Qaz və işıq limiti ilə bağlı açıqlama:
Müsahibə17 dekabr 2020 12:53
Azərbaycan da bütün dünya kimi bir ildir koronavirus pandemiyası ilə mübarizə aparır. Pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərib. Pandemiya ilə mübarizədə ən sərt və uzunmüddətli karantin tədbirlərinin Azərbaycanda tətbiq olunmasını nəzərə alsaq, aylardır davam edən iş ritminin pozulması əhalinin sosial vəziyyətini daha da pisləşdirib.
Belə bir durumda əhalinin əksər təbəqəsi kommunal ödənişlərdə də çətinlik çəkir. Sosial şəbəkələrdə və ictimaiyyətdə pandemiyalı dövrdə qaz və işığa qoyulan limitin artırılması, yaxud tamamilə götürülməsi ilə bağlı çoxsaylı çağırışlar edilir.
Xatırladaq ki, ötən il aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib. Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.
Bundan əlavə Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kvts. həcmində müddətli artırılıb. İqtisadiyyat Nazirliyinin koronavirusun təsirinin azaldılması məqsədilə hazırladığı proqramda bu barədə qeyd edilib.
Məlumat üçün bildirək ki, hazırda ölkədə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Əhalinin sosial vəziyyətinin çətinləşdiyi bir dövrdə qaz bə işığa qoyulan limitin artırılması, yaxud aradan götürülməsi mümkündür?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələ hələlik sosial sifariş kimi ortaya çıxmayıb:
"Bilirsiniz ki, ötən ilin yazında cənab Prezidentin göstərişi ilə bu məsələyə baxıldı. Həm qaza, həm də işığa olan limit bir qədər artırıldı. Qaz və işığa məsul olan qurumlar özünü maliyyələşdirən təşkilatlardır. Limit aradan götürülərsə, qaz və işığın pulunu dövlət büdcəsindən verməli olacağıq. Ona görə də burada bir balaca qənaət yolu seçilməlidir. Olar bilər ki, bu məsələdə ünvanlı yanaşma olsun. Sosial müdafiə təminatına daha çox ehtiyacı olan şəxslərə yönəlik bu addımı atmaq olar. Amma ümumilikdə əhaliyə olan bu limitləri aradan götürmək üçün bunu ölçüb-biçmək lazımdır. Bu, nə qədər büdcəyə başa gələcək və effektivliyi nə qədər olacaq? Bu baxımdan hesab edirəm ki, hazırda aparılan tədbirlər daha doğrudur”.
Deputat əlavə edib ki, işləməyən kateqoriyadan olan insanlar, yaxud daimi işi, rəsmi qaydada əmək müqaviləsi olmayan və hazırda işini davam etdirə bilməyən ailələrə sosial müavinətin verilməsi daha doğru yoldur:
"Amma işıq və qazın limitinə baxmaq üçün bir adamın subyektiv fikri ilə bu qərarın verilməsi mümkün olan bir məsələ deyil. Hər halda differensial yanaşma mümkündür. Dağ yerlərində, soyuq havanın daha çox olduğu ərazilərdə yaşayanları və onların gəlirlərini nəzərə almaqla bu məsələyə differensial baxmaq olar. Yenə deyirəm, bütövlükdə limitin aradan götürülməsini ciddi ölçüb-biçmək lazımdır. Buna o dəqiqə cavab vermək çox çətindir. Yəni bu, büdcəyə neçəyə başa gəlir? Əgər limiti götürəcəyiksə, o fərqi dövlət büdcəsi ödəyəcək. Düşünürəm ki, o vəsait daha səmərəli məqsədlərə , xüsusən koronaviruslu xəstələrin müalicəsinə, dərman təchizatının yaxşılaşdırılmasına və yaxud testlərin qiymətinin aşağı salınmasına yönəldə bilərik. Hesab edirəm ki, daha zəruri olan ehtiyacları ön plana çəkməliyik”.
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya