Dilqəm Əsgərovdan dəhşətli işgəncə etirafları: Şprisə spirt doldurub..
Müsahibə1 yanvar 2021 21:35
Altı il yarım erməni hərbçilərinin girovluğunda olan Dilqəm Əsgərov həbsxana yoldaşı Şahbaz Quliyevlə birgə Heydər Əliyevin məzarını ziyarət edib.
Publika.az xəbər verir ki, ziyarətdən sonra azadlıqda ilk müsahibəsini verən Dilqəm Əsgərov şahidi olduqlarını oxucularımızla bölüşüb. Vətən müharibəsi zamanı ermənilərin necə çaşqın vəziyyətə düşdüklərini dilə gətirib.
- Dilqəm bəy, Azərbaycan Ordusunun sülhə məcbur etmə əməliyyatından nə zaman xəbər tutdunuz?
- Elə həmin gün səhər... Sentyabrın 27-si idi. Birdən bizim artilleriyamızın səsi eşidildi. Ermənilərin hücumuna cavab olaraq döyüşə başlayan ordumuz bütün hərbi hədəfləri vururdu. Ermənilər isə ilk başda nə olduğunu anlamadılar. Hətta Şuşa türməsində Qalstyan soyadlı bir erməni məndən soruşdu ki, nə baş verir?! Mən də ona bir neçə bəndlik şeirlə cavab verdim ki, haradan bilim, azadlıqda olan sizsiniz, dörd divar arasından heç nə deyə bilmərəm. Olub-bitənləri yalnız nəfəslikdən görə bilmək imkanımız var idi. Sonradan radiodan eşitdim ki, döyüş başlayıb. Üç-dörd gün sonra bizə bir azca çörək verirdilər. Ərzaqları da bitmişdi. Səbəbini soruşanda ermənilər dedi ki, ərzaqlar tükənib. Pis vəziyyətə düşmüşdülər. Hələ onda müharibənin ilk günləri idi.
- Orada radionuz da var idi?
- Bəli, beynəlxalq qanunlara uyğun olaraq bizə radio verilmişdi. Həm azərbaycanca, həm də ermənicə xəbərləri dinləyə bilirdik. Hətta mən həmin radio vasitəsi ilə cənab Prezidentin müsahibələrini, xaricə olan səfərlərini də izləyirdim.
- Orada sizə işgəncə verirdilərmi?
- Girovluqdakı ilk ilimizdə bəli, olmazın işgəncələr verilib. Sonra bizə qondarma məhkəmələr quruldu. Həbs verildi. Ondan sonra işgəncə olmadı. İşgəncələr əsasən ilk dövrlərdə çox amansız idi. Dırnaqlarımızı, əllərimizi, bədənimizi... Möhkəm döyürdülər. Heç birini unutmamışam.
- Bəs sizi Şuşa türməsindən niyə çıxardılar?
- Bilmirəm, dedilər ki, artıq Azərbaycan Ordusu Şuşaya yaxınlaşır. Ona görə də buranı tərk etməliyik. Əvvəlcə bizi Gorusa apardılar, sonra Xankəndiyə, yenidən Gorusa qaytardılar. Daha sonra isə bizi ruslara təhvil verdilər.
- Siz orada PKK terrorçularını gördünüzmü?
- Bəli, Şuşa həbsxanasında həbsdə olan PKK yaraqlılarını sonradan azad edib döyüşə göndərdilər.
- Vətən müharibəsindən əvvəl sizin hansısa şərtlə azad edilə biləcəyinizi deyirdilərmi?
- Bəli, mən Rusiya vətəndaşıyam, bir dəfə dedilər ki, qondarma qurumun "rəhbəri" Araik Arutyunyandan bağışlanmağımı xahiş etsəm, məni azad edə bilərlər. Mən də qayıtdım ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu "respublikanı" heç kim tanımır. Əsla belə bir şey etməyəcəyimi söylədim. Dedim ki, Dağlıq Qarabağın da Prezidenti İlham Əliyevdir.
- Şuşa həbsxanasında olarkən sizdən başqa azərbaycanlı var idimi? Vətən müharibəsi dövründə hərbi əsirlərdən oraya gətirilən oldumu?
- Həbsxananın təcili yardım maşınında gördüm ki, bir nəfər də var. Bildim ki, azərbaycanlıdır. Gorusda onun əşyalarını gördüm. Yaralı olaraq əsir düşmüşdü. Yevlaxdan idi. Bizi 3 kameraya saldılar. Sonra həmin soydaşımızı harasa apardılar. Ona da işgəncə vermişdilər, döymüşdülər. Sonradan ailəsi və özü ilə maraqlandım, onu tapdım. Bu müharibədə əsir düşən hərbçilərimizə İrəvanda işgəncə veriblər. Özləri danışırdılar.
- Necə işgəncə verirmişlər?
- Şprisin içinə spirt doldururlarmış, ayaqları kəsilənlərin qollarına, ayaqları olanların ayağına vururlarmış. Bunu da İrəvan erməniləri edirmiş, Qarabağdan olan ermənilər yox.
- Birinci Qarabağ müharibəsindən də əsirlər var idimi?
- İndi yox, amma 1998-ci ildə olub. Onlar birinci Qarabağ müharibəsi zamanı əsir düşənlər idi. Bu haqda mənə həbsxanada olanda dedilər. İkinci Qarabağ savaşından isə cəmi 1 nəfər olub.
- Şuşanın azad olunması xəbərini haradan eşitdiniz?
- Radiodan. Həmin radionu mənə Qırmızı Xaç Komitəsinin əməkdaşları vermişdilər. Çox sevindim. Prezidentimizin bütün çıxışlarını izləyirdim. Bir dəfə dedi ki, sabah sizə şad xəbərim olacaq. Sabahı gün dedi ki, Füzuli azad edildi. Sonra Zəngilan, Qubadlı, Cəbrayıl... Hamısını radiodan eşitmişəm. Prosesləri izləyirdim. Hələ müharibədən əvvəl bilirdim ki, Azərbaycan əsgəri gələcək. Buna əmin idim. Türkiyə bizim yanımızda oldu. Dəstəklədi. Əsas işi isə cənab Prezidentimiz gördü. Bütün dünyanı qarşısına aldı. Gücümüzü ortaya qoydu. Nəticədə ermənilərin başı dəmir yumruqla əzildi. Cənab Prezident dediyini elədi, torpaqlarımızı qaytardı.
- Bəs Kəlbəcərə nə zaman gedəcəksiniz?
- Qar götürülən kimi ilk işim Kəlbəcərə, Şaplara getməkdir. İndi yollar buz bağlayıb. Kəlbəcərsiz qala bilmərəm. Ora mənim ürəyimdir. Dünyanın ən gözəl cənnətidir Kəlbəcər.
- Bildiyimə görə, siz birinci Qarabağ savaşında da iştirak etmisiniz...
- Bəli. N saylı hərbi hissədə kəşfiyyat komandiri olmuşam. 1998-ci ildən isə hər zaman Kəlbəcərə gedib-gəlmişəm.
- Gələk girov götürüldüyünüz son səfərinizə...
- Cəbrayıldan olan Həsən Həsənovla getdik. İki gün döyüşdük, Həsən qəhrəmancasına həlak oldu. Orada ölən bir neçə ermənini isə biz yox, onların özləri öldürmüşdü. Vətən uğrunda şəhid olan bütün oğullarımıza Allahdan rəhmət diləyirəm. Həsən əfsanəvi bir qəhrəman idi. Onunla iki gün erməni terrorçularına qarşı savaşdıq. Həsən şəhid olandan sonra ermənilər mənə qarşı ən ağır vəhşiliklərini göstərdilər. Qeyri-qanuni olaraq mənə 140 il iş kəsdilər. Həmişə onlara deyirdim ki, Azərbaycan əsgəri gələcək.
Media işçilərinə də öz təşəkkürümü bildirirəm, bu altı il yarım ərzində gördüyü işlərdən xəbərdar idim.
Oxşar xəbərlər
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 2026 16:11
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
1 yanvar 2026 20:47
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 2025 11:00
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- -Mehdiyev işi- böyüyür: AMEA rəhbərliyi də siyahıda...
7 dekabr 2025 19:27
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
