Şahlar Əsgərov KAMİLLİK əmsalını tapıb = ?
Müsahibə17 yanvar 2021 15:08

“Dövlət kişilərinin” seilməsi kamillikdən keçir.
Son illər çap olumuş kitablarımda (“Kamilləşən Düşüncə” B-2013 və “Путь к совершенству” М-2016) ən çox güvəndiyim elmi yenilik - kamillik meyarı adlı yeni bir anlayışı elmə gətirməyimdir. Pedoqoqikada bu meyarı keyfiyyət fakoru adlandırmışdım və bildiyimizin bilmədiyimizə olan nisbətini göstərir. Sosial sferada kamillik meyar olaraq insanın ictimai mənafesinin şəxsi mənafeyə olan nisbətini göstərir:
Kamillik = İctimai mənafe / Şəxsi mənafe
Bu əmsalın qiyməti sıfır ilə sonsuzluq arasında dəyişir. Bilik kimi ölçülə bilən kəmiyyətdir. Təzə doğulan uşağın kamilliyi sıfır, cənab Haqqın kamilliyi isə sonsuzdur. Orta və ali məktəb məzunlarının öz bilik səviyyələrinə uyğun kamillik əmsalı var. Alimin, peyğəmbərin kamilliyi daha yüksəkdir.
Hər bir yeni anlayışın, o cümlədən də kamillik meyarının doğru olmasını (bu düsturun düzlüynü) subut edən bir neçə tarixi şəsiyyətin həyatına diqqət yetirək. Əvvəlcə Hacı Zeynalabdin Tağıyevi kamilliyinə baxaq. Hacı uğurlu bir iş adamı kimi həyatında pul qazanmaqla bərabər, yüzlərlə gəncə xaricdə təhsil vermək, Bakıda qız məktəbi açmaq kimi şərəfli işləri də olubdur. Şəhərə Şollar suyunu da o, çəkdirib. Bu səbəbdən onun kamilliyi çox böyükdür. O, kəsrin məxrəcinə işləməklə bərabər, həm də kəsrin sürətinə işləyib. Digər neftxudalardan fərqli olaraq, H.Z.Tağıyev ictimai şüurda da hal- hazırda yaşayır. Onu yaddaşlarda yaşadan qazandığı milyonlar yox, payladığı milyonlardır. İctimai şüurda yaşamaq, onun kamilliyinin ilahi mükafatıdır.
İkinci misal olaraq, İosif Stalini yada salaq. O, bir siyasətçi kimi təpədən dırnağa qədər ictimai mənafe daşıyıcısı olub, sosialist dünyagörüşünü praktiki həyata tətbiq edib. O, kəsrin məxrəcinə yox, həmişə sürətinə işləyib. İ.Stalinin də kamillik əmsalı, ondan sonra gələnlərlə müqayisədə çox böyük olmuşdur. Qazandığı mükafatı isə ictimai şüurda yaşamasıdır. Onun əhalinin varlı təbəqəsini məhv etmək istəyi, kəsrin məxrəcini zəiflətmək, sürətini isə böyütmək istəyindən gəlirmiş. “Kadrlar hər şeyi həll edir” ifadəsi də İ.Stalinə məxsusdur.
İndi ABŞ-ın 45 –ci prezidenti Donald Trampdan söhbət edək.
Donald Tramp ABŞ prezidentliyə başlayandan düz 10 gün sonra, yuxarıdakı düstürun işığında onun necə prezident olacağı ilə bağlı fikirlər söyləmişdim. Onun iş adamı olduğunu, gözəllik yarışmalarında təşkilatçılığını, kef əhli olduğunu nəzərə alaraq "Donald Trampın düşüncəsində pul, gözəl xanımlar əsas yer tutur" adlı yazıda onun gözlənilən fəaliyyətini belə təsvir etmişdim:
“Kamillik meyarının işığında Donald Trampın həyatına baxsaq, sevindirici heç nə görünmür. ABŞ-da əhalinin kortəbii narahatçılığının səbəbi də burdadır. Bu insan ömrü boyu şəxsi mənafenin daşıyıcısı olub. Onun tərcümeyi-halında ictimai mənafe ilə bağlı nümünələr tapmaq çətindir. Xeyriyyə işləri və ya fondu məncə, yoxdur. Düşüncəsində pul, gözəl xanımlarla əylənmək əsas yer tutur. Amma uğurlu biznesmen kimi qeyri-standart düşüncəli insandır. Gələcəkdə qeyri-standart qərarlar çox ola bilər.”
Donald Tramp üçün kəsrin sürəti (ictimai mənafe) çox kiçik, məxrəci isə (şəxsi mənafe) çox boyükdür, yəni insanın kamillik əmsalı çox kiçikdir.
Donald Tramp barədə növbəti məqaləni onun prezidentliyinin bir ilində yazmağ planlaşdırmışdım. Ancaq onun Qüdslə bağlı 06.12.17 tarixli acıqlaması: “Mən qərar vermişəm ki, Yerusəlimi rəsmən İsrailin paytaxtı olaraq tanımağın vaxtı gəlib çatıb…” sözləri məni fikrimdən çəkindirdi və növbəti yazını vaxtından qabaq yazmalı oldum. Məqalə "Köhnə qapı, həmən daban, mən deyən oldu, olmadı?" adlanırdı. Məqalədə deyilirdi: “D.Trampın ömrü boyi kəsrin məxrəcinə işləyib. Onun ictimai fəaliyyəti prezidentliyi ilə başlayır. Prezidentliyə qədər o, şəxsi mənafe daşıyıcısi olub. O biznes sahəsində çox uğurlu insandır. Böyük təcrübəsi var, bu sahədə formalaşmış düşüncə tərzi var. Super varlı olub, kef içində yaşayıb. Biznesmen Tramp bir ildir ki, ABŞ kimi nəhəng dövlətin siyasi lideridir.Yəni qlobal ictimai fiqurdur. Düstura görə belə insanların qəbul etdikləri siyasi qərarların xətalı olması gözləniləndir. Biznesmenin siyasi qərarı ilə siyasətçinin siyasi qərarı arasıda fərq düşüncələr arasında fərqi qədərdir”.
D.Trampın prezidentliyinin bir ili tamam olanda, həm Moderator.az (21.01.18), http://www.moderator.az/news/209228.html , həm də Manevr az.-da (21.01.18) (http://manevr.az/karusel/25856-donald-tramp-qeyri-standart-duuncli-insandr) ahlar-sgrov.html
"Donald Tramp qeyri-standart düşüncəli insandır” məqalələri çap olundu. Məqalələrdə yazmışdım:
“Qeyd edim ki, biznes sahəsində D.Trampın kamillik əmsalı çox böyük qiymətə malikdir. Çünki onun bu sahədə bildikləri bilmədiklərindən qat-qat çoxdur. O, bu səbəbdən milyarderdi. Amma siyasət sahəsində onun kamillik əmsalının qiyməti arzu olunandan çox azdır. Ona görə ki, onun şəxsi mənafei ictimai mənafeindən qat-qat çox olub. Dövlət bir qurum olaraq ictimai mənafenin qoruyucusudur. Siyasətlə məşğul olan insanların fəaliyyətinin ana xətti ictimai (dövlət, partiya, cəmiyyət) mənafeni qorumaqdır. Məlumdur ki, D.Trampın iş adamı olub və onun arzu olunan ictimai və dövləti fəaliyyəti olmayıb. Onun kamilliyini ölçən kəsirin sürəti çox kiçik, məxrəci isə çox böyükdür. Aydındır ki, bu deyilənlər münəciblik yolu ilə deyil, elmi yolla əldə edilmişdir.
D.Trampın tərcümeyi halını dərindən bilmədən, araşdırma aparmadan onun haqqında bir sıra ciddi fikirləri (“sevindirici heç nə görünmür “ və ya “qeyri-standart düşüncəli insan”) kamillik əmsalından istifadə edərək söyləmişdim. Burada açar ifadə kamillik əmsalıdır”.
Göründyü kimi D.Tramp haqda deyilən fikirlərin nəzəri əsası var. Buradan dübara çıxaracağımız nəticə bundan ibarətdir ki, o öz dogma sahəsində çox ağıllı insandır. Milyarderdi. Ancaq onun yaşam tərzi elə olub ki, o, ictimai mənafe daşıyıcısı yox, şəxsi mənafe daşıyıcısı olyb. Onun siyasi faliyyəti haqqında müsbət fikirlər söyləmək çətindir. Biznesmen düşüncəsi ilə siyasi problemləri həll etmək çətin məsələdir. Siyasətçi gələcəyə baxar, biznesmen isə gündəlik həyatın yaşayar. Bu düşüncələr arasında fərq böyükdür. Siyasətçi başını yox, sifətini qoruyur, çünki dövlət başçılarının davranışlarını tarix diqqətlə izləyir. Biznesmenin belə qorxusu olmadığından, o, sifətini yox, başını qoruyar.
D.Trampın həm prezident fəaliyyəti, həm də davranışı zaman qəbul etdiyi çox saylı səhv qərarlar onun biznesmen keçmişi ilə bağlıdır. Çünki biznesmenlər şəxsi mənafe daşıyıcılarıdı. O, «Известия» qəzetinə verdiyi müsahibədə (5.04.05) demişdi: “Biznesmenin prezident olmasında isə pis heç nə yoxdur”. Bu fikir ABŞ –ın 32-ci prezidenti demokrat Franklin Ruzveltin məşhur kəlamı ilə: “Uğurlu biznesmen heç zaman yaxşı dövlət xadimi ola bilməz. Onun yeganə marağı- cibidir, xalq deyil” daban-dabana ziddir.
Onun şəxsi marağı çox, ictimai mənafesi isə az olduğundan gözlənilməz, narahatlıq döğuran, vaxtı çatmayan qərarlar qəbul edir. Hiss olunur ki, D.Trampın siyasi qərarları biznes mahiyyətlidir. Bu səbəbdən də o, çox vaxt problemləri həll etmir, əksinə, problemlər yaradır.
D.Trampın biznes sahəsində kamilliyi çox böyük, siyasət sahəsində isə az olduğundan birinci məqalədə belə bir fikirlər söyləmişdim ki, onun qəbul edəcəyi qərarların çox qeyri standat olacaqdır. Biznesdə uğurlu hesab edilən qərar, siyasətdə qeyri standart kimi qəbul ola bilər.
Əvvəlcə, onu qeyd edim ki, heç zaman dövlət işində işləməyən birisinin dövlət başçısı postuna iddealı olmasının özü qeyri standat düşüncənin məhsuludur.
Cənab Donald Trampın ikinci qeyri standart qərarı, öz mobil nömrəsini beynəlxalq siyasəti müəyyənləşdirən şəxslərə verməsi oldu. Bu addım sadə biznesmen vərdişinin nəticəsi idi. O, öz mobil nömrəsini bir neçə prezidentə (Kanada, Meksika və Fransa) verdi. Bu addımı atan ilk prezident kimi tarixə düşdü.
D.Trampın üçüncü qeyri standart qərarı Qüdslə bağlı acıqlaması oldu. Onun Qüdslə bağlı verdiyi qərar qeyri- standart düşüncənin məhsuludur, siyasi səriştəsizlikdən və biznesmen düşüncəsindən qidalanır.
Onun prezidentliyi dövründə qəbul etdiyi səriştəsiz və qeyri standart qərarların saymaqla qutarmaz. Ancaq bizim məqsədimiz onun səhvərini saymaq yox, səhvərin yaranma səbəblərini araşırmaqdır.
Qərb mətbuatı da ABŞ-ın 45-ci prezidentini sərt tənqid edib. Britaniyanın məşhur nəşri "The Guardian" (14.02.18) redaksiya məqaləsidə: “Donald Tramp Amerikanın üzqarası” və ya ABŞ-ın – antiamerika prezidenti adlandırıb.
Bu sərt ifadələrin arxasında nə qədər qüsurlu qərarlar olduğunu təsəvvür etmək çətin deyil.
Sonda qeyd edim ki, kamillik meyarında siyasətçinin arzuları kəsrin sürərətində, biznesmenin arzuları isə kəsrin məxrəcində yer alır. Burada harmoniyaya ehtiyac zəruridir və ziddiyyət təşkil etməməlidir. Sovetlərin ilk dövrlərində (V.Lenin və İ.Stalin) kəsrin məxrəci yox, sürəti diqqət mərkəzində idi. Ortada harmoniya yox idi. Çox şəxsi maraq daşıyıcıları (varlı insanlar) ortadan götrüldü. Nəticədə də dövlət dağıldı. Bugünkü Cində idarəetmədə kamillik var və kəsrin sürət və məxrəci arasında harmoniya hökm sürür. Bu səbəbdən dövlət sürətlə inkişaf edir.
Kamillik düsturunun işığında ABŞ dövlət quruluşu çox maraqlı görünür. ABŞ-da seçkidən seçkiyə gah kəsrin sürəti, gah məxrəci diqqət mərkəzinə çəkilir. Demokratlar hakimiyyətə olanda sosial sfera, mədəniyyət inkişaf edir. Respublikaçılar hakimiyyətə gələndə iqtisadiyyat, xüsusi kapital, sənaye dirçəlir. Başqa sözlə, birinci halda sosial sfera, ikinci halda fərdlər daha çox bəhrələnirlər. Beə bir mexanizmin zaman zaman təkrarlanması səbəbindən ABŞ lider dövlətə şevrilib.
Hesab edirəm ki, şəxsi marağı, ictimai marağından qat-qa çox olan birisinin ABŞ preziden seçilməsi böyük dövət üçün bağışlanmaz səhvdir. Kadr təyinatı və seçkilər zamanı seçilən fərdin hansı düşüncə sahibi olduğu diqqət mərkəzinə çəklməlidir. Şəxsi marağı ictimi mənafedən qat-qat çox olan insanları idarəetməyə buraxmaq olmaz. Hansı ölkədə buna fikir verilməzsə, orada dövlət inkişaf edə bilməz. “Dövlət kişilərinin” seilməsi kamillikdən keçir. Dövlətin sevən adam şəxsi mənafe güdməz.
Prof. Şahlar Əsgərov
əməkdar elm xadimi,
TN yanında İctimai Şuranın sədri
Oxşar xəbərlər
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 2025 02:00
- Fərid Əsgərov generalı işdən çıxardı
28 sentyabr 2025 10:43
- Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür
27 sentyabr 2025 02:32
- Teyyub Hüseynovun adını tez-tez hallandırdığı məşhur şirkətin hüquqşünası NUH.az-a zəng edərək nələr dedi ? VIDEO
21 sentyabr 2025 10:53
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 2025 22:34
- Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi
13 sentyabr 2025 10:01
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- 8 aydır boksçuların MAAŞI VERİLMİR - Məşqçi şikayət etdi
26 avqust 2025 20:37
- Şanslı kazak – 7 qat olimpiya çempionu müharibə zamanı 17 həbs düşərgəsindən sağ çıxıb
21 avqust 2025 13:56
Xəbər lenti
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
Video & Fotoqalereya
Video
Fotoqalereya