Nəcməddin Sadıkovun yerinə O gətirilir? - FOTO
Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun gözdən itməsi bəzi söz-söhbətlərin yayılmasına səbəb olub. Bir çoxları general-polkovnikin Rusiyaya işlədiyi və məxfi məlumatları Moskvaya ötürdüyü üçün cəzalandırıldığını bildirsə də, hələ ki, bu iddia rəsmən təsdiqlənməyib. N.Sadıkovun vəzifəsindən qovulması barədə də Prezident Sərəncamı yoxdur. Baxmayaraq ki, onun adı Müdafiə Nazirliyinin rəsmi saytından silinib.
Məhz bu arqumentdən çıxış edən müşahidəçilər Nəcməddin Sadıkovun qələminin artıq qırıldığını və yerinə hətta yeni birinin təyin olunduğunu düşünürlər.
NUH.az xəbər verir ki, ovqat.com-un Ordudakı mənbələrdən əldə etdiyi məlumatlar bu versiyaları təsdiqləyir. İddiaya görə, Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargahının yeri rəisi vəzifəsi Kərəm Mustafayevə həvalə oluna bilər.
Qeyd edək ki, 58 yaşlı Kərəm Mustafayev hazırda Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır. 1962-ci ilin 1 iyul tarxində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Kərəm Mustafayev 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
Hərbi xidmətə 1983-ci ildə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri kimi başlayan Kərəm Mustafayev SSRİ dağılana qədər müxtəlif hərbi hissələrdə baş bölük komandiri və tabor komandiri vəzifələrinə qədər yüksəlib. Hərbçinin ulduzu SSRİ-nin dağılmasıyla parlayıb.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri kimi işə başlayan zabit qısa müddət ərzində Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrinə qədər yüksəlib.
14.05.2014-cü il tarixdə isə o, indiyədək hərbi karyerinin ən yüksək pilləsinə çıxmağı bacarıb: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.
Xatırladaq ki, ermənilərin ötən ilin iyul ayından başlayaraq Azərbaycana hücumları zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin ən sıx əlaqə saxladığı general Kərəm Mustafayev idi. İyulun 12-də ermənilərin Tovuz rayonuna hücumları bitəndən dərhal sonra Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Naxçıvana səfər etmiş və iyulun 17-də Kərəm Mustafayevlə görüşmüşdü. II Qarabağ döyüşlərində Naxçıvan xüsusitəyinatlılarının xüsusilə fərqlənməsi də bu mənada təsadüfi sayılmır. İddialara görə, Türkiyə Silahlı Qüvvələri Azərbaycandakı 5-ci kolona bağlı generallardan çox Naxçıvandakı Əlahiddə Orduya önəm vermiş və müasir hərbi nizam-intizama uyğun komando yetişdirilməsini kiçik torpaqda həyata keçirmişdi. Kərəm Mustafayevin də bu işdə Türkiyə Silahlı Qüvvələrinə böyük dəstəyi olmuşdu. Təsadüfi deyil ki, II Qarabağ döyüşləri ərəfəsində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov “itkin düşdükdən” sonra Ankara ilə bir sıra önəmli görüşləri Kərəm Mustafayev aparmışdı. II Qarabağ müharibəsi bitdikdən sonra dekabrın 24-də Kərəm Mustafayevin Ankaraya səfər etməsi və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülərlə başa-baş görüşməsi də ona göstərilən böyük etimaddan xəbər verir.
Bununla belə, Kərəm Mustafayevin Naxçıvandan Bakıya transfer edilməsinin Muxtar Respublikaya zərəri olacağını düşünənlər də az deyil. Çünki Muxtar Respublikada “xan” iradəsinə tabe olmayan yeganə rəsmi şəxsin Kərəm Mustafayev olduğu bəllidir. Məhz Kərəm müəllimin səyi nəticəsində Naxçıvan tam “xanlıqlaşdırılmayıb”. Əlahiddə Ordu Naxçıvanda xanlıq rejimi qarşısında yeganə əngəl kimi dayanıb və dayanmaqdadır. İndisə Kərəm Mustafayevin SQ-nin Baş Qərargan rəisi vəzifəsinə gətirilməsi Muxtar Respublikada “xan” rejimini gücləndirə bilər.

- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 2026 17:48
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
