İşçilərinin qanını satan baş həkim - SENSASİYA
Cəlil Nəzərovun təkcə Masallıda deyil, ölkə xaricində, əsasən Türkiyədə də biznesinin olduğu deyilir.
Masallıda rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun həbsi geniş müzakirə mövzularındandır. Uzun illər vəzifədə olan Cəlil Nəzərovu rayonda “başçıları susuz yola salan” baş həkim kimi tanıyırlar.
Cəlil Nəzərov yanvarın 22-dən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Binəqədi Rayon Məhkəməsi barəsində həbs-qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Bir çoxları baş həkimin həbsini gecikmiş hesab edir. İllərlə rayon mərkəzi xəstəxanasına rəhbərlik edən Cəlil Nəzərov Masallıda daha çox məmur-biznesmen kimi tanınır.
Onun baş həkim kimi işçilərinin sözün əsl mənasında qanından belə pul qazanması haqda məlumatlar illərdir ki, dövriyyədədir.
Hər il Masallıda tibb işçilərinin könüllü qanvermə aksiyası keçirilir. Masallı Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərov aksiyanın gedişatında yeni “qayda” tətbiq edib. Belə ki, səhhəti imkan verməyən və digər hər hansı səbəbdən qan vermək istəməyən tibb işçiləri qan əvəzinə baş həkimə pul ödəyib. Cəlil Nəzərovun “qaydasına” görə “cərimənin” məbləği 20 manat olub. Qan və ya 20 manat ödəməyən tibb işçisi işdən çıxarılma ilə hədələnib. Şikayətçilər Oxu.az-a deyib ki, hər il keçirilən qanvermə aksiyası baş həkimin əlavə qazanc yeri imiş. İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılıb.

İşçilərin qanını belə alver predmetinə çevirə bilən Cəlil Nəzərovun Masallının Hişkidərə kəndi ərazisindəki “Qamo” istirahət mərkəzi Masallı və ətraf rayonların rəhbər şəxslərinin, deputatlarının sevimli istirahət mərkəzi olub. Belə məclislərdən birində Cəlil Nəzərovun 2-3 manatlıq arağı alıb çox bahalı içki kimi deputatlardan birinə içirtməsi hələ də gülüş üçün yada salınan olaylardandır. Həmin kef məclisinin şahidləri deyir ki, “bomj” arağını bəh-bəhlə içən deputat sonda ləngər vurub, ayaqları bir-birinə qarışıb və yerə çırpılmışdı. Deputatın ağzından protez dişlərinin çıxıb bir kənara düşməsi, Cəlil Nəzərovun yerdə əl-qol atıb ayağa qalxmağa çalışan deputatı videoya çəkməsi də bir başqa söhbətdir.

“Qamo”nun Cəlil Nəzərovun oğlu Xaliq Nəzərovun adına olduğu bildirilir. Qeyd olunur ki, rayona hər yeni başçı təyin olunanda Cəlil Nəzərov ona “Qamo”ya şərik olduğunu deyib, özünə qarşı loyallığı təmin edirmiş. Bu şərikliyi başçı vəzifəsindən çıxarılandan sonra bitirib. Bu minvalla “Qamo”nu böyük istirahət mərkəzinə çevirib. “Qamo” talış dilində “isti su” deməkdir. Bu istirahət ocağı Masallı rayon mərkəzindən 20, Boradigah qəsəbəsindən 7 km aralıda (Hişkədərə - Miyankü - Kubin kəndləri istiqamətində) yerləşir. Mərkəzdə 6 müalicəvi isti su vanna otaqları yerləşir. Bu vanna otaqlarında 55 dərəcəyə yaxın müalicəvi isti sudan istifadə olunur. Hansi ki, vannalarda müalicə qəbul edənlər dəri, revmatizm, oynaq ağrıları və digər xəstəliklərdən şəfa tapırlar. “Qamo”da 6 kottec, 4 ədəd hotel otağı yerləşir ki, burada da eyni vaxtda 30-35 nəfər qonağın qəbul edilməsi mümkündür. Burada 8 çardaq, 1 qapalı, həmçinin 200 nəfərlik açıq, ikimərtəbəli restoran var. 100 nəfərlik hovuz (140 sm dərinlik); Uşaqlar üçün əyləncə yeri; Toy, ad günləri, yubiley və digər mərasimlərin keçirilməsi; paintball; masaj; sauna xidməti; süni şəlalə; bilyard, tenis və digər stolüstü oyunlar; uşaqlar üçün daha böyük məcarə düşərgəsi; meşənin içində piknik əraziləri; Türkiyədə 5 ulduzlu hotellərdə çalışmış konki ilə hərəkət edən qızların serviz xidməti; Şərq üslubunda çay və şirniyyat evi və s. xidmətlər göstərilir.
Cəlil Nəzərovun “Qamo”su 2014-cü ildə ölkə mətbuatının gündəmində idi. Həmin vaxt istirahət mərkəzindəki hovuzda Masallının Qarğalıq kənd sakini olan 10 yaşlı Rauf İlkin oğlu Novruzov boğulmuşdu. Uşaq ilkin olaraq Masallı Regional Təcili Yardım Xəstəxanasının baş həkimi Firudin Qənbərovun evinə aparılıb. Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Cəlil Nəzərovun evinə götürülüb. Bundan sonra uşağın qarpızdan zəhərləndiyi versiyası dövriyyəyə buraxılmışdı. Ortada uşağın boğulma videosu ola-ola ölümü “qarpızdan zəhərlənmə” kimi qeydə almışdılar. Sonradan uşağın boğulma anı olan video da saytlardan yoxa çıxarıldı. Beləcə, Cəlil Nəzərovun istirahət mərkəzindəki ölüm işi bağlandı, “Qamo” heç nə olmamış kimi fəaliyyətini davam etdirdi.
Cəlil Nəzərovun varidatı bununla bitmir. Onun ölkə xaricində, əsasən Türkiyədə də biznesinin olduğu iddia olunur. Bildirilir ki, Cəlil Nəzərov həbs ediləcəyi ilə bağlı əvvəldən məlumatlı olub. Buna görə də əlində olan pul-paranı toplayıb gizlətməyə çalışıb. Qəfil əməliyyat zamanı maşınından külli miqdarda pul və qızıl götürülməsi iddiası da var.
Mənbə: Yeni Müsavat
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
3 fevral 2026 19:15
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- Azərbaycanda yeni nəslin BOYU azalır
28 yanvar 2026 15:34
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
5 yanvar 2026 14:03
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 2025 11:30
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
29 dekabr 2025 17:33
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
