20 Yanvarın sirləri açılır: Dubinyak və "Qardaşlıq" cəmiyyəti
Dünya20 yanvar 2021 13:20

"20 Yanvar faciəsi həm də Azərbaycan xalqının birliyinə təkan verən hadisə olmuşdu”.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib. O bildirib ki, yanvarın 20-dən sonra xalq faciəsinin ağrı-acısını yaşayarkən faciənin arxasında klanların hakimiyyət davası gedirdi:

"Əsas mübarizə aparanlar da Həsən Həsənovla Ayaz Mütəllibov idi. İkinci qalib gəldi və bu, xalqın məğlubiyyəti oldu. Əsla demək istəmirəm ki, Həsən Həsənov qalib gəlsə, başqa cür olacaqdı. Xeyr, olmayacaqdı. Çünki 1990-cı ilin yanvarında qalib gəlməli olan bir tərəf vardı - Moskva. Beləliklə, Bakıda fövqəladə vəziyyət tətbiq ediləndən sonra şəhərə hərbi komendant təyin olunmuş general Dubinyak ilk baxışdan çox qəribə bir əmr imzalayır. Yalnız ilk baxışdan... Həmin əmrdə göstərilirdi ki, Bakı rayonlarının hərbi komendatları "Qardaşlıq" cəmiyyətinin rəhbərlərilə sıx əlaqədə işləməli, onların tövsiyyələrinə əməl etməlidilər. Əminəm ki, həmin əmrlərin ələ keçmiş nüsxələri dövlət arxivlərində bu gün də saxlanılmaqdadır. "Qardaşlıq" cəmiyyəti və onun pozucu, bölücü fəaliyyəti haqqında yaşlı nəslin nümayəndələri yaxşı məlumatlıdılar. Amma indi yazacaqlarım məsələnin çoxlarına bəlli olmayan tərəfləridir. Beləliklə, ilk olaraq cəmiyyətin sədri olmuş Ağa Axundov (sonralar Ayaz Mütəllibov onu deputat da edəcəkdi) haqqında. Axundov hələ gənc yaşlarında Sovet Hərbi-Dəniz Qüvvələrində xidmət edərkən SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (ГРУ) tərəfindən əməkdaşlığa cəlb olunmuşdu. "Qardaşlıq" cəmiyyətinin rayon şöbələri sədrlərinin bir çoxları da oxşar keçmişə malik idilər. Qalanları isə kriminal keçmişə. Cəmiyyətin başlıca vəzifəsi Ayaz Mütəllibovun hakimiyyətini qorumaq idi, amma bu, Mütəllibovun və onun ətrafındakı Əfrand Daşdəmirov, Telman Orucov, Məmməd Quliyev və digərlərinin düşündüyü idi.
Onları kukla kimi oynadan Rusiya isə öz işini görürdü. O cümlədən də "Tövbə", "Qardaşlıq" və s. bu kimi təxribatçı qurumların əlilə regionçuluq amilini ortaya atmaqla. Bəli, Rusiyanın sınanmış bölücülük kartı olan regionçuluğu.
Məqsəd azərbaycanlıların birliyini sarsıtmaq, xalqı parçalamaq idi və bu işə təkcə QRU deyil, çoxsaylı DTK agentura şəbəkəsi də cəlb olunmuşdu. Digər bir agentura şəbəkəsi isə (şərti olaraq, intellektuallar) xalq hərəkatını qaralamağa, 20 Yanvarın mahiyyətini saxtalaşdırmağa, ölkəni siyasi qütblərə bölməyə xidmət edirdi”.

Ərəstun Oruclu qeyd edib ki, bütün bu fəaliyyət də xalq olaraq bizi gələcək müstəqil dövlətimizin quruculuğunda uğursuzluğa və ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə ağır məğlubiyyətə aparırdı:
"Amma Rusiya nədən bunu edirdi? Doğrudanmı kiçik Azərbaycan o boyda imperiya üçün ciddi təhlükə yarada bilərdi? Bəli, özü də bizim bilmədiyimiz, amma rusların çox yaxşı bildikləri və elə buna görə də amansızcasına saxtalaşdırdıqları tariximizə görə. Bu gün də bəzi başabəla "tarixçilərimizin" saxtalaşdırmaqda davam etdikləri tariximizə görə. Düzdür, indi həmin saxtalaşdırmaq təşəbbüsləri əvəlkindən fərqli olaraq təkcə Rusiyadan gəlmir. 20 Yanvarda baş verənlər də elə həmin qürur duya biləcəyimiz tarixin önəmli bir səhifəsi idi. Qorxu yaradan da məhz bu idi. Öncə 100 il Rusiya İmperiyası, ardınca da 70 il bolşevik-kommunist rejimi tərəfindən hərtərəfli əzilən bir xalq imperiyanın dişinədək silahlanmış ordusunun qarşısına əliyalın çıxmışdı.
Bundan qorxulu heç nə ola bilməzdi. Tək 20 Yanvar gecəsi deyil, üstəlik həmin ərəfədə və ondan sonra baş verən 2 hadisə də SSRİ-nin altına yerləşdirilmiş saat mexanizmli dinamit rolunu oynadı. Müqəddəs sayılan SSRİ sərhədlərinin dağıdılması və Kommunist Partiyası üzvlük biletlərinin nümayişkaranə yandırılması.
Həmin dinamitlər isə üstündən heç iki il də keçməmiş partladı və SSRİ-ni dağıtdı. Bu bizim şanlı tariximizdir, həmin tarixi öz qanı ilə yazmış bütün şəhidlərimiz də bizim üçün sözün həqiqi mənasında müqəddəsdirlər.
Qəhrəman, qorxmaz həmvətənlərimizin şəhid olduğu 20 Yanvar xalq olaraq bizim diriliş günümüzdür.
Dirilişimiz uğurlu olsun”.
Oxşar xəbərlər
- Qulu Məhərrəmli Xocalıdan danışdı: “Vertolyota minəndə ...
26 fevral 2021 23:07
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 2021 20:00
- İlham Əliyev Ərdoğanı təbrik etdi
25 fevral 2021 10:09
- Daşkəsəndə qazi intihar etdi
23 fevral 2021 10:47
- Mehriban Əliyeva milli-siyasi elitamızın qadın obrazıdır
22 fevral 2021 18:35
- Heydərovun xas adamı Cəbrayıl Xanlarov
21 fevral 2021 12:19
- Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı - İstintaqda
20 fevral 2021 13:28
- “Dostluq” yatağı : Niyə Azərbaycana 30 %, Türkmənistana 70 %..?
19 fevral 2021 13:41
- Zakir Qaralov həbs olunur ....
18 fevral 2021 11:04
- Bakıda 500 min sənədsiz ev - 2 milyon insan
15 fevral 2021 22:02
Xəbər lenti
- Qulu Məhərrəmli Xocalıdan danışdı: “Vertolyota minəndə ...
26 fevral 23:07
- Qaz ver, Ruslan Əliyev, qaz ver… Azəriqaz
26 fevral 20:46
- Rübabə Muradovanın qızı
26 fevral 19:35
- Polkovnik Elxan İbrahimov vəzifəsindən AZAD EDİLDİ
26 fevral 18:16
- AZTV “Diriliş Ərtoğrul“u neçə manata tərcümə etdirir?
26 fevral 13:28
- İlk ağıllı kəndlərimiz: Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri
26 fevral 13:07
- Prezident xanımı ilə “Ana harayı” abidəsini ziyarət etdi - Video
26 fevral 10:55
- “Ruhlar ölməz, ədalət itməz”
26 fevral 10:39
- Xocalı soyqırımından 29 il ötür
26 fevral 10:34
- Bir Qacar ailəsinin Şuşa hekayəsi (FOTOLAR)
25 fevral 20:49
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 20:39
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 20:00
- Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - Video
25 fevral 19:51
- Prezident Şağanda Reabilitasiya Pansionatının açılışında
25 fevral 14:13
- “Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
25 fevral 13:43
- Liseyinin direktoru həbs edildi
25 fevral 13:07
- Sumqayıt Kommunal Təsərrüfat Birliyi yolları təmizləyir
25 fevral 10:30
- İlham Əliyev Ərdoğanı təbrik etdi
25 fevral 10:09
- “Ziya Kazımovun ilk sualı bu oldu”
25 fevral 10:03
- Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA0
24 fevral 21:57
- Frankonun son heykəli də götürüldü - Foto
24 fevral 21:42
- Əməkdar artist: "Ərim pul üstündə məni HEYVAN kimi döyürdü ki..."
24 fevral 20:17
- Hadruta ilk daxil olan mayor Kazımov EV DUSTAQlığna buraxıldı
24 fevral 14:07
- Yutubda təhqiramiz video yayanları kim maliyyələşdirib? - Zülfüqarov
24 fevral 13:28
- İranda xalq yoxsulluğa görə üsyana başladı-atışma VİDEO
24 fevral 13:09
- Qırğızıstanın narkobaron qrupu haqda məlumat ver, ABŞ-dan 1 milyon al
24 fevral 12:59
- Bakıda qarlı yollarda vəziyyət belədir - Fotolar
24 fevral 12:36
- Ukrayna MDB-dən çəkildi
24 fevral 11:39
- Yardımlıda qazi intihar etdi
24 fevral 11:30
- ABŞ Ərdoğanı devirib “Dişi qurd”u gətirmək istəyir
24 fevral 00:09
Video & Fotoqalereya
Video
Fotoqalereya