Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin davamlı şəkildə partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri təşkil olunur.
Qaynarinfo-nun məlumatına görə, növbəti belə görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 4-də Milli Məclisin deputatları - Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, həmçinin Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə keçirilib.
Görüşlərdə Vətən müharibəsində əldə olunmuş böyük Qələbə, Ordumuzun şücaəti, müharibədə iştirak etmiş və yaralanmış hərbçilərə dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunmasında partiyaların rolu, islahatların şaxələndirilməsi, siyasətdə qadın amili və gender məsələləri ilə bağlı mövzular, həmçinin COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti və ölkənin siyasi gündəmində olan bir sıra digər önəmli mövzular da müzakirə edilib.
Müasir milli tariximizin şanlı səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, qazanılan bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun və daim öz Prezidentinin ətrafında bir yumruq kimi birləşən böyük Azərbaycan xalqının zəfəridir. Cəmi 44 gün ərzində aparılmış döyüşlər nəticəsində ölkəmiz malik olduğu hərbi qüdrətini və iqtisadi gücünü bütün dünyaya aşkar şəkildə nümayiş etdirdi.
Vətən müharibəsindən sonra ölkəmizə qarşı aparılacaq sərt informasiya təzyiqləri ilə mübarizədə qalib gəlmək üçün bu gün Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyinin qorunması olduqca vacibdir. Bu baxımdan siyasi partiyalar arasında sağlam münasibətlərin davam etdirilməsi strateji vəzifədir.
Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, siyasi partiyaların rəhbərləri ilə təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
Prezident İlham Əliyevin bu sözləri cəmiyyətimizin bütün potensialının səfərbər olunması kimi vacib vəzifəni qarşımıza qoyduğunu vurğulayan Ə.Vəliyev deyib ki, Azərbaycanın hər bir vətəndaşı bu amallara xidmət etməlidir.
Görüşlər əsnasında Vətən müharibəsində şəhidlərin qanı hesabına əldə olunmuş qələbənin əhəmiyyətini bəzi qüvvələrin ucuzlaşdırma cəhdləri sərt tənqid olunub, belə hallar yalnız öz doğma xalqına və Vətəninə qarşı xainlik kimi qiymətləndirilib. Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu cür faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir.
Ölkənin siyasi fəalları ilə təşkil olunan görüşlər çərçivəsində başlamış islahatların gözlənilən növbəti mərhələləri də müzakirə olunub. İslahatların səmərəliliyi naminə vətəndaş cəmiyyəti institutlarından fəallıq tələb olunduğunu bildirən Ə.Vəliyev vurğulayıb ki, əlverişli mühitin yaradılması üçün Milli Məclis tərəfindən yaxın gələcəkdə mütləq mütərəqqi qanunlar işlənilib qəbul olunacaqdır.
Bütün bəşəriyyəti narahat edən COVID-19 pandemiyası və müşahidə olunan meyillər də görüşlər zamanı müzakirə edilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində koronavirusa yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanılıb. COVID-19-a qarşı vaksinlərin hökumət tərəfindən Azərbaycana gətirilməsi və əhalinin peyvənləşdirilməsi məsələləri də müzakirə olunub.
Görüşlərdə siyasi partiyaların fəallığının artırılması məsələləri də xüsusi olaraq müzakirə edilib. "Ölkəmizdə mövcud olan siyasi partiyaların sayı Azərbaycanda yaşanan siyasi plüralizmdən bilavasitə xəbər verir”, – deyən Ə.Vəliyev vurğulayıb ki, Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət daha da artacaqdır.
Müzakirələr zamanı Elşad Musayev, Elşən Musayev, Tahir Kərimli və Əsli Kazımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Zəfər Günü”, "Anım Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, habelə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı sərəncamlarını yüksək qiymətləndirib, bu cür ali təşəbbüslərin böyük Qələbəni əbədiləşdirməyə xidmət edəcəyini vurğulayıblar. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasında Zəfər Gününün tarixinin dəyişdirilməsi də partiya sədrləri tərəfindən alqışlanıb.
Görüşə görə təşəkkürlərini bildirən partiya rəhbərləri dövlətçiliyimizin, iqtidar ilə müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını bildiriblər.
Oxşar xəbərlər
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
4 fevral 2026 11:19
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 2026 19:34
Xəbər lenti
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
Video & Fotoqalereya
Video
Fotoqalereya
