Nərminin nəşinin tapılmasından 1 il keçdi - Fevralın 10-da..

2019-cu il noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 47 gündən sonra, 2020-ci il yanvarın 6-da yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı istintaqın başlamasından bir il ötür.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, N.Quliyevanın itkin düşməsi ilə bağlı ilkin məlumat sosial şəbəkələrdə yayılmışdı. Ailəsi kəndin içində itkin düşən azyaşlının iki aya yaxın müddət ərzində tapılmamasından narazılıqlarını bildirirdilər.
Rəsmi qurumlar isə məsələ ilə bağlı ilk dəfə Nərminin meyiti tapılan günün axşamı açıqlama verdilər. Məlum oldu ki, araşdırmalar nəticəsində Nərminin öldürüldüyünə şübhə yarandığı üçün noyabrın 28-də köməksiz vəziyyətdə olan şəxsi öldürmək maddəsi ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, atası Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.
Yanvarın 6-da saat 19:30 radələrində isə indi sözügedən qətldə təqsirləndirilən İlkin Süleymanov evlərindən, təxminən, bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat vermişdi.
N.Quliyevanın atası Şərif Quliyev o zaman “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, Nərmin başından küt alətlə vurularaq qətlə yetirilib: “Qızım tapılandan 3-4 gün öncəyə qədər sağ olub. Güman ki, hardasa gizli yerdə məcbur saxlanılıb. Bədəni demək olar ki, tam yanıb. Heç cənazəni yumaq üçün uyğun deyil”.
Yanvarın 8-də 10 yaşlı Nərmin torpağa tapşırılaraq dəfn edildi. Sabiq baş prokuror Zakir Qaralov bildirdi ki, Nərminin qətli ilə bağlı məsələ Prezidentin nəzarətindədir. Yanvarın 10-da onun meyitini tapan İlkin Süleymanov şübhəli şəxs kimi saxlanıldı və məhkəmənin qərarı ilə həbs edildi.
İttihama görə, İ.Süleymanov Nərmini küçədə görüb aldatdıqdan sonra evə aparıb və valideynləri ilə birgə qaldığı həyətdə heç kimin olmadığı evdə saxlayıb. Rəsmi açıqlamada bildirildi ki, İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanovun qətli etiraf etdiyi də açıqlandı. Lakin sonradan vəkili bildirdi ki, İlkin həmin ifadəni təzyiq altında verib. İ.Süleymanov istintaqa sonrakı ifadələrində bu cinayətlə heç bir əlaqəsi olmadığını bildirib.
Bu gün bir il tamam olur ki, istintaq davam edir. Sonuncu dəfə məhkəmə İlkinin həbs müddətini 1 ay 13 gün artırıb və fevralın 10-da İlkinin həbs müddəti başa çatır.
Onun vəkili Əlibaba Rzayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sonuncu məhkəmə də İlkin Süleymanov təqsirli olmadığını deyib: “İlkin məhkəmədə dedi ki, onun əleyhinə heç bir sübut olmadığı halda nəyə görə həbsdə qalmalıdır?! Hakimə sual etdi ki, axı, bu iş nə qədər uzanacaq?”
Ə.Rzayev əlavə edib ki, fevralın 10-da Baş prokuror Kamran Əliyev təqsirləndirilən İlkin Süleymanovun istintaqı ilə bağlı qərar verməlidir:
“Prosessual qanunvericiliyə görə istintaq 13 ay ərzində yekunlaşmalıdır. İlkin Süleymanov xüsusilə ağır cinayətdə ittiham olunduğu üçün bundan artıq həbsdə saxlanıla bilməz. Qanunvericiliyə görə, cinayət işində təqsirləndirilən şəxslərin sayının çox olması, yaxud iş materiallarının çox olmasına görə Baş prokuror və ya onun birinci müavini zərurət olduğuna görə istintaqı daha 6 ay uzada bilər. Lakin bu işdə bir təqsirləndirilən, bir də zərərçəkən var. Bu tələb İlkin Süleymanovun işində keçərli deyil. Bu işə baş prokurorun birinci müavini prosessual rəhbərlik etdiyi üçün yekun qərarı Baş prokuror özü verməlidir”.
Ə.Rzayev qeyd edib ki, bu işlə İ.Süleymanovun əlaqəsi olmadığı üçün ortada sübut da yoxdur: “İstintaq da sübut formalaşdıra bilmədiyi üçün iş məhkəməyə göndərilə bilmir”.
Qeyd edək ki, İ.Süleymanov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Murad Əhməd
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 2025 14:43
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 2025 13:23
- 234 il keçdi: Köləliyə qarşı ilk üsyan - Müasir köləlik necə -çiçəklənir- ?
23 avqust 2025 20:09
- Rus rublundan qurtuluş - Azərbaycan manatının DOĞUM GÜNÜ - 33 İL
15 avqust 2025 10:28
- Prezident nekroloq imzaladı
2 avqust 2025 00:20
- SON DƏQİQƏ: Xalq artisti Arif Babayev dünyasını dəyişdi
1 avqust 2025 08:52
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
1 iyul 2025 15:39
- Azərbaycan-Türkiyə qardaşlığı və sarsılmaz müttəfiqliyinin bariz nümunəsi...
20 iyun 2025 22:21
- Prezident Yaqub Eyyubova -İstiqlal- ordenini təqdim etdi (YENİLƏNİB)
22 oktyabr 22:18
- Bakı metrosunda sərnişin öldü
22 oktyabr 21:55
- Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?
22 oktyabr 12:11
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 10:54
- Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
22 oktyabr 10:46
- AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda
22 oktyabr 10:06
- On ilimi onunla keçirmişəm, silmək mümkün deyil
22 oktyabr 01:41
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 01:27
- Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatdı
22 oktyabr 00:07
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 14:05
- Prezidentlər təkbətək görüşdü - Fotolar
21 oktyabr 13:45
- Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb - İsa Həbibbəyli
21 oktyabr 13:00
- Feyxoanın 10 faydası
21 oktyabr 12:42
- Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
21 oktyabr 11:19
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- İş adamı İlham Qədimbəylinin həbsdə olan Adnan Əhmədzadə ilə işbirliyi...
20 oktyabr 12:01
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23