“Hazırda deputat olan şəxs: “Bəy, gözünüz aydın, parlamenti aldıq”
İdman5 fevral 2021 17:48
“Pənah Hüseyn parlamentə hərbi yürüşdə nəinki iştirak edirdi, hətta öndə gedənlərdən idi. İrəlidə hərbi texnika, silahlı hərbçilər, onların arxasında hərbi yürüşün təşkilatçıları və insanlar...
Hüseyn Cavid prospektini keçib, indiki Parlament(ovaxt ki Nərimanov) prospekti ilə irəliləyirdilər. Yəqin ki, AXC-nin qərargahından Ali Sovetin binasına getmək üçün bu marşrutun seçilməsi daha çox insanın cəlb olunması məqsədini güdürdü. Demək olar ki, şəhərin yarısından keçib gəlmişdilər. Cəbhəçilərin parlamentə yürüşü zamanı bir epizod daha çox yadda qalan oldu - atişma səhnəsi...”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi Qulu Həsənzadə danışıb.
“Pənah Hüseyn bu gün demokratiyadan dəm vurur, 1992-ci il mayın 14-də Ayaz Mütəllibovun 200-dən çox deputatın tələbi ilə qanuni qayıdışını “dövlət çevrilişi” adlandırır. Amma gəlin, Ayaz müəllimin mayın 14-də bir güllə səsi eşidilmədən, bir nəfərin burnu qanamadan Ali Sovetə gəlişini ertəsi gün- ayın 15-də “BTR”-lərin, avtomatla, qumbaraatanla silahlanmış izdihamın zor gücünə parlamentə soxulması hadisəsini müqayisə edək. Onda həqiqətin hansı tərəfdə olduğunu əyani şəkildə görəcəyik”- deyən eks-prezidentin mətbuat katibi özünün şəxsən şahidi olduğu olaylardan bəhs edib.
“Pənah Hüseyn faktları, dəqiqliyi sevən siyasətçilərdəndi, yəqin ki, deyilənlərin gerçək olduğunu etiraf edər... Müdafiə Nazirliyinin qarşısında iştirakçıların qarşısına bir “Juquli-011” markalı avtomobil çıxdı və insanların üstünə yeridi. Ola bilsin, bu da senariyə daxil edilmiş səhnələrdən biri idi. Maşından havaya boş güllələrlə atəş açıldı. Bir dəqiqənin içində prospekt boşaldı, hamı o yan-bu yana dağılışdı, Nazirliyin qarşısındakı agacların, kolların arasına doluşdular. “Juqili”dəkilər yolun açıldığını görüb uzaqlaşdılar. Bir vurhavur düşdü, aləm qarışdı. Hərbçilər də avtomatdan atəşə başladılar, hətta Müdafiə Nazirliyini qoruyan əsgərlər də yerə uzanıb parlament binasına tərəf güllə atmaga başladılar. Hərbi yürüşdə olan hərbçilərdən fərqli olaraq onların başında dəbilqə, əyinlərində, səhv etmirəmsə, qoruyucu jilet var idi. Yəqin, bunlar o vaxtki Müdafiə naziri Rəhim Qaziyevin də yaxşı yadında olar... Bütün bunlar guya qarşı tərəfin – yəni Mütəllibov tərəfdarlarının parlament binası və “Moskva” mehmanxasından atəş açaraq qarşılıq verməsi təsəvvürü yaratmaq və parlamentə silahlı yürüşə haqq qazandırmaq məqsədi güdürdü...
Əsl vurhavur da bundan sonra Ali Sovetin qarşısında oldu. Pillələrdə uzanıb binaya tərəf atəş açan kim, qumbaraatanla vuran kim. Maraqlısı odur ki, binanın içində əks tərəfdən bir adam belə yox idi. Olsa-olsa, parlamentin işçilərindən kimsə var idi...
Atəş açanlar, az qala, o vaxtkı “Moskva” mehmanxanasının axırıncı mərtəbəsində çəkiliş aparan jurnalistlərdən birini vurub öldürmüşdülər. Yaxşı ki, əsgər düz nişan almamışdı. Demək olar ki, bir “Kalaşnikov” darağını boşaltdı ora. Sonralar məlum olub ki, onlar “ANS-in əməkdaşları imiş, biri də Murşahin...
Əynində hərbi qeyim, başında cümhuriyyət dövrü milli Müsavat əsgərinin papağı olan təxminən 70-80 yaşlarında bir cəbhəçi də “mauzer” tapança ilə atəş açirdı. Amma əks istiqamətdə. Yəqin ki, sevinc atəşləri idi... Camaatın arasından ata-ata bizimlə də üzbəüz çıxdı. Az qalmışdı kimisə vursun, xoşbəxtlikdən heç kimi yaralamadı və gülləsi bitdi. Silahı bir də doldurmaq istəyəndə başını itirmiş aqsaqqalı tanıyan cavanlar tapançanı əlindən bir təhər aldılar...
Həmin vaxt Pənah Hüseyn iki nəfər məşhur müxalifət nümayəndəsi ilə(onlardan biri hal-hazırda dünyasını dəyişib) Müdafiə Nazirliyi binasının səkisinin kənarına çəkilib gözləyirdilər. Xarici görünüşlərindən çox həyəcanlı və narahat olduqları açıq-aşkar bilinirdi. Ətraflarında da hərbi geyimdə sılahlı adamlar var idi. Yəqin ki, mühafizəçiləriydi. Bir müddətdən sonra Ali Sovetin binası tərəfdən hazırda deputat olan başqa bir məşhur müxalifət təmsilçisi, AXC fəalı qaça-qaça sevinclə Pənah Hüseyngilə tərəf gəlib parlament binasına daxil olduqları müjdəsini verdi. İndiyədək onun sözləri yadımda qalıb: “Bəy, gözünüz aydın olsun, parlamenti aldıq!..” Ətrafdakı bir neçə adam da cəbhəçi fəalın bu haylı-küylü gözaydınlığına belə cavab verdi:
“Qardaş, nə olub?! Elə bil, Bastiliya qalasını almısız, Şuşanı azad etmisiz, öz deputatlarımızın əyləşdiyi parlamentimizdi də...” Elə bu sözlər də sanki 15 may hadisələrinin əsl mahiyyətinə işarə oldu...” – deyə Qulu Həsənzadə vurğulayıb.
Qeyd: Açıqlamada adı çəkilən şəxslərin fikirlərini dinləməyə hazırıq.
Oxşar xəbərlər
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
