Ordusu olmayan ölkələr: Onları kim qoruyur? (SİYAHI)
Bu ölkələr rəsmi olaraq silahlı qüvvələrə malik deyillər. Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır.
Ordusu olmayan ölkələr haqqında maraqlı məlumatları təqdim edirik:
Haiti
Hər zaman gərgin xəbərlərlə gündəm olan Haitidə 1995-ci ildə ordu tamamilə sıradan çıxarılıb. Ancaq ordunun geri qaytarılması üçün başlayan iğtişaşlar zamanı milli polis qüvvələri kiçik bir ordu bölməsini saxlamağa məcbur olublar.
İslandiya
İslandiya Silahlı Qüvvələri İslandiyaya kənardan gələ biləcək hərbi təhdidlərə qarşı qorumaqla vəzifəli olan qurumdur. Silahlı qüvvələr yalnız Sahil Təhlükəsizlik qurumundan ibarətdir. İslandiyanın NATO üzvü olmasına baxmayaraq, hərbi gücü yoxdur deyiləcək qədər azdır. Təcili bir vəziyyətdə Milli Komissiyaya tabe olan üzvləri İslandiyanın müdafiəsində iştirak edə bilər.
Kosta Rika
Kosta Rikanın rəsmi olaraq ordusu yoxdur. Lakin sərhəd təhlükəsizliyi və hüquq-mühafizə əməliyyatlarını həyata keçirən kiçik miqyaslı qoşunları var. Kosta Rika Ordusu, hüquq-mühafizə vəzifələri üçün bir jandarma hesab olunur.
Mauritus
Burada 1968-ci ildən etibarən təhlükəsizlik polis qüvvələri tərəfindən təmin edilir. Qeyri-rəsmi olaraq Hindistanın qorunması altındadır.
Monako
17-ci əsrdə silah texnologiyasındakı böyük inkişaflardan sonra Monako öz ordusundan imtina edib. Zəruri hallarda qoruma Fransaya aiddir.
Panama
1994-cü ildə ordu tərxis edilib və eyni il konstitusiyaya dəyişikliklər olunub. Polis və sahil mühafizəsinin səlahiyyətlilərinə məhdudiyyətlər tətbiq edilib.
Andorra
Andorranın daimi ordusu yoxdur, lakin İspaniya və Fransa ilə müdafiə müqavilələri imzalanıb. Ölkənin kiçik könüllü ordusu mərasimlərdə iştirak etmək üçün fəaliyyət göstərir. Hərbiləşdirilmiş Andorra Polis Müdaxilə Qrupu milli polisin bir hissəsidir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Fransa və İspaniya kömək edir.
Dominika
Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
Qrenada
Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsini idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
Kiribati
Kiribati konstitusiyasına əsasən, fəaliyyətinə icazə verilən tək hərbi qüvvə polisdir. Kiribatinin dövlət polis qüvvəsinə təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı bölməsi daxildir. Dəniz Kəşfiyyat bölməsinin işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstraliya və Yeni Zelandiya kömək edir.
Lixtenşteyn
Lixtenşteyn öz ordusunu 1868-ci ildə çox bahalı hesab etdiyindən ləğv edib. Ölkə konstitusiyasına görə, ordu sadəcə müharibə vaxtı təsis edilə bilər, ancaq bu hadisə heç vaxt baş verməyib. Buna baxmayaraq, Lixtenşteyndə polis qüvvəsi və "SWAT" komandası fəaliyyət göstərir. Onlar ölkənin daxili təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirirlər və atıcı silahlar daşıyırlar. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstriya və İsveçrə kömək edir.
Marşall adaları
Marşall adalarında ölkənin əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Marşall adalarının dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı bölməsi daxildir. Dəniz Kəşfiyyatı bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir.
Mikroneziya
Mikroneziyanın əsasının qoyulduğu tarixdən bəri heç bir silahlı qüvvə təsis edilməyib. Fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Mikroneziyanın dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı bölməsi daxildir. Dəniz Kəşfiyyatı bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər. Qurum "Azadlıq" (ing. Independence) adlı kiçik bir "Pasifik" tipli patrul katerinə malikdir. Azad Assosiasiya Sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Amerika Birləşmiş Ştatları təmin edir.
Nauru
Naurunun əsasının qoyulduğu tarixdən bəri rəsmi bir ordu təsis edilməyib, lakin ölkədə daxili təhlükəsizliyin qorunub saxlanılması üçün nisbətən böyük və silahlı bir polis qüvvəsi fəaliyyət göstərir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Avstraliya kömək edir.
Palau
Palaunın əsasının qoyulduğu tarixdən bəri fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Palaunun dövlət polis qüvvəsinə ölkədə daxili təhlükəsizliyin qorunması üçün 30 nəfərlik bir Dəniz Kəşfiyyatı Bölməsi daxildir. Dəniz Kəşfiyyatı Bölməsi işçiləri kiçik atıcı silahlardan istifadə edirlər.
Sent-Lüsiya
Sent-Lüsiyada da fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Sent-Lüsiyanın dövlət polis qüvvəsinə daxili təhlükəsizliyin qorunması üçün 116 nəfərlik bir Xüsusi Xidmət bölməsi və Sahil Mühafizəçi bölməsi daxildir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
Sent-Vinsent və Qrenadin
Sent-Vinsent və Qrenadində də fəaliyyətinə icazə verilən tək qüvvə polisdir. Sent-Vinsent və Qrenadinin dövlət polis qüvvəsi 94 nəfərlik iki kiçik hərbiləşdirilmiş qüvvədən- Xüsusi Xidmət Vahidi və Sahil Mühafizəsindən ibarətdir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
Samoa
Samoanın dövlət polis qüvvəsinə ölkədə daxili təhlükəsizliyin qorunması üçün bir Dəniz Kəşfiyyatı bölməsi daxildir. Dəniz Kəşfiyyatı bölməsi işçiləri kiçik çaplı odlu silahlardan istifadə edirlər. 1962-ci il Dostluq sazişinin qanunlarına əsasən, ölkədə hərbi müdafiəni Yeni Zelandiya təmin edir.
Vatikan
Bu ölkəni qoruyan gözətçi polislər isveçrəlidir.
Solomon Adaları
Bu ölkədə 1998-2006-ci illərdə yaşanan etnik qarşıdurmalar nəticəsində Avstraliya və digər Sakit okean ölkələri bir araya girərək sülhü təmin edib. Bu ölkədə də ordu yoxdur. musavat.com
Oxşar xəbərlər
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
9 dekabr 2025 20:01
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- İsanın doğulduğu şəhərə Milad qayıtdı - Fotolar
7 dekabr 2025 18:44
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- ƏBƏLFƏS Qarayevin BİZNES İMPERİYASI : Hotel, balıq, neft... (SİYAHI)
6 dekabr 2025 14:03
- 1 tondan çox at ətini keyfiyyətli mal əti kimi satışa çıxardılar - Video
5 dekabr 2025 21:07
- Mikayıl İsmayılovun keçmiş gəlini cənab Fuad Ələsgərovdan KÖMƏK İSTƏYİR
4 dekabr 2025 12:56
Xəbər lenti
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 00:36
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
09 dekabr 23:22
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
09 dekabr 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
09 dekabr 21:06
Video & Fotoqalereya
Video
Fotoqalereya
