Prezidentimiz, Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə...
İqtisadiyyat23 yanvar 2021 20:58

Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Şuşa şəhərinə birgə səfər ediblər.
Hər iki xadim səfər təəssüratlarını Trend-lə bölüşüb.
Fərhad Bədəlbəyli bütün Şuşanı gəzdiklərini bildirdi: "Birinci növbədə Polad Bülbüloğlunun evinə getdik. Təbii ki, çox kədərli hislər yaşadıq. Gördüklərimiz bizim üçün xoşagəlməz mənzərə idi. Çünki Şuşa düşmən tapdağı altında idi. Amma bu dəfə azad Şuşaya qalib kimi gəlmişik. Sağ olsun Cənab Prezidentimiz, şəxsən Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə! Mən, Polad müəllim və memar Rizvan Zeynalov bir yerdə gəlib evə baxdıq. Bülbülün Ev muzeyi necə olmalıdır, necə təmir edilməlidir, orada hansı işləri görmək lazımdır kimi planlar quruldu. Bu, çox vacib idi.
Sonra Şuşada yerləşdirilən güllələnmiş büstlərə baş çəkdik, Üzeyir Hacıbəyov, Xan qızı Natəvan və Bülbülün büstlərini ziyarət etdik. Ondan sonra əlbəttə ki, Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq".
Polad Bülbüloğlu da hədsiz duyğulu olduğundan söz tapıb danışmaqda çətinlik çəkdiyini dedi: "Mənim üçün çox xoşbəxt bir gündür. 30 ildir gözlədiyimiz an gəlib çatdı. O qədər duyğuluyam ki, heç söz də tapa bilmirəm deməyə, ona görə ki, atamızın yurduna gəlmişik, onun evinə girmişik... Düzdür, ev pis vəziyyətdədir, divarlar dağılıb, tavan düşmək üzrədir. Bir tərəfdən, evi belə görmək çox ağırdır, o biri tərəfdən də çox böyük qürurdur. Çünki qələbə qazanan bir xalqın nümayəndəsi kimi bu gün öz torpağıma, öz evimə gəlmişəm. Çox şadam ki, hörmətli Prezidentimiz bu anı bizə bəxş edib. Cənab Prezident Şuşaya səfəri zamanı bu evi məhz mənim təmir edəcəyimi söyləmişdi. Və Bu gün mən gəlmişəm. Öncə görüləcək işlərin layihəsi hazırlanacaq və sonra işə başlayacağıq".
P.Bülbüloğlu əlavə etdi ki, bu gün Şuşanın çox gözəl havası vardı. Bir tərəfdə ağappaq qar, bir tərəfdə də gözəl Günəş, açıq səma: "Cıdır düzündən ətrafı seyr edəndə hər şey bizə yuxu kimi gəlirdi. Sanki bir film izləyirdik. Şükürlər olsun ki, artıq bu günü gördük. Ona görə də bu gün son 30 ildə mənim ömrümdə ən əziz, ən xoşbəxt bir gündür. Fürstdən istifadə edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, müharibədə iştirak etmiş bütün hərbçilərimizə minnətdaram. Biz həmişə onlara borclu olacağıq. Azərbaycan xalqı heç vaxt bu qəhrəmanlığı yaddan çıxarmayacaq. Eşq olsun bizim ordumuza, eşq olsun bizim hörmətli Prezidentimizə, Ali Baş Komandanımıza!".
Oxşar xəbərlər
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 2025 10:58
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 2025 10:17
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 2025 01:53
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
9 oktyabr 2025 15:59
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
6 oktyabr 2025 09:56
- Noutbukunuz PARTLAYA bilər: 90 faiz bu səhvi edir
5 oktyabr 2025 16:02
- Prezident həmkarlarını təbrik etdi
3 oktyabr 2025 11:35
- NAR regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda!
3 oktyabr 2025 11:13
Xəbər lenti
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
Video & Fotoqalereya
Video
Fotoqalereya