" İndiki Ermənistan Elçibəyin prezident olduğu Azərbaycanı xatırladır"
Müsahibə6 dekabr 2020 11:52
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkəsinin 5-ci kanalına II Qarabağ müharibəsi barədə geniş müsahibə verib. Bu barədə dekabrın 5-də Ermənistan KİV-i məlumat yayıb.
Koçaryan müsahibəsində Ermənistanın müharibədəki məğlubiyyətinin əsas baiskarlarının adlarını çəkib: "Biz bu müharibədə məğlub olmaya bilərdik. Müharibəni bizim xalqımız uduzmadı, baş nazir, hökumət və siyasi komanda uduzdu".
Onun sözlərinə görə, indi Ermənistandakı vəziyyət ona 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin prezidentlik dövründəki Azərbaycanı xatırladır.
"Bizim üçün Elçibəy sadəcə olaraq hədiyyə idi və biz onun yerinə təşkilatı bacarıqları olan başqa bir adamın gələcəyindən ehtiyat edirdik", - Koçaryan deyib və əlavə edib ki, əgər o, özü hakimiyyətdə olsaydı, diplomatik səfehliklərə yol verilməz, İlham Əliyev də heç vaxt müharibəyə başlamağa cəsarət etməzdi.
Koçaryan Nikol Paşinyanın göstərişi ilə oktyabrın əvvəlində Dağlıq Qarabağın cənubunda şübhəli hərbi əməliyyat başladıldığını və bu əməliyyatın tezliklə darmadağınla nəticələndiyini bildirib: "Bu ən bərbad əməliyyat idi, nəticədə hərbi korpuslardan biri və Stepanakert alayı darmadağın edildi. Bundan sonra artıq bizim effektiv müdafiə həyata keçirə biləcək döyüş qabiliyyətli qoşunumuz qalmamışdı".
Keçmiş prezident Ermənistan hökumətinin müharibənin əvvəl yol verdiyi səhvlərin də ölümcül nəticələrə gətirib çıxardığını deyib.
"Hər şey erməni tərəfinin iyul ayında Tavuşda (Tovuz) sərhəd münaqişəsinə səbəb olması ilə başladı”, - Koçaryan deyib. Onun sözlərinə görə, müharibəyə hazır olmayan ölkənin belə bir təxribat törətməsi ölümcül səhv idi: "Bir ay əvvəl baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını məruzə etdiyini nəzərə alsaq, bu ölümcül səhv idi”.
Keçmiş prezident müharibə dövründə Ermənistanın müdafiə naziri olan David Tonoyanın da təxribatçı açıqlamalarını tənqid edib. Onun fikrincə, münaqişə başlamazdan əvvəl, Tonoyanın "Yeni ərazilər üçün yeni müharibələr" kimi açıqlamaları təkcə Azərbaycanı deyil, Türkiyəni də qıcıqlandırıb. Beləcə, Türkiyə müharibədə Azərbaycana güclü dəstək verib.
Koçaryan müharibə başlar-başlamaz Ermənistanın məğlub olacağının aydın olmasına baxmayaraq, Paşinyanın Lavrov planını niyə qəbul etmədiyini anlamadığını da bildirib. Onun fikrincə, həmin vaxt plan qəbul edilsəydi, itkilər daha az olardı və Ermənistan daha münasib şərtlərlə atəşkəs müqaviləsi bağlayardı.
"Sünikin (Zəngəzur) sərhədlərini qorumaq üçün belə, bizim artıq ordumuz yoxdur", - deyən Koçaryan Ermənistanın müharibə zamanı hərbi texnikasının böyük qismini itirdiyini, bir neçə ordu korpusunun tamamilə sıradan çıxdığını bildirib.
Keçmiş prezident müharibədəki ağır məğlubiyyətin Nikol Paşinyanın və komandasının kobud səhvlərinin nəticəsi olduğunu vurğulayıb. Onun fikrincə, Ermənistan hazırkı böhranlı vəziyyətdən çıxmaq üçün Rusiya ilə bütün sahələrdə əməkdaşlığı gücləndirilməlidir.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya