Azərbaycanda avtomobil istehsalı ancaq çirkli pulların yuyulmasına xidmət edəcək
İqtisadiyyat27 dekabr 2020 16:56
"Əgər onun təkərinin, kapotunun qıraqdan gətirib sadəcə burada yığacaqlarsa, bu istehsal demək deyil"
"Azərmaş" ASC gələn il "Khazar" brendi altında pikap tipli avtomobillərin iki modelinin istehsalına başlayacaq. Bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. Onun sözlərinə görə, bu avtomobillərin istehsalına gələn ilin yarısınadək başlanılacağı nəzərdə tutulur:
"Ümumiyyətlə, müəssisənin istehsal prosesinə dair cari ilə bir çox planlar var idi. Lakin pandemiya səbəbindən onlar gələn ilə təxirə salındı. Planlara "Khazar" brendi altında premium sinfinə aid modellərin istehsal həcminin artırılması daxil idi ki, biz buna gələn il nail olmaq niyyətindəyik". ASC-nin rəhbəri əlavə edib ki, ümumilikdə, "Khazar" avtomobilləri üzrə builki istehsal həcmi təqribən ötən ilin göstəricisinə çatıb: "Cari ildə 1 800-dən çox avtomobil istehsal olunub, ötən il isə bu rəqəm 2 000-ə yaxın idi".
Nəqliyyat eksperti İlqar Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, əgər Azərbaycanda yeni istehsal olunacaq pikap tipli avtomobillər ənənəvi yanacaqla hərəkət edəcəksə, onun heç bir iqtisadi səmərəsi olmayacaq:
"Bu avtomobillər benzin və yaxud da ki, dizel yanacağıyla işləyəcəksə, o zaman həmin nəqliyyat vasitələri elə bir ciddi iqtisadi təsirlər yaratmayacaq. Deyək ki, bir tərəfdən istehsal olunacaq, digər tərəfdən ona bənzər daha keyfiyyətli nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi zamanı çox ciddi dövlət gömrük rüsumları tətbiq ediləcək. Yəni avtomobil istehsalı bir tərəfdən bizim üçün yeni imkanlar yaradır, amma digər tərəfdən bizim imkanlarımızı məhdudlaşdırır. Təsəvvür edin ki, Azərbaycanda 3-4 dənə detalı alır və Şamaxıda, ya deyək ki, Nefçalada istehsal edir. Amma onlar detalı bütün xaricdən alırlar. Sadəcə olaraq burada zavod yığımı ilə məşğul olurlar. İki-üç dənə detalı birləşdirib maşın istehsal edirlər. Təbii ki, onlara tələb çox da böyük deyil. Onu götürüb neynirlər? Korrupsiya edirlər. İcra Hakimiyyəti strukturlarına, ora-bura xidməti maşınlara böyük vəsaitlərlə sənədləşdirib satırlar”.
Nəqliyyat eksperti əlavə edib ki, bunun sayəsində xaricdən gətirilən avtomobillərə çox böyük gömrük rüsumları tətbiq edilir:
"Nəticədə nə olur? Sahibkar xaricdən normal nəqliyyat vasitəsi gətirə bilmir. Texniki göstəricilərə cavab verən keyfiyyətli maşınları ölkəyə idxal edə bilmir. Fərz edək ki, Azərbaycan çox müasir standartlara cavab verən və texniki cəhətdən etibarlı avtomobil nəqliyyat vasitəsi istehsal edərsə, qiyməti də kifayət qədər xarici bazarda olan avtomobillərin qiyməti ilə bizə ucuz qiymətə təklif edərsə, onda təbii ki, bunun iqtisadi cəhətdən hərəkətli göstəricilərinin səmərəliliyi ola bilər. Bilirsiniz ki, dünya artıq tamam fərqli sistemə - elektrik və hibrid sistemli avtomobillərə keçir, onlara adaptasiya olunur. Elə ölkələr var ki, 2022-ci ildən konkret olaraq nə dizellə, nə də benzinlə işləyən avtomobilləri istehsal etməyəcək. Burada biz sanki bir labirintə düşürük. AzSamandı Şamaxı buraxdı. Onun istehsalı başlayan kimi xaricdən gələn avtomobillərə biz də böyük gömrük rüsumu tətbiq olunmağa başlandı. Məsələn, belə izah edim. Apteklərimiz əvvəllər tibbi maskaları 3 qəpiyə satırdısa, biraz tələb təklifi üstələyəndən sonra neylədilər? Azərbaycanda gətirdilər fabrik quraşdırdılar və tibbi maskaların istehsalına başlandı. İndi apteklərdə onun qiyməti 20 qəpikdən aşağı deyil. Əgər onun istehsalı daxili bazara diktə eləyəcəksə, daxili bazarda bir monopoliya sistemi qurulmağa xidmət edəcəksə, bu avtomobilin heç istehsalına ehtiyac da yoxdur. Əgər onun təkərinin, kapotunun qıraqdan gətirib sadəcə burada yığacaqlarsa, bu istehsal demək deyil. Yəni suallar çoxdur burada.
Məsələn, bir neçə il bundan öncə sementi Ukraynadan çox ucuz qiymətə gətirirdik. Qaradağ Sement Zavodu işə düşən kimi burada daxili bazarda istehsalı monopollaşdı və idxal axının qabağını aldılar. Yəni nəticədə bahalaşma oldu. Yaxud da İmişlidə şəkər zavodunu qurdular, bazara çıxan kimi şəkər tozunun qiymətində kifayət qədər artım müşahidə olundu. Yəni iqtisadi səmərəlilik əslində nədir? Əgər tutaq ki, Türkiyədən gələn pikaplarla müqayisədə mən onu 50 faiz ucuz ala biləcəmsə, hə o zaman onun iqtisadi cəhətdən səmərəsi var. Əgər onu ucuz alacamsa, təbii ki, burada keyfiyyət də önəmlidir. Bir dəfə AzSamandla gedəndə maşının arxa şüşəsi biraz çökəyə düşən ki, yerindən çıxıb asfaltın üstünə düşmüşdü. Bu AzSamand mənim nəyimə xeyirdir ki? Bilirsiniz bunlar hamısı bir-birindən zəncirlə bağlı məsələlərdir. İqtisadiyyatda istehsal çox önəmlidir. İstehsal prosesini tənzimləmək, yeni modellərin tətbiqi, yeni istehsal xidmətlərinin qurulması əhəmiyyətlidir. Məsələn, dərman bazarlarında və s. Adi kolqotkanı istehsal edə bilməyən Azərbaycan bu günləri gəlib zavodda maşın buraxır. Nədir ki, İrandan üç detal alıb birləşdirib, deyəcək ki, zavodum var. Bu düzgün deyil. Sirabı istehsal eləməkdən əvvəl butulkanı istehsal etmək lazımdır, butulka və qapağı istehsal edə bilməyən bir ölkə durub Sirabı Naxçıvandan gətirib camaata bir manata satır. Bir manata su olar? Belə problemlərimiz var. Yəni o bizə heç bir iqtisadi səmərə verməyəcək. Sadəcə olaraq, çirkli pulların yuyulmasına xidmət edəcək. Dövlət büdcəsindən ayrılmış vəsaiti 5 dəfə şişirdib həmin nəqliyyat vasitələrinin alınmasına yönəldəcəklər”.
Oxşar xəbərlər
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
2 yanvar 2026 11:30
- Azərbaycan Çindən səkkiz min tabut aldı
1 yanvar 2026 22:20
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
1 yanvar 2026 13:44
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
1 yanvar 2026 13:30
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
1 yanvar 2026 13:53
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 2025 23:52
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 2025 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 2025 21:14
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 2025 22:44
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 2025 20:37
Xəbər lenti
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
- Prezident və birinci xanım Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı verdi
02 yanvar 17:40
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
02 yanvar 11:30
- İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi
02 yanvar 11:13
- Polad Həşimovun doğum günüdür
02 yanvar 11:07
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
01 yanvar 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
01 yanvar 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
01 yanvar 15:08
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 yanvar 13:44
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
01 yanvar 13:30
- İlham Əliyev onları təbrik etdi
01 yanvar 13:15
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
31 dekabr 15:33
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 11:02
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 10:10
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 23:52
- Prezidentdən bayram paylaşımı - Foto
30 dekabr 23:43
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 23:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 11:00
- Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət
30 dekabr 10:39
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 21:14
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
Video & Fotoqalereya
Video
Fotoqalereya
