Vətən müharibəsində itən 2 generalın sirri...
Son aylar yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşır. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmayıb.
NUH.az musavat.com-a istinadən xəbər verir ki, on illərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması bu gün naməlumdur.
Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov ordudan uzaqlaşdırıldığını gizlətmir, amma harada olduğunu da açıqlamır. “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”- o, yerli mətbuata açıqlamasında bildirib. Belə ehtimallar var ki, Rövşən Əkbərov müharibədən bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Onun hazırda Ukraynada olması haqda iddialar var.
1993-cü ildən Müdafiə Nazirliyinin baş qərargah rəisi olan Nəcməddin Sadıkov da Vətən müharibəsinin ilk ongünlüyünə qədər vəzifəsini icra edirdi. Oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıkov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Elə həmin gündən Nəcməddin Sadıkovun barəsində də məlumat yoxdur.
İki gün əvvəl Nəcməddin Sadıkovun bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub. Maraqlıdır ki, Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun bacısı oğlunun tutduğu vəzifədən azad edilməsi haqda məlumatı təsdiq edir, amma onun özü taleyi ilə bağlı açıqlama verməyə tələsmir. Vəzifəsindən çıxarılan Ramil Əsgərovun da istintaqa cəlb ediləcəyi dolaşan xəbərlər sırasındadır.
Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbəddə adına küçənin olması baş qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub.
Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, 1-ci Qarabağ müharibəsi dövründə azəbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır?
Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun 1-ci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub.
Bu və bu cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb. Nəcməddin Sadıkov isə 2 aydan artıqdır ki, ortalıqda yoxdur. Hələlik Müdafiə Nazirliyindən 2 generalla bağlı iddialara dair heç bir rəsmi açıqlama verilmir.
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41