Emil Səməndərov tərəfindən aldadılan vətəndaşlar Prezident İlham Əliyevdən və I Vitse-Prezident Mehriban xanım Əliyevadan kömək istəyir
Abşeron rayonu, Xırdalan şəhəri, Axundov küçəsi 39 Xirdalan şəhər Icra Hakimiyətinin yanında “Proqress-2016” MMC-nin rəhbəri Emil Səməndərovun inşa etdirdiyi 5 bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan ev alan bir qrup vətəndaş tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Dövlət Təhsükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin rəisi Nazim Rəcəbov və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının sədri Samir Nuriyev cənablarına şikayət məktubu ünvanlanıb.
Abşeron rayonu, Xırdalan şəhəri, Axundov küçəsi 39 Xirdalan şəhər İcra Hakimiyətinin yanında “Proqress - 2016” MMC-nin rəhbəri Emil Səməndərovun inşa etdirdiyi beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binada ev alan bir qrup vətəndaşın şikayət məktubunun bir nüsxəsi də MillətinSəsi.info saytının redaksiyasına ünvanlayıblar. Zərərçəkmiş vətəndaşların şikayət məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Hörmətli, Prezident İlham Əliyev,
Hörmətli, Mehriban xanım Əliyeva,
Biz bir qrup vətəndaş müxtəlif illərdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Axundov küçəsi 39 Xirdalan şəhər Icra Hakimiyətinin yanında “Proqress- 2016” MMC-nin inşa etdiyi beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan mənzillər almaq üçün MMC-nin rəhbəri Emil Səməndərova və MTK-nin keçmiş rəhbərlərinə müxtəlif məbləğlərdə ödənişlər etmişik.
Ancaq bir neçə ildir ki, “Proqress- 2016” MMC-nin rəhbəri Emil Səməndərov inşa etdirdiyi beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binasının tikintisi dayanıb. Tikinti şirkətinin rəhbəri Emil Səməndərov nə binanı tikib mənzillərimizi vermir, nə də mənzillərə görə ödədiyimiz pullar qaytarılmır.
Hətta, bu azmış kimi “Proqress-2016” MTK-nın sahibi Emil Səməndərov Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Axundov küçəsi 39 Xirdalan şəhər Icra Hakimiyətinin yanında inşa etdirdiyi beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binada bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb.
Hörmətli, Prezident İlham Əliyev,
Hörmətli, Mehriban xanım Əliyeva,
“Proqress-2016” MTK-nın hazırki sahibi Emil Səməndərov yüzlərlə insanın etibarından istifadə edərək, onları aldatmış və haqqında Cinayət Məcəlləsinin 178.2.4 maddəsi üzrə açılmış cinayət işi bu günə qədər yekunlaşmamışdır. Emil Səməndərov 2014-cü ildə dələduzluq əməli törətmiş Sabunçu rayon polisi tərəfindən tutulmuş və daha sonra sərbəst buraxılmışdır.
Emil Səməndərov 2015, 2016, 2017, 2018 və 2019-cu illərdə Şirvan rayon Məhkəməsində, Sabunçu, Sumqayıt , Binəqədi və s. rayon məhkəmələrində bir neçə dələduzluq maddəsi üzrə, habelə, 22.10.2018-ci ildə Səməndərov Emil Tofiq oğlunun AR CM-nin 178.2.4-cü maddəsi ilə (178.2.4 üzrə Dələduzluq və etibardan sui-istifadə, küllü miqdarda pulun mənimsənilməsi) təqsirli bilinib, Binəqədi rayon məhkəməsində məhkum edilməsinə dair qərar verilib.
Nəzərinizə çatdırmaq istərdik ki, 2005-ci ilin mayından tikilən bu bina hələ də tam hazır deyil. Indinin özündə də “Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun bildirdiyinə görə tikinti işləri davam edir. Əslində cəmi 5 blokdan ibarət binanın inşası uzun müddət və böyük qüvvə, vəsait tələb eləmir.
Hörmətli, Prezident İlham Əliyev,
Hörmətli, Mehriban xanım Əliyeva,
Biz sakinlər binaya gedəndə bildirilir ki, guya binanın tikintisinin gecikməsi daha əvvəl olan problemlər və hal hazırda ölkədə olan vəziyyətlə bağlıdır. Bu vəziyyətə etiraz edən insanlar isə müxtəlif vədlərlə aldadılır, hədə-qorxu gəlinir, müqavimət göstərənlər isə özünü binanın vəkili kimi təqdim edən Adəm Orucov tərəfindən məhkəməyə verilməsi insanların mənzillərinin əlindən alınması ilə qorxudulur.
Adəm Orucovun tələsinə indiyə qədər təxminən yüz nəfərə yaxın sakin düşmüşdür. Saxta sənədlər tərtib edən vəkil Adəm Orucov müqavimət göstərən sakinə guya onun mənzilinin ikinci alıcısı olduğunu əsas gətirərək, onu məhkəmə çəkişmələrinə cəlb edir.
Hesablamaya görə, beş bloklu, 14 mərtəbəli, 364 mənzilli binada 1200 “dvoynik” var. Yəni, 1200 ailə evsiz qalıb. Çox güman ki, aldadılan vətəndaşların sayı daha çoxdur və Emil Səməndərovun cinayətinin üstü açıla-açıla məsələdən xəbərdar olanlar isə “Proqres 2016” MMC-nin ofisinə üz tuturlar.
Biz sakinlər “Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovdan mənzili olan sakinlərin siyahısını binaya vurulmasın tələb etsəkdə, hələ də bu tələbimiz yerinə yetirilmir. Siyahını verməyən rəhbərliyi görən biz sakinlər öz aramızda qruplar təşkil etmiş və beləliklə təxmini siyahı tərtib etmişik.
Hörmətli, Prezident İlham Əliyev,
Hörmətli, Mehriban xanım Əliyeva,
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Axundov küçəsi 39, Xirdalan şəhər Icra Hakimiyətinin yanında “Proqress-2016” MTK-nın apardığı tikintinin bu ilin yanvar ayında təhvil veriləcəyini söz verən Emil Səməndərov tikintini neçə illərdir yubadır və hələ də binada tikinti getmir.
“Proqress-2016” MTK-dan mənzil alan biz sakinlər özləri arasında komisiya yaradaraq binanı öz hesablarına tikmək istəsəkdə, buna Emil Səməndərov və onun "quldur dəstəsi" maneçilik törədib.
Biz sakinlər “Proqress-2016” MTK-dan alarkən Emil Səməndərov bizləri aldadaraq tikintinin sürətli aparılaraq, 1-2 aya başa çatacağını deyirdi.
Həmçinin, bildirmək istərdik ki, zərərçəkmişlərə dəymiş 10 milyondan artıq pula Bakı, Sumqayıt və Gəncə şəhərlərindən başqa istənilən şəhər və rayonunun 1/3 hissəsini almaq mümkündür.
Hörmətli, Prezident İlham Əliyev,
Hörmətli, Mehriban xanım Əliyeva,
Onu da qeyd edək ki, Emil Səməndəov 2017-ci ildə insanların etibarından sui-istifadə edərək, "Proqress-2016" MMC-ni ələ kecirmişdir. Emil Səməndərov bu vaxta kimi ən azı iki dəfə dələduzluq əməllərinə görə məhkum olunmuşdur.
Lakin, çox təəssüflər olsun ki, Emil Səməndərovun törətdiyi dələduzluq əməllərinə görə, bu günə qədər hüquq-mühafizə orqanları heç bir tədbir görməmişdi.
Hörmətli, Prezident İlham Əliyev,
Hörmətli, Mehriban xanım Əliyeva,
Hələ bu azmış kimi Emil Səməndərov Prezident Adminstrasiyasında çalışan yüksək vəzifəli şəxslərin adından istifadə etmişdir.
Hətta, Emil Səməndərov “qürrələnərək” aldadılmış şəxslərə acıq verməklə bildirir ki, əgər onu törətdiyi ağır cinayət əməllərinə görə “gözü üstə qaşı var” deyən yox idisə, deməli ona qarşı aldadılmış şəxslər tərəfindən verilən şikayətlərə də baxılmayacaqdı.
Emil Səməndərovun bu özbaşınalıqları Möhtərəm Prezident, Müzəffər Ordunun Ali Baş Komandanı, hörmətli İlham Əliyev cənablarının, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xalqın, dövlətin yolunda yorulmadan çalışmalarını heçə endirməklə vətəndaşların arasında inamsızlıq yaradır.
Hörmətli, Prezident İlham Əliyev,
Hörmətli, Mehriban xanım Əliyeva,
Biz sakinlər inanmaq istərdik ki, bu məktubumuzu alıb, tanış olduqdan sonra Emil Səməndərovun dələduzluq əməllərinin ətraflı araşdırılması üçün göstəriş verməklə onun məsuliyyətə cəlb edilməsi, aldadılmış vətəndaşların ziyanlarını qaytarması üçün tədbirlər görülməsini aidiyyatı qurumlara tapşırıqlar verəcəksiniz.
Yuxarıda şərh edilənlərə əsasən bizə bütün görülən tədbirlərlə əlaqədar rəsmi şəkildə əsaslı, obyektiv, ədalətli, dolğun və hüquqi cavab verilməsini artıq dərəcədə Sizdən xahiş edirik.
Hörmətlə,
Xəlilov Samir Sarı oğlu,
Məmmədova Nərmin Afdandil qızı,
Məmmədrəhimov Bəşarət İxtiyar oğlu,
Abdullayev Namiq Sədi oğlu,
Novruzova Vətəngül Nəsirulla qızı,
Məsimov Səyyar Ələkbər oğlu,
Əliyev Əlisəfa Hüseyn oğlu,
Mustafayev Samir İsax oğlu,
Kəlbəliyev Sənan Məhəmməd oğlu,
Ələkbərov Natiq Rəsul oğlu,
Cavadov Kamal Cavad oğlu,
Kazımov Orxan Elxan oğlu və daha 60 nəfər.
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
