21-ci əsdə Xəzər rayonunda küçə - Utanaq, yoxsa həzz alaq? - FOTOLAR

Şəkildə gördüyünüz bu küçə Xəzər rayonu, Şağan 1 Təzə Sahə Massivi, Əlizadə ünvanıdır. Küçə Buzovna-Bilgəh magistral yolunun sağında - 50 metrliyində yerləşir.
Hə, bu küçənin sakinləri də var. Yəni adamları... Hər gün işə, dükana, dərd-sərinə gedib-gəlir. Pandemiyaya görə, məktəblər bağlı olduğu üçün uşaqlar yaxşı ki evədir. Küçənin girişində yaşayan imkanlı şəxslər uzun illərdən sonra Buzovna-Bilgəh magistral yolundan görünən hissəsini öz imkanları hesabına asfaltlatdırdılar.
Kasıblar, məzlumlar yaşayan hissə isə bax bu vəziyyətdədir.
Son 20 ildir ki, kücədəki məlum vəziyyətin qismən yaxşılaşdırılması ilə bağlı azı 200 dəfə Rayon İcra Hakimiyyətinə, Şağan kənd bələdiyyə sədrinə, kənd icra nümayəndəliyinə müraciət olunsa da, heç belə maraqlanan yoxdur. Yalnız 20 ildir eyni adam "bu il təmir olunacaq" deyir.
Bu ilin əvvəlində və ortasında etdiyimiz müraciət zamanı yolun təmir olunacağı bildirilmişdi. Gördüyünüz kimi, 2020-ci il də bitir, artıq Qarabağı da aldıq, amma bu küçə nəinki təmir olundu, heç bir maşın qum da tökülmədi.
Açığı bu yazıdan sonra nə rayon rəhbərliyinin, nə hələ də üzünü görmədiyimiz bələdiyyə sədrinin, nə deputatın bu küçə barədə nəsə düşünəcəyinə inanmıram. Sadəcə ənənəni pozmamaq üçün bu şəkilləri paylaşmaq məcburiyyətindəyəm.
Bütün ölkə görsün ki, 21-ci əsrdə, Bakı şəhərində, Xəzər rayonu, Şağan Təzə Sahə massivində belə bir küçə var. Bəlkə Xəzər rayon icra başçısı bu şəkillərdən utanıb bu küçəyə bir maşın "qrabil" göndərər. Məntiqlə bu ölkənin, bu küçənin sakinləri bir maşın "qrabil"ə də dəymirsə demək ki, biz vətəndaş deyilik.
Yeri gəlmişkən bu küçə ilə paralel küçədə 2-ci Qarabağ döyüşlərində canını vətən, torpaq üçün şəhid verən övladın valideynləri yaşayır. Elə həmin küçə də eyni vəziyyətdədir.
Xəzər rayon icra başçısı Elşən Salahovun (üzünü belə görməmişik) nə düşündüyünü bilmirəm. Amma mən onu düşünürəm ki, Bakıda belə küçənin olduğu üçün ancaq utanmaq lazımdır. Bu kimi küçələrin qismən təmiri, düzlənməsi, müəyyən qədər problemin aradan qaldırılması üçün bir addım atmayan rayonun aidiyyatı qurumlarının rəhbərləri nəzarətlərində belə bir küçənin olmasına görə, ən azı utanmalıdır.
Vətəndaş müraciət etməkdən yorulursa, bu küçələrdə hərəkət edən insanlar, körpələr çamura batırsa, çamurlu ayaqqabıları ilə avtobusa minməzdən öncə yolda yağış suyu ilə ayaqqabısını yuyursa, deməli vətəndaş təmizdir, o utanır, o səliqəli görünmək istəyir. Amma məmur bu vəziyyəti görməzdən gəlirsə demək ki, yerində deyil.
Bax budur problem.
Bir mətbuat işçisi olaraq adətən yazılarımızı "Ümid edirik ki, problem tezliklə həll olunar" fikirləri ilə bitiririk. Amma mən məlum, bəlkə də məhkum küçə ilə bağlı bunu deyə bilməyəcəm. 20 ildir bu küçənin problemi həll olunmursa , rayon rəhbərliyi bu küçə barədə ümumiyyətlə, düşünmürsə demək ki...
Bəli demək ki, ya biz vətəndaş deyilik, ya da o məmur üçün vətəndaş anlayışı yoxdur.
Fotolara baxın! Mən küçənin bu vəziyyətinə görə, utanıram, bəz siz əziz məmurlar UTANMIRSIZ?!
Ədil Hüseynli
Bizimxeber.az-ın baş redaktoru
- Ağstafada çoban arvadını və ferma sahibini güllələdi - şok cinayət
27 fevral 2021 11:11
- Bir Qacar ailəsinin Şuşa hekayəsi (FOTOLAR)
25 fevral 2021 20:49
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 2021 20:41
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 2021 20:00
- Prezident Şağanda Reabilitasiya Pansionatının açılışında
25 fevral 2021 14:16
- Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA0
24 fevral 2021 21:57
- Yutubda təhqiramiz video yayanları kim maliyyələşdirib? - Zülfüqarov
24 fevral 2021 13:28
- Bakıda qarlı yollarda vəziyyət belədir - Fotolar
24 fevral 2021 12:36
- Azərbaycanda nazir müavini vəfat edib
23 fevral 2021 12:48
- “Rasim Balayevi ömür boyu bağışlamayacam”
22 fevral 2021 19:31
- 1-ci vitse-prezident Firdovsi Umudov Kamran Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib
27 fevral 14:06
- Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in
27 fevral 12:52
- Sabiq MTN şefi Nəriman İmranovun oğlu Arazın...
27 fevral 12:36
- “Çalıquşu”unun Fəridəsi: Sevildiyini bilmək çox böyük xoşbəxtlikdir
27 fevral 12:02
- 202 gündür bağlı qalan Bakı metrosu ...HAZIRDIR
27 fevral 11:28
- Ağstafada çoban arvadını və ferma sahibini güllələdi - şok cinayət
27 fevral 11:11
- Azərbaycanda böyük əfv GÖZLƏNİLİR
27 fevral 10:51
- "Büdcədən pulların "sağılması"... davam edə bilməz" - Prezident
27 fevral 10:30
- Silahlı şəxslər 100-dən çox məktəbli qızı QAÇIRDI
27 fevral 10:20
- Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri
27 fevral 10:13
- Qulu Məhərrəmli Xocalıdan danışdı: “Vertolyota minəndə ...
26 fevral 23:07
- Qaz ver, Ruslan Əliyev, qaz ver… Azəriqaz
26 fevral 20:46
- Rübabə Muradovanın qızı
26 fevral 19:35
- Polkovnik Elxan İbrahimov vəzifəsindən AZAD EDİLDİ
26 fevral 18:16
- AZTV “Diriliş Ərtoğrul“u neçə manata tərcümə etdirir?
26 fevral 13:28
- İlk ağıllı kəndlərimiz: Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri
26 fevral 13:07
- Prezident xanımı ilə “Ana harayı” abidəsini ziyarət etdi - Video
26 fevral 10:55
- “Ruhlar ölməz, ədalət itməz”
26 fevral 10:39
- Xocalı soyqırımından 29 il ötür
26 fevral 10:34
- Bir Qacar ailəsinin Şuşa hekayəsi (FOTOLAR)
25 fevral 20:49
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 20:39
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 20:00
- Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - Video
25 fevral 19:51
- Prezident Şağanda Reabilitasiya Pansionatının açılışında
25 fevral 14:13
- “Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
25 fevral 13:43
- Liseyinin direktoru həbs edildi
25 fevral 13:07
- Sumqayıt Kommunal Təsərrüfat Birliyi yolları təmizləyir
25 fevral 10:30
- İlham Əliyev Ərdoğanı təbrik etdi
25 fevral 10:09
- “Ziya Kazımovun ilk sualı bu oldu”
25 fevral 10:03
- Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA0
24 fevral 21:57