Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Aksiya
Bir neçə gün əvvəl keçmış Ağdərə rayonun Heyvalı (Drambon) kəndi ərazisində Rusiya sülhməramlılarının müşayəti ilə Kəlbəcərə inşaat materialları aparan Azərbaycana məxsus avtomobil karvanının qarşısı ermənilər tərəfindən kəsilib. Məsələyə müdaxilə edən Rusiya hərbçiləri ilə söhbətdə ermənilər yolu bir şərtlə "Kəlbəcər rayonu ərazisindən daha qısa yolla Ermənistana getmələrinə imkan yaradıldıqdan sonra” açacaqlarını bildiriblər.
Yayılan videodan görünür ki, aksiya sülhməramlıların bilgisi daxilində əvvəlcədən planlaşdırılıb. Belə ki, ərazidə bir neçə televiziyanın çəkiliş aparması və rus sülhməramlılarının operativ şəkildə əraziyə gəlib, aksiya iştirakçıları ilə söhbətdə "arsax” ifadəsini özəlliklə işlətmələri bu ehtimalı artırır.
Digər tərəfdən videolardan aydın görünür ki, aksiya iştirakçıları arasında kənardan gələn şəhər tipli şəxslər kənd əhalisindən daha çoxdur. "Yol kəsmə” aksiyasının Rusiya XİN Lavrovun mətbuat konfransından dərhal sonra keçirilməsi təsadüfü sayılmamalıdır. Mətbuat konfransındakı çıxışında "Laçın dəhlizində” Azərbaycanın suverenliyini heçə sayan Lavrov həmin əraziləri Rusiyanın "məsuliyyət zonası” olaraq təqdim edib.
Nəzərə alınmalıdır ki, 10 noyabr anlaşmasında suverenliyimizi şübhə altına salan "məsuliyyət zonası” termini mövcud deyil. Hiyləgər Lavrov 2010-cu ildə olduğu kimi qəsdən prosesə yeni siyasi terminlər əlavə etməklə mahiyyəti dəyişməyə və münaqişə zonasında Rusiyanın nəzarətindəki əraziləri genişləndirməyə çalışır. Onun bu özfəaliyyətinə sərt münasibət bildirilməlidir.
Rusiya Sülhməramlıları noyabrın 10-dan sonra yerləşdikləri ərazilərlə bağlı yayımladığı xəritəni vaxtaşırı güncəlləyərək daha çox ərazini öz nəzarətlərindəki ərazilər kimi təqdim etməyə çalışırlar. Bu tipli xəritə oyunu bir neçə dəfə təkrarlanıb. 10 noyabr anlaşmasının birinci maddəsinə görə hərbi əməliyyatlar dayandığı anda ”tərəflər olduqları yerdə dayanırlar”. O zaman sual olunur: hərbi əməliyyatlar getmədiyi və mövqe dəyişikliyi baş vermədiyi halda xəritədə necə dəyişiklik aparıla bilər?
Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra Qarabağa gətirilmiş təxribatçılara qarşı dekabrın 11-də Böyük Tağlar və Çaylaqqala kəndlərində DTX-nın keçirdiyi antiterror əməliyyatından sonra oraya gələn "sülhməramlılar” həmin əraziləri öz "məsuliyyət zonalarına” daxil edərək xəritə dəyişikliyi etmişdi. Azərbaycanın sərt etirazından sonra Rusiya MN xəritəni əvvəlki vəziyyətə qaytardı. Amma vərdişkar olan Rusiya MN-liyi ölkə başçısının Şuşaya səfərindən sonra xəritəyə növbəti dəfə "əl gəzdirib” Şuşanı "oval vəziyyətdən çıxarıb mühasirəyə salıb”.
10 noyabrdan indiyə qədər yalnız Qarabağdakı erməni əhalinin himayədarı qismində çıxış edən Rusiya bölgədəki "fəaliyyət dairəsini və məsuliyyət zonasını” genişləndirmək üçün bu prosesdə yenə onlardan istifadə edir. Bölgədəki bütün strateji məntəqələrdə nəzarəti ələ keçirməyə çalışan Rusiyanın planlarını görmək çətin deyil. Belə ki, ehtiyac olmadığı halda terrorçu bir keşişin "xahişi” ilə Kəlbəcərdəki Xudavəng məbədində post quran Rusiyanın niyyəti indi Ermənistanla Qarabağı birləşdirən strateji Kəlbəcər yoluna nəzarəti ələ almaqdır. Bu məqsədinə nail olacağı halda Kəlbəcər də Laçının taleyi ilə üzləşə bilər. Bu isə 44 günlük savaşda qazanılanların masada itirilməsi anlamına gəlir.
Məsələnin mahiyyətinə dərindən varmayan bəzi xoşməramlı soydaşlarımız "gələcəkdəki birgəyaşayış naminə” " Qarabağdakı ermənilərin Kəlbəcər ərazisindən Ermənistana getməsinə icazə verilməsini mümkün” hesab edirlər. Amma nəzərə almadıqları məqamlar var. Əvvəla Ermənistanla sərhədlərimiz tam olaraq nəzarət alınmayıb. Laçın Gorus arasında dövlət sərhəddində keçid məntəqəsi yaradılıb, sərhədçilərimiz öz xidməti vəzifələrini həyata keçirə bilmədiyindən, Ermənistandan Qarabağa gələn yola nəzarət olunmur. Bu ərazi və 5 km enindəki "Laçın dəhlizi” Rusiya hərbçilərinin nəzarətində olduğundan Azərbaycana düşmən mövqedə olan şəxslər və terrorçular rahat şəkildə ərazilərimizə daxil olub təhlükəsizliyimizi təhdid edirlər.
Digər tərəfdən Rusiya sülhməramlı missiyasının fəaliyyəti cəmiyyətdə kifayət qədər narahatlıq yaratdığından ikinci bir yolun açılıb, onların nəzarətinə verilməsi baltanı ayağımıza vurmaq anlamına gəlir. Bu baxımdan hazırkı vəziyyətdə Kəlbəcərdən keçən yolun açılmasına qəti şəkildə yol vermək olmaz. Qeyd edilməlidir ki, Rusiya tərəfindən yönləndirilən ermənilərin 10 noyabr anlaşmasına istinad edən bu iddiaları tamailə əsassızdır. Çünki, 10 noyabr anlaşmasına görə Ağdərədən keçən Tərtər-Kəlbəcər yolu ölkə daxili, Ağdərə-Basarkeçər yolu isə beynəlxalq yoldur.
Bu yoldan ermənilərin istifadəsinin yolu ancaq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, ona qarşı ərazi iddialarından əl çəkməsindən keçir. Bundan sonra iki ölkə arasında sülh müqaviləsi bağlanıb, diplomatik münasibətlər münasibətlər qurulmalıdır. Bütün bunlar baş verdikdən sonra bölgədə barış və əmin amanlıq bərqərar olacaq ki, o zaman Ermənistanla uyğun yerlərdə sərhəd sərhəd keçid məntəqələri qurula və ermənilər Laçın yolu ilə bərabər Kəlbəcər yolundan istifadə edərək Ermənistana gedib gələ bilərlər.
Oqtay Qasımov, eks-prezident Əbülfəz Elçibəyin köməkçisi
Mənbə: Turan Agentliyi
Oxşar xəbərlər
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
Xəbər lenti
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
Video & Fotoqalereya
Video
Fotoqalereya
