torpaqlarımızın geri qayıtmasını istəyirdi. Qazi öz qisasını özünün almanın necə hiss olduğunu izah edir: “Qisasını özü almaq elə bir hissdir ki, hər düşmən hərbçisini məhv etdikcə 90-cı illərdə bizim başımıza gətirilənləri, Xocalı faciəsini yada salırıq. Düzdür, mən ondan sonra, 95-ci ildə doğulmuşam, amma bu bizim tariximizdir, onu unuda bilmərik axı. Onların bizə yaşatdıqlarını biz artıqlaması ilə onlara yaşatmalıyıq. Artıqlamasıyla yaşatdıq da. Tək mən yox, mənim kimi döyüşçü yoldaşlarım onları məhv elədik”.
Söhbət zamanı məlum olur ki, qəhrəman döyüşçümüz təxminən 20-25 nəfər erməni hərbçini məhv edib. “Rembo” ləqəbinin tarixçəsi də elə bununla bağlıdır: ““Rembo” ləqəbini Mübariz İbrahimovun şəhid olduğu postda qazanmışam. Mən pulomyotçuyam, düşməni pulemyotun qabağına verib qırdığıma görə hərbi hissə komandirim mənə bu ləqəbi verib”.
Müharibənin ağır tərəfləri ilə yanaşı bir də qazancı olur. Qazimizə müharibə bunları öyrədib: “Müharibə bizə öyrətdi ki, heç bir qan, heç bir qisas yerdə qalmalı deyil. İndi daha rahatıq. Biz bu damğayla yaşaya bilməzdik. Onların bizə yaşatdıqlarını onlara yaşatdıqlarına görə fəxr edirik. Daha ürəyimiz rahatdır. Şəhid qardaşlarıma Allahdan rəhmət diləyirəm, qazi qardaşlarıma tez bir zamanda şəfa diləyirəm. Bu qələbə hamımızın nailiyyətidir. 26 ildir iki gözlə görürdüm. Bir gözümü Vətən uğrunda qurban vermişəm, bundan sonra bir gözlə baxaram. Bu, mənim üçün fəxrdir, təki Vətən sağ olsun!”
Gülnar Əliyeva


- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
