Elxas Comərdov cənab İlham Əliyevə müraciət etdi
Mədəniyyət27 dekabr 2020 21:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti MEHRİBAN xanım Əliyevaya
Surəti : Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə - Hüquq Şurasının sədri Fikrət Məmmədov cənabına
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev cənabına
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4-cü mədən ərazisi, fərdi evdə yaşayan Comərdov Elxas Səfi oğlu tərəfindən
Müraciət
Hörmətli Prezident !
Mən Sizə hər hansı hüquq pozma, şərlənərək saxlanılan, tutulan, üzünə durulan kimi haqqımı, hüququmun təmin olunması üçün müraciət etmirəm...
Mən, Sizə ölkənin, dövlətin, Konistitusiyanın vətəndaşına QANUNLA verdiyi haqqının, hüquqlarının pozulmuş bir VƏTƏNDAŞI kimi müraciət edib, HAQQIMIN, HÜQUQUMUN diqqətdə saxlanaraq araşdırılmasını xahiş edirəm...
Bundan əvvəlki müraciətimdə də qeyd etmişəm ki, 4 ayrı-ayrı iş üzrə 6 hakim tərəfindən məhkəmə prosesi zamanı məhkəmə işlərimə baxılıb, QANUNSUZ, SİFARİŞLİ, QANUNUN MADDƏLƏRİ TƏHRİF OLUNARAQ məhkəmə QƏTNAMƏLƏRİ qəbul olunub...
Əgər vətəndaş QANUNUN ona verdiyi haqq və hüquqları yeyilib, tapdanılırsa, vətəndaş bunun tənzimlənməsi, aradan qaldırılması üçün dövlətin Məhkəmələrinə müraciət edib, aradan qaldırılmasına cəhd edirsə, dövlətin hakimə verdiyi hüquq və səlahiyyətlər ayaqlar altına atılaraq qeyri - qanunu QƏRAR qəbul olunursa onun son ümüd yeri Sizə müraciətdə görür...
NİYƏ ÖLKƏ BU CÜR İDARƏ OLUNUR...?
BƏLKƏ VƏTƏNDAŞIN İNCİDİLMƏSİ, QANUNLARIN ONA VERDİYİ HÜQUQLARIN BİLƏRƏKDƏN TAPDANILMASI, VƏTƏNDAŞIN MÜXTƏLİF ÜNVANLARA DÜŞÜB HAQQININ, HÜQUQUNUN TANINMASI ÜÇÜN MÜRACİƏT ETMƏ MƏCBİRİYYƏTİNDƏ QOYULMASI BƏLKƏ BİR SİYASİ SİFARİŞ, ÖLKƏNİN İDARƏ OLUNMASINDA ZƏRURİ GEDİŞDİ...?
ƏGƏR BELƏ DEYİLSƏ NİYƏ HAQQ, ƏDALƏT BU CÜRƏ BİLƏRƏKDƏN BİYABIRCASINA POZULUR...?
2 - MƏHKƏMƏ PROSESİM...
Hörmətli Prezident !
Mən Əfqanıstan müharibəsinin veteranıyam. 1984 cü ildə indiki Xətai rayonun Hərbi Komissarlıqdan bu barədə vəsiqə almışam. Bütün imtiyaz və güzəştlərdən də vaxtında lazımınca istifadə etmişəm. Müstəqillikdən sonra, bu tip kateqoriyadan olanlara, dövlət, imtiyaz və güzəştləri ləqv edib əvəzində 2002 - ci ildən Sosial müavinətlər təyin etdi. Həmin ərəfədə mənim qeydiyyatım olmadığından, bu müavinətdən yararlana bilmədim. Qeydiyyat yerim olmadığından mən hələ sovet pasportun da dəyişə bilməmişdim. Sonralar isə qeydiyyat məsələm həll ediləndə, nəmalum şəraitdə müharibə veteranı vəsiqəmi itirmişdim. Amma mən, buna qədər ƏƏSMF - nun Abşeron rayon şöbəsinə həmin ərəfədə 2 dəfə hərbi biletimin müəyyən səhvlərin surətin çıxartdırıb təqdim etdim, mənə qeyri rəsmi cavab verdilər ki, müharibə veteranı olmanızı bildirən vəsiqənizin surətin təqdim edin sonra. 2017 ci ildə SHXÇDX inin Abşeron şöbəsindən müharibə veteranı olmamı bildirən Müharibə Veteranı vəsiqəmi aldım. ƏƏSMF - nun Abşeron rayon şöbəsinə müraciət etdim. "Sosial Müavinət haqqında Qanun" un 9.1 ci maddəsinin - "ƏN ÇOXU MÜRACİƏT EDİMƏZDƏN ƏVVƏLKİ ÜÇ İL ÖDƏNİLMƏKLƏ , ( hissəsinə uyğun) " müavinətimin son üç ilin hesablayıb ödənilməklə mən müavinəti aldım. Lakin mən bu müavinətin tam təyin olunub verilməsindən bu yana, almadıqım illərin müavinətin istədim. Mənə ƏƏSMF - nun Abşeron şöbəsindən imtina məktubu gəldi. Mən həmin şöbəyə qarşı Sumqayıt İnzibati-İqtisad Məhkəməsində idda qaldırdım. İşə Sumqayıt İnzibat - İqtisad Məhkəmənin hakimi İSMAYIL QULİYEV baxırdı. Hakim 2 məhkəmə prosesində iddamın düz və ya səhv olmasına dair bir fikir bildirmədən, sona qədər məni dinləyib çıxıb gedirdi. Onuda vurğulayım ki, hakim iddamda israrlı olduqum görüb təhsilimi soruşdu, orta təhsilli olduqum bildirdim. Hakim də növbəsindən köməkçisinə baxıb doğru dediyimi köməkçisinin başın silələməklə təsdiq etdiyin gördü. Və bununlada qərarı 10 gündən sonra elan edəcəyini deyib getdi. On gündən sonra bildim ki, iddam təmin olunmayıb. Mənim idda tələbim Sosial Müavinət haqqında Qanunun 9.1 və 10.1.5 - maddəsinin mənə verdiyi hüquqmun təmin olunmasıydı. Çünki "Sosial Müavinət haqqında Qanun" un 9.1- ci maddəsində göstərilir ki, - " ƏN ÇOXU MÜRACİƏT EDİLMƏZDƏN ƏVVƏLKİ ÜÇ İL ÖDƏNİLMƏKLƏ, AYLIQ MÜAVİNƏTLƏR MÜRACİƏT EDİLMƏ VAXTINDAN ASLI OLMAYARAQ, BU QANUN QÜVVƏYƏ MİNDİYİ GÜNDƏN SONRA ONU ALMAQ HÜQUQU YARANAN GÜNDƏN AŞAĞDAKI MÜDDƏTLƏRƏ TƏYİN EDİLİR." Həmin qanunun 10.1.5 - maddə isə tam açıqlığıyla bu maddələrin tənzimlənməsin göstərir. 10.1.5 - ci maddədə yazılır :-" KEÇMİŞ MÜDDƏT ÜÇÜN ALINMAMIŞ MÜAVİNƏTİN MƏBLƏĞİ, MÜDDƏTDƏN ASLI OLMAYARAQ ÖDƏNİLİR...
Hörmətli Prezident !
" Lakin hakim, ƏƏSMF Abşeron rayon şöbəsinin mənim təlbimə dair iddama səbəb olan " İMTİNA" məktubundan heçnə ilə fərqlənməyən "ETİRAZ" məktubuna əsaslanıb Sumqayıt İnzibat - İqtisad Məhkəməsinin hakimi İsmayıl Quliyev qeyri obyektiv qərar çıxartdı. Axı iddama səbəb olan " İMTİNA" məktubunun eynisi olan " ETİRAZ" məktubu KÖHNƏ NAĞILIN kRİL əlifbasından LATINCA tərcüməsinə oxşayırdı. Amma çox təssüf olsun ki, möhtərəm hakim İsmayıl Quliyev Azərbaycan Respublikası adından çıxardığı qərarla Azərbaycan Respublikası Qanununun maddələrini eybəcər halda, iyrənc formada təhrif edərək qərar qəbul etdi. Belə ki, hakim çıxartdığı qərarda , qanunun maddələrin təhrif edərək, maddəni yarımçıq verərək, bir sözlə qanunu eybəcər hala salaraq bir mətin çıxarıb mənə verdilər. Mən bununla razılaşmayıb, Sumqayıt Apellyasiya Məhkəməsinə Apelliyasiya şikayəti verdim. Apellyasiya şikayətimə hakim Hökumə xanım Babayeva baxırdı. Yazdığım Apellyasiya şikayətimi, digər qrumlara və özünə göndərdiyim məktublardan yetərincə məlumatlı olan Hökumə xanım Babayevanın davranışı, ( hazırlıq başlayarkən hər iki köməkçisinə dönərək nələrsə deməsi və həmin şəxslərin ani olaraq mənə baxması), qarşı tərəfin hüquqların qoruyan səlahiyyətli şəxsinə, mən tribunadan iddamı, tələbimi səsləndirəndən sonra üzün tutub -"iddaya, tələbə qarşı nə deyə bilərsiniz?" - soruşması, qarşı tərəfin səlahiyyətlisinin - "idda təmin edilməsin, qərar qüvvədə qalsın" - deməsinə etiraz olaraq, - "elə bu.." , - deyib, istiqamət verərək - " dediynizi əsaslandırında" - deyəndən sonra heç bir cavab almadıqda, təkrarən qarşı nümayəndəsinə - "bunun ( məni nəzərdə tutub) veteran hüququ nə vaxtdan yaranıb," - deyəndə qarşı tərəfin səlahiyyətlisi - " vəsiqəni təqdim etdiyi gündən ( yəni 2017 - ci ili nəzərdə tuturdu). Hakim Hökumə xanım Babayeva mənim nə isə demək istədiyimi görüb qarşı tərəfə , mənim demək istədiyim fikiri lap dolğun - " axı onun veteran hüququ 1984 - cü ildən yaranıb. Buna dair də SHXÇDXİ - nin Abşeron rayon şöbəsinin idarənizin sorğusuna cavab məktubunda da yazılır ki, -" onun veteranlıq hüququ 1984 - cü ildən yaranıb" - deməsinə qarşı tərəf bir izah verə bilmədi. Məndən - "nə isə demək, əlavə etmək istəyirsən"- sualına isə mən izah etdim ki, möhtərəm hakim, - "İstər imtina, istər etiraz məktubunda istinad olunub yazılan 1994-cü ildə qəbul olunan "Veteranlar haqqında" Qanunun 7-ci maddəsinə istinad edib, əsas götürüb qərar çıxardan Sumqayıt İnzibat - İqtisad Məhkəməsinin hakimi İsmayıl Quliyev həm "Sosial Müavinət haqqında" Qanunun maddəsini özü istədiyi kimi təhrif edib, həmdə "Veteran haqqında" Qanunun 7 - ci maddəsinə istinası düzgün deyil, bir qanun pozuntusudur. Lakin bütün bunlardan sonra Sumqayıt Apellyasiya Məhkəməsi də kobud qanun pozuntusuna yol verib, hakimin özünün də razılaşmadığı, əksinə mənim iddamın müdafiəsi üçün gətirdiyim və söylədiyim izahla razı olan hakim Hökumə Babayeva məhkəmədə göstərdiyi yanaşmaya zidd olaraq Sumqayıt İnzibat - İqtisad Məhkəməsinin çıxardığı qeyri obyektiv qərarı qüvvədə saxladı...
Cənab Prezident!
Bundan sonra Sizə, Birinci Vitse Prezidentə, Ali Məhkəməyə, Ədliyyə nazirinə, Məhkəmə - Hüquq Şurasına, hakimə, iddamda göstərilən qanunun müvafiq maddələrin, orta təhsilimlə izzah etdim ki, istinad etdiyim qanunun 9.1 - ci maddəsində göstərilir ki, - - "ƏN ÇOXU MÜRACİƏT EDİLMƏZDƏN ƏVVƏLKİ ÜÇ İL ÖDƏNİLMƏKLƏ...," ( maddənin bu hissəsi icra olunub) "AYLIQ MÜAVİNƏTLƏR MÜRACİƏT EDİLMƏ VAXTINDAN ASLI OLMAYARAQ, BU QANUN QÜVVƏYƏ MİNDİYİ GÜNDƏN SONRA... ( maddənin bu hissəsi icra edilməlidir. Çünki 1-ci hissə ƏƏSMF nun vəzifəsin göstərirsə, maddənin ikinci hissəsi mənim hüququmu izah edir, həmdə bu maddə qanunun geri oxnuşun tənzimləyir) "ONU ALMAQ HÜQUQU YARANAN GÜNDƏN AŞAQDAKI MÜDDƏTLƏRƏ TƏYİN EDİLİR " (bu isə qanunun tənzimlənməsi deməkdir).
Qanunun 10.1.5 - ci maddədə isə tam açıqlıq ilə göstərilib. " KEÇMİŞ MÜDDƏT ÜÇÜN ALINMAMIŞ MÜAVİNƏTİN MƏBLƏQİ, MÜDDƏTDƏN ASLI OLMAYARAQ ÖDƏNİLİR ".
Lakin hər iki məhkəmə 1994 - cü ildə qəbul olunan "Veteranlar haqqında Qanunun" 7 ci maddəsinə istinad edib, qərar verdilər ki, həmən qanunda göstərilir ki, "... VETERANLAR ÜÇÜN GÜZƏŞTLƏR VƏSİQƏ TƏQDİM EDİLDİKDƏN SONRA ŞAMİL OLUNUR " Mən hər iki hakimə, istər məhkəmə zalında, istərsədə müraciətlərində göstərirəm ki,--- ONDA , NIYƏ MƏNƏ , SON ÜÇ ILIN PULU HESABLANIB VERİLİB... ? Deməli mənə bu pul " Sosial Müavinət haqqında " Qanunun 9.1 - maddəsinin mənə verdiyi hüquqa görə verilib. Amma qanun tam icra olunmayıb. Axı " Veteranlar haqqında" Qanun 1994 - cu ildə qəbul olunub. Sosial müavinət haqqında qanun isə bundan 8 il sonra.--
Niyə onda "Sosial Müavinət haqqında" Qanun hazırlananda bu gün hamsının bahanə kimi istifadə etdiyi -
" Veteranlar haqqında" Qanunun 7 - ci maddəsi nəzarə alınmayıb...?
Qanun niyə mövcud olan digər qanunlara uyğun tənzimlənməyib...?
Elə bu məqsədlə də Konstitusiya Məhkəməsinə, Milli Məclisin müvafiq komissiyasına müraciət etdim ki, bu qanunların bu maddələrinə aydınlıq gətirilsin. Lakin cavab verilmədi.
Odur ki bir daha Sizə müraciət edib, mövcud qanunların mənə hüquqlarımın ya təmin olunması, ya da tam açıqlığıyla mənə izah edilməsini nəzarətə götürüb göstəriş verəsiniz.
İmza : Elxas Səfi oğlu Comərdov.
Rəy
Paylaş
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya