Türk şirkətləri Qarabağda TEKSTİL fabrikləri açacaq
Müsahibə26 yanvar 2021 13:14
Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoyması bu bölgədə yeni iş imkanlarının yaranmasına şərait yaradacaq.
Bunu Trend-ə açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, orada qurulacaq fabriklərdə Türkiyənin təcrübəsindən istifadə olunacaq ki, bu da öz növbəsində yerli bazarımızın inkişafına gətirib çıxaracaq:
"Dünya beynəlxalq bazarında Türkiyə tekstil sənayəsinə görə özünəməxsus yer tutur. Xüsusən də Türkiyənin ümumilikdə iqtisadiyyatını biz götürsək, tekstil sənayəsi, istehsal sahəsinin əsas hissəsini daşıyır və qardaş ölkənin bu sahədə təcrübəsi çox böyükdür.
Bu sahənin tətbiq olunması tekstil inkişafı ilə yanaşı olaraq ona yaxın olan sahələrin inkişafına da gətirib çıxaracaq. Bundan əlavə, yerli brendlərimizi də formalaşdıra bilər, çünki orada olan məhsullar Azərbaycan brendi kimi satışa çıxarılacaq. Əlavə olaraq bizim tekstil sənayəsi var ki, hal-hazırda olan müəssisələr onların da inkişafına təkan verəcək. Belə ki, orada təcrübə formalaşdıqca digər firmalar da onlara baxıb öyrənəcəklər.
Bununla yanaşı, digər müsbət tərəf ondan ibarətdir ki, oraya qayıdacaq insanlara əlavə iş yerləri yaranmış olacaq. Həmin şəxslər orada işlə təmin olunub, qazanc əldə edəcəklər. Bu da orada yaşayan insanların qaçqınlıq statusu ləğv olunandan sonra dövlətdən yardımı ilə yox, öz əməkləri ilə işləyib ailələrini dolandırmaq imkanı yaranacaq”.
R.Atakişiyev əlavə edib ki, azad olunmuş ərazilərin inkişafı qonşu ölkələrin də marağına səbəb olacaq:
"Artıq İranın 30 şirkəti həmin bölgə üçün maraqlı olduğunu bildirib. İstər-istəməz Xudafərində yeni bir körpünün tikilməsi və gediş-gəlişin artması yeni bir bazarın yaranmasına gətirib çıxacaq. Belə ki, Təbrizin özü azad olunmuş ərazilərə yaxındır. Artıq gələcək günlərdə qarşılıqlı danışıqlar aparmaqla birgə müəssisələr fəaliyyətə gətirmək olar. Bunlar qida, tekstil, turizm və digər sektorlar da ola bilər. Mənə elə gəlir ki, İrandan gələcək turstlər, Bakıya gəlib-getməkdənsə, azad olunmuş ərazilərə daha çox üz tutacaqlar.
Digər qonşu ölkə Rusiya ilə də daha çox kənd təsərrüfatı sahəsində yeni qarşılıqlı işlərlər qurula bilər”.
Oxşar xəbərlər
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
4 yanvar 2026 00:55
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 2025 23:18
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Azər Allahverənov Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi olub
25 noyabr 2025 21:03
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 2025 12:01
- Zakir Qaralova məxsus şirkətlərin vergi borcu - 5 MİLYON
11 noyabr 2025 20:48
- Ramiz Mehdiyevin Memarlıq İttifaqını ələ keçirməsinin tarixçəsi - Məşhur memar sirləri açdı
11 noyabr 2025 09:26
- 15 yaşadək yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə - AVROPADA
9 noyabr 2025 19:53
Xəbər lenti
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 12:42
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 22:39
- Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri
10 yanvar 21:38
- İranda generalının oğlu öldürüldü
10 yanvar 21:14
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 21:05
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 13:30
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 13:09
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 11:50
- Rza Pəhləvi Trampa çağırış etdi - Hazır olun
10 yanvar 11:35
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 11:21
Video & Fotoqalereya
Video
Fotoqalereya
