Azərbaycanı canı qədər əziz bilən ALİM...
İqtisadiyyat8 yanvar 2021 14:24
Elman Eldaroğlu
Şəxsiyyətin yetişməsində sözsüz ki, ailənin, ictimaiyyətin, təhsilin, onu əhatə edən mühitin rolu böyükdür. Necə deyərlər, insan dünyaya bir fərd olaraq gəlsə də, onu kamil şəxsiyyət kimi zaman yetişdirir. Bu gün sizə Azərbaycanı canı qədər əziz bilən bir türk oğlu türkdən- professor İlhan Başgözdən söhbət açmaq istəyirəm. Doğum şəhadətnaməsində "1921-ci il, arpalar biçilərkən dünyaya gəlib”- sözləri yazılıb. 1965-ci ildən İndiana ştatının Bluminqton şəhərində yaşayıb. Uzun illər İndiana Universitetinin türkologiya fakultəsinə rəhbərlik edib, filologiya elmləri doktoru, emeritus professordur. "Emeritus" sözünün latın dilindən tərcüməsi isə "veteran əsgər" mənasını verir. ABŞ-da bu titulu almaq hər alimə qismət olmur...
Orta məktəbdə oxuduğu zaman cumhur başqanı Mustafa Kamal Atatürk nə üçünsə onların məktəbinə gəlir və təsadüfən onun şagirdi olduğu sinifin həndəsə dərsində iştirak edir. Müəllimin sualına cavab verən şagirdlərdən biri, yazı lövhəsində həndəsi məsələni həll edərkən, rəqəmlərin altında bəndləri bildirən "alfa”, "betta”, "qamma” hərflərini yazanda Atatürk şagirddən soruşur:- "Türk dilində kifayət qədər hərflər olduğu halda, sən niyə yunan hərflərindən istifadə edirsən?”

Şagird çəkinə-çəkinə, müəllimimiz belə öyrədib, söyləyir. Atatürk ayağa qalxıb lövhəyə yaxınlaşır, yunan hərflərini pozub, yerinə "A”, "B”, "C” hərflərini yazır.
Həndəsə müəllimi həm də məktəbin direktoru imiş. Atatürk ondan niyə yabançı hərflərdən istifadə etdiyinin səbəbini soruşur. O isə təlaşla: "Paşam, dövlətimizin bizə verdiyi kitabda belə yazılıb”- deyir. Atatürk kitabı əlinə alıb vərəqləyir və əsəbi halda ikiyə bölüb masanın üstünə tullayır. Bu hadisədən bir həftə sonra həndəsə kitabları yenisi ilə əvəzlənir...
Tükrkiyə Elmlər Akademiyasının fəxri üzvüdür. İyirmi iki kitabın müəllifidir. Onların on dördü türkcə, yeddisi ingiliscə, biri isə fransız dilində nəşr olunub. Azərbaycana cəmi iki dəfə gəlib. Bəxtiyar Vahabzadənin Şəkidəki evində iyirmi gün qonaq da olub. Geri dönəndən sonra Bəxtiyar Vahabzadənin şeirlərini, eləcə də "Azərbaycan dastanları”nı ingilis, "Molla Nəsrəddinin lətifələri”ni isə həm ingilis və həm də fransız dillərinə çevirərək üç kitab nəşr etdirib...
Cavad Heyət haqqında xatirələrini sevə-sevə bölüşən bu 99 yaşlı professorun həyatında çox maraqlı hadisələr olub...
Deyir ki,- "Cavad Heyəti Amerikaya dəvət etmişdim. İndiana Universitetində Azərbaycan ədəbiyyatı haqqında gözəl çıxış da etdi. Sonradan mən Tehranda onun qonağı oldum. O vaxt şah Rza Pəhləvi hakimiyyətdə idi. Şah Cavad Heyətin xətrini çox istədiyi üçün İranın yüksək vəzifəli adamları onunla mehriban davranırdılar.
Bir dəfə Cavad Heyət Tehrandakı evində təşkil etdiyi məclisdə məni qonaqlara təqdim edib, soruşdu ki, "İstiqlal marşı”-nı oxuya bilərsənmi? Qulağına İran təhlükəsizlik xidmətindən çəkindiyimi, bildirdim. Söylədi ki, çəkinmə, burada əyləşənlərin hamısı vəzifəli adamlardır. Məsələn, bu kişi şahın təhlükəsizlik xidmətinin rəisidir, o, kişi isə Tehran polisinin rəhbəridir. Dedim, axı mənim səsim yoxdur. Dedi ki, onda oxuma, şeir kimi söylə. Söylədim, məclisdəkilər "İstiqlal marşı”-nı ayaq üstə dinləyib, sonda məni gurultulu alqışlara tutdular”...

2016-2017-ci illərdə İndianada, Bluminqtondakı evində bir neçə dəfə qonaq olduğumdan onu yaxşı tanıyıram. Çox mehriban, təvazökar, həlim insandır. Qonaqlarını yüksək səviyyədə qarşılayıb, yola salmağı bacarır. Yumor hissi də öz yerində. Hər dəfə həmsöhbət olarkən dostluq etdiyi insanlar haqqında danışıb kövrəlsə, onların yoxluğuna heyfsilənsə də zarafatından da qalmırdı. Sonuncu görüşümüzdə isə onunla sağollaşarkən Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin 1964-cü ildə bir gənc jurnalistə dediklərini söyləyib, məni qapıyadək ötürdü. Müsahibə götürən jurnalist 90 yaşlı Çörçilldən ayrılarkən ona:- "Cənab Çörçill, ümid edirəm ki, sizinlə 2000-ci ildə yenə də görüşəcəyik.” O isə gülümsəyərək:- "Bunu sənə arzulamazdım. Sən məndən yaşda çox kiçiksən”- söyləyir...
İlhan Başgözün bu ilin payızında 100 yaşı tamam olacaq. Deyirlər ki, insan qocaldıqca uşaqlaşır, davranışında, hərəkətlərində xətalara yol verir. Amma onun nə davranışında, nə hərəkətlərində zərrəcə qüsur tapmaq olmur…
Türkiyə dövləti bütün ömrünü ABŞ-da türkçülüyə həsr etmiş ahıl yaşlı bu alimə ehtiram əlaməti olaraq, bu günlərdə onun Vətənə dönməsi üçün, xüsusi ambulator təyyarə göndərib. Çikaqo hava limanından start götürən həmin təyyarə artıq Türkiyədədir. Və bir neçə gündür ki, Türkiyyə mətbuatı bu hadisədən, İlhan Başgözdən yazır…
Oxşar xəbərlər
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
