Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi
Siyasət26 yanvar 2021 10:02
Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.
Virtualaz.org bildirir ki, müraciət hüquq müdafiəçisinin Facebook səhifəsində dərc edilib. G.Vanyan öz müraciətində "qısa müddət ərzində Bakı və Yerevanda müvafiq konsulluq xidmətlərinin açılışı ilə Ermənistan və Azərbaycan vətəndaşlarının hərəkət azadlığını təmin etməyi" xahiş edir.
Hüquq müdafiəçisi onun müraciətinə qoşulmağa hazır olan Azərbaycan və Ermənistan vətəndaşlarına münasibətdə, bütün dünyada xoşməramlı insanlar üçün "təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqların aradan qaldırılmasını" vacib sayır.
Birincisi, Vanyan yazır ki, "uzun illərin irqçilik elementləri olan informasiya müharibəsinə baxmayaraq, Azərbaycanda yaşayan ermənilərə və Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik nifrət zəminində məişət cinayətləri olmayıb".
İkincisi,"müharibənin nəticələri güman etməyə imkan verir ki, bu yaxınlarda hərbi rəqib olmuş bir ölkəyə səfər etmək istəyənlərin böyük axını olmayacaq, təhlükəsizlik qüvvələri bunu əsas tutaraq yarana biləcək arzuolunmaz insidentlərin qarşısını asanlıqla ala bilərlər", - deyə erməni hüquq müdafiəçisi qeyd edir.
Üçüncüsü, o, davam edərək bildirir ki,"ikitərəfli və çoxtərəfli görüşlərin ölkələrimizin ərazisinə köçürülməsi Ermənistan-Azərbaycan münaqişəsinin qəti həlli prosesində etimad mühitinin yaradılması üçün zəruri zəmin yaradacaq".
Georgi Vanyan, iki ölkənin liderlərinə müraciətində qeyd edir ki, "bütün regional kommunikasiyaların blokdan çıxarılması prinsipi Qazax və Tavuş arasında rabitənin açılmasını da nəzərdə tutur. Sərhəd-keçid məntəqəsi SSRİ dövründə işlək magistral yolu birləşdirən keçmiş yol polisi postunun yerində quraşdırıla bilər. Cəmi 30-50 metrə yaxın asfaltı təmir etmək lazımdır. Viza rejiminin yaradılması sərhədboyu zonada yaşayan vətəndaşların qarşılıqlı səfərlərinə imkan yaradacaq (onlar uzunmüddətli viza ala, sənədlərin verilməsi prosedurundan onlayn istifadə edə bilərlər). Tavuş və Qazaxın özünüidarəetmə orqanları arasında, beynəlxalq təşkilatların iştirakı ilə, birbaşa təmaslar həm dövlət sərhədinin demarkasiyası prosesində, həm də minaların təmizlənməsi və infrastrukturun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsində konstruktiv əməkdaşlıq üçün bir fürsət yaradacaq”.
Hüquq müdafiəçisi həm də "bütün maraqlı şəxslərə və təşkilatlara Ermənistan və Azərbaycan rəhbərliyinin müsbət reaksiyasına səbəb olacaq informasiya kampaniyasına başlamaq" təklifi ilə çıxış edib.
Vanyan postskriptumunda yazıb: "Mənim erməni pasportumun Azərbaycan ştampı ilə olan səhifəsi var. Mən iki ölkə arasında "vizasız" rejimin qeyri-rəsmi proseduruna əməl edərək, 2018-ci ildə Azərbaycanda olmuşam. İkitərəfli müqavilə ilə təsbit edilmiş qarşılıqlı səfərlərin hər kəsə hüquqi və əlçatan mexanizmini yaratmağın vaxtıdır".
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
