Putin QARABAĞDA razılaşmanı pozdu
Azərbaycan və Ermənistan arasında ötən ilin noyabrın 10-da imzalanan razılaşma çərçivəsində sülhməramlı qüvvələr olaraq Qarabağa gələn Rusiya hərbçiləri sənədin müddəalarını pozub.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca xidmət edəcək sülhməramlılarının sayının 1960 nəfər olacağı qərarlaşdırılsa da, rusların fərqli şəxslər və vəzifəlilərlə bölgəyə göndərdiyi personal sayı 5 min nəfəri keçib.
Rusiya rəhbərliyi mövcud hərbçilərlə yanaşı, Fövqəladə Hallar Nazirliyində çalışan məmurlar, texniki mütəxəssislər, səhiyyə müəssisələrində işləyəcək həkim və tibb bacıları ilə birlikdə bölgəyə inşaat işlərində çalışmaq üçün texniklər də göndərib. Bölgədə rus sayının daha da artmasından əndişə edilir.
Rusiya sülhməramlı qüvvələri ilə bölgəyə gələn hərbçilərin Qarabağın dağlıq böıgələrində tam təchizatlı təlimlər keçməsi də beyinləri qarışdırır. İstər erməni silahlı qüvvələri ilə, istərsə də qondarma "DQR"in "rəhbərləri" ilə görüşən Rusiya hərbçilərinin buradan yaydıqları səmimi görüntüləri Azərbaycan ictimaiyyəti arasında narahatlıq yaradır. Bölgədə Rusiya qüvvələri olduğu halda, ermənilərin hələ də dağlıq ərazilərdə aktiv fəaliyyət göstərərək, müxtəlif hücumlar təşkil etməsi insanlarda sual yaradır.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, qarabağlı Umud Mirzəyev, "İmzalanan müqaviləyə görə, Rusiya sülhməramlı qüvvələrində 1960 əsgər olmalı idi. Bu sayın 5-10 min olduğunu düşünmürəm, amma ruslar daha çox adam göndərdi. Rusların nəzarəti altındakı ərazilərdə ermənilərdən qalan silahlı dəstələr tamamilə çıxarılmalı idi. Rusiya komandanlığı erməni kəşfiyyat zabitlərinə çox xoş münasibət bəsləyir. Qondarma "DQR"in "bayrağı" altında müxtəlif pozalar verirlər, bunlar ürək açan məsələlər deyil. Azərbaycan ordusu ilə birlikdə bölgədə türk əsgərlərinin çox olmasına üstünlük verilməlidir. Bu məsələdə qərarlar verilməlidir”, deyib.
Rusiyasülhməramlılarının komandirinin Xankəndini ziyarət etdiyini xatırladan Bayburt Universitetinin əməkdaşı Dr. Ramin Sadıqov bunları deyib:
"Burada sülhməramlı qüvvələrə qarşılama mərasimi keçirildi. Tort kəsildi, amma tortun üzərində iki bayraq vardı. Separatçı qüvvələrin "bayraqları" olan bu pozalar cəmiyyətdə birmənalı qarşılanmır”.
Rusların, razılaşmanın ziddinə olaraq, separatçı qüvvələri tərəf kimi görmələrinin səhv olduğunu qeyd edən Sadıqov deyib ki, rəsmi olaraq hesabat verməsələr də, davranışları tərəf olduqlarını göstərir:
"Qondarma "fövqəladə hallar qüvvələri”, qondarma "dövlət məmurları” ilə görüşürlər. Bunlar konsensusa zidd olan davranışlardır”. Ramin Sadıqova qeyd edib ki, orada tərəf Azərbaycan və Ermənistandır.
Rusiyalı ekspert Maksim Şevçenkonun son zamanlarda verdiyi açıqlamalara diqqət çəkən Ramin Sadıqov bildirib ki, rusiyalı mütəxəssis bölgədə 32 modul zastavasının inşasının gözlənildiyini açıqlayıb.
"Şevçenko 32 polis bölməsinin hər birində 300 nəfərin yerləşəcəyini bildirir və dəqiq bir hesablama aparır. Bu hesablamaya görə, bölgəyə gedəcək rus əsgərlərinin sayı 10 minə çatır”.
Sözügedən polis bölmələrindən ikisinin tikildiyini qeyd edən Sadıqov, qalan binaların nə zaman tikiləcəyinin məlum olmadığını bildirib.
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 2026 14:17
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 2026 16:36
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 2025 21:34
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
