Hüseyn Cavidin qızını sevən, ömür boyu evlənməyən Xalq yazıçısı
Dünya20 dekabr 2020 20:17
Bu gün Azərbaycanın Xalq yazıçısı, nasir, kinodramaturq, ssenari müəllifi, tərcüməçi, Ənvər Məmmədxanlının doğum günüdür. Qaynarinfo Kulis.az-a istinadən yazıçı haqqında maraqlı faktları təqdim edir.
Ənvər Məmmədxanlı 1913-cü ildə Göyçayda anadan olub. Orta məktəbi Göyçayda bitirən yazıçı Bakıda N. Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb.
Azərbaycan Neft Akademiyasına daxil olsa da ali təhsilini yarımçıq qoyub. İxtisasca mühəndis olan Ənvər Məmmədxanlının mühəndisliyi buraxıb yazıçılığın dalınca getməsi ailələrində söz-söhbətə səbəb olub. Atası ali məktəbi yarımçıq qoyub yazıçılığı seçməsinə görə ömür boyu ondan narazı qalıb.
***
Xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olublar.
***
"Babək” romanının qələmə alsa da romanı tamamlaya bilməyib. Yazıçının ölümündən sonra Anar həmin romanı və "Babək" kinossenarisini birləşdirib "Azərbaycan” jurnalında çap etdirib.
***
Deyilənə görə, Ənvər Məmmədxanlı Hüseyn Cavidin qızı Turanla bir-birini seviblər, amma qovuşa bilməyiblər. Hüseyn Cavid repressiya olunandan sonra "xalq düşməninin qızı” ilə evlənə bilməzdi. Buna görə Turan xanımla evlənmir, amma özünü də bağışlamır və həyatı boyu ailə qurmur. Turan xanım da bunu bildiyi üçün o da ailə qurmur və ömrünün sonuna kimi Ənvər Məmmədxanlının bacısı Həbibə xanımla rəfiqə olur.
***
Yazıçı Mövlud Süleymanlının "Dəyirman" povesti haqsız tənqidlərə məruz qalanda Mövlud Süleymanlının müdafiəsinə qalxıb.
***
Səməd Vurğun 1938-ci ildə yazdığı bir məqaləsində Ə.Məmmədxanlının "Ayrıldılar" adlı hekayəsini tənqid edib. Hekayəni bəyənməyən Xalq şairi hətta "Axı niyə ayrıldılar?" adlı bir məqalə də yazmışdı.
Məşhur Dağıstan şairi Rəsul Həmzətovla Rəsul Rzanın evində mübahisə edib. Həmzətovun sərt sözlərinə dözə bilməyən Ənvər Məmmədxanlı ayağa qalxıb və ona şillə vurub. Lakin Yusif Səmədoğlunun araya girməsi şillənin Həmzətova dəyməsinə mane olub.
***
Əslində 1913-cü il fevralın 29-u anadan olan Ənvər Məmmədxanlının doğum günü ancaq dörd ildən bir qeyd olunacağı üçün 28-nə salınıb.
***
Mehdi Hüseynlə yola getməyiblər. Gah dalaşıb, gah da barışan yazıçılara bir gün Mircəfər Bağırov neftçilər mövzusunda birlikdə ssenari yazmağı təklif edib, hər ikisi birlikdə işləməkdən imtina etsələr də, bir neçə il sonra "Fətəli xan” filminin ssenarisini bir yerdə yazıblar.
Münasibətləri soyuq olsa da ilk dəfə Mehdi Hüseyndən Turan Cavidə görə xahiş edib ki, onu işə götürsün. Mehdi Hüseyn də Turan xanımı işə götürüb.
***
Mircəfər Bağırova sözünü çəkinmədən, qorxmadan deyə bilirmiş. Hətta dəfələrlə Bağırovla söz güləşdirməsinin nəticəsi olaraq Yazıçılar İttifaqından uzaqlaşdırılıb, adı hər yerdə qara siyahıya salınıb.
***
1957-ci ildə Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülsə də mükafat alanların siyahısında müəllifin adı qeyd edilməyib.
***
1990-cı ilin 19 dekabrında Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Röya Ayxan Moskvada ölümdən belə qurtuldu - 2 dəqiqədən sonra səhnəyə çıxacaqdım...
22 mart 2024 23:16
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya