Professor Vaqif Abdullayev yazır - MÜBARİZLİK ZİRVƏSİ
Cəmiyyət7 fevral 2021 10:55
Vaqif Abdullayev - sabiq deputat , siyasi elmlər doktoru, professor
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Vətən sevgisiylə dünya azərbaycanlılarının, türklərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov qəhrəmanlıq simvolumuzdur.
... Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. Xocalı qətliamı baş verəndə onun cəmi 4 yaşı var idi, televiziyada günahsız körpə və uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə işgəncələr verərək öldürən erməni cəlladlarının amansızlıqlarını görəndən sonra düşmənə nifrəti artmış, qisas almaq barədə düşünmüşdü. Böyüdükcə erməni terrorçularının əsil mənfur sifətini daha dərindən dərk edirdi və işğal altında olan Vətən torpağını azad etmək amalı, intiqam hissi də böyüyürdü.
... Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə çavuş rütbəsində başa vuran Mübariz bir müddət mülki işlərdə işlədi, ancaq dinclik tapa bilmirdi. Onun üçün Vətən hər şeydən üstün, hər şeydən Uca idi. “Vətən torpağı düşmən tapdağındadır, düşməni doğma torpaqardan qovmaq lazımdır” qəti fikri ilə cəbhə bölgəsinə yollanır.
... Vətən yolunda canından keçməyə hazır olan Mübariz ailəsinə yazdığı son məktubda erməni cəlladlarının başını əzərək son nəfəsinə qədər döyüşəcəyini qeyd edirdi: “Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
... Düşməndən qisas almaq, intiqam hissi ona rahatlıq vermirdi, fürsət gözləyirdi. 2010-cu il gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz zərbə endirdi, onların çoxusunu məhv etdi. Sonra köməyə gələn düşməni öz silahlarından özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşərək ağır itkilərə məruz qoyur, səhərə qədər davam edən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
... Mübariz ona qoyulan adı doğrultdu. Adındakı möhtəşəmliyi ilə Vətənin adını ucaltdı. Bahar günlərinin birində ömrünün bahar çağında 22 yaşında mübariz Şəhidliyə ucaldı. Mübarizlik Zirvəsinə ucaldı.
... Ali Baş Komandan, Prezident İlham Əliyev Mübariz İbrahimovu Vətənin qəhrəman oğlu adlandıraraq Onunla qürur duyduğunu xatırlatmışdır. O dövrdə Mübariz İbrahimov və Fərid Əhmədovun nəşini vermək istəməyən Ermənistan məkrli əməllərindən əl çəkmək istəməsə də, İlham Əliyevin uzun müddət davam edən gərgin əməyindən sonra hər iki şəhidimizin nəşini ölkəyə gətirmək mümkün oldu. Prezident İlham Əliyev Mübarizin və Fəridin vida mərasimində iştirak etdi, dərin ehtiramını bildirdi, onların valideynləri ilə görüşdü.
.... Mübarizin igidliyi, fədakar döyüş əzmkarlığı və rəşadəti Cənab Prezident tərəfindən yüksək dəyərləndirilib, Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə doğulduğu Biləsuvar rayonunun orta məktəblərindən birinə adı verilibdir, Biləsuvardakı küçələrdən biri Mübarizin adını daşııyr.
... Şəhidlik yenilməzlik rəmzidir. Onun yenilməzliyi dillərə dastandır. Mübarizin mübarizliyindən dünya danışır. Rusiya prezidenti Vladimir Putinin Mübariz İbrahimov haqqında danışarkən heyrətini gizlədə bilmirdi: “Mən çox qəribə və maraqlı məlumat almışam. Azərbaycanda yeni Rembo peyda olub. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinoda 200 nəfərdən çox adam öldürəndə, deyirsən ki, bu fantastikadır. Axı, necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş isə bu bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəşlə hamısını yerə sərir. Bu heç cür ağılabatan deyil. Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var”.
... Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Mübariz İbrahimovu bütün türk dünyasının qəhrəmanlıq örnəyi hesab etdiyini bildirib. Cənab Ərdoğan ötən il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər Paradında bir daha Mübarizə böyük ehtiramını nümayiş etdirərək “Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür” deyə xatırlatdı. Qardaş ölkədə işıq üzü görən baxımlı film və seriallarda Mübariz İbrahimovun adı sonsuz hörmət və məhəbbətlə yada salınır, Onun haqqında kitablar nəşr edilir.
... Mübariz şəhidlərimizin sərdarıdır. Hər bir əsgər, gizir Mübarizilik məktəbində yetişib, Mübarizi örnək hesab edirlər. Müzəffər Ordumuz 44 günlük Vətən savaşında Mübarizin şəhid olduğu yüksəklikdəki postumuza üçrəngli bayrağımızı ucaltdı. Mübarizin ayaq izləri qalan, qanı hopan bu müqəddəs torpaq erməni murdarlarından təmizləndi, paklaşdı, Mübarizin qisası alındı, ruhu şad oldu. Onun ayaq basdığı, Ucaldığı, Adını daşıdığı bu yüksəklikdə Azərbaycan Bayrağı dalğalanır!
...Cəsurluq, igidlik, mərdlik, kişilik məktəbi olan Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir. Onun əziz xatirəsi heç vaxt unudulmayacaq, hər zaman qəlbimizdə yaşayacaqdır.
Mübarizin və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
Oxşar xəbərlər
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 2025 00:04
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 2025 01:55
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 2025 16:16
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 2025 20:39
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 2025 15:18
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 2025 22:38
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 2025 13:11
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 2025 11:07
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 2025 22:19
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 2025 18:24
Xəbər lenti
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 03:41
- Prezidentdən Qubadlının azad olunması münasibətilə paylaşım
25 oktyabr 01:55
- Pezeşkian: Neftimiz, qazımız var, amma xalqımız acdır
25 oktyabr 01:39
- Putin İlham Əliyevə zəng etdi
24 oktyabr 23:55
- Keçmiş Prezident həbsxanada BABA oldu
24 oktyabr 23:48
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 23:36
- Şahin quşunu qanunsuz ovlayanlar saxlanıldı - Hərəsinə 2 min manat cərimə-Fotolar
24 oktyabr 23:29
- Veteranlara verilən 80 manat artırılacaq?
24 oktyabr 22:42
- Sərdar Səfərova general-mayor rütbəsi və yüksək vəzifə verildi
24 oktyabr 22:05
- İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil... - Zahid Orucdan MÜHÜM ÇIXIŞ
24 oktyabr 12:45
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 12:41
- Bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi - Siyahı
24 oktyabr 12:20
- Hər gün mixək çubuğu çeynəyin...
24 oktyabr 11:24
- Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada, o biri ...
24 oktyabr 11:01
- Noyabrda 12 gün iş olmayacaq - Tarixlər
24 oktyabr 01:34
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 00:22
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 00:04
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 22:02
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
23 oktyabr 15:37
- Həlak olan daha 1000 əsgərin CƏSƏDİ Ukraynaya qaytarıldı
23 oktyabr 15:09
- İqbal Məmmədovun MİLYONLARLA VERGİ BORCU VAR
23 oktyabr 15:01
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 13:31
- Bir şəklin tarixçəsi: Fəzail Ağamalı Ramiz Mehdiyevin önündə məruzə edir
23 oktyabr 11:41
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 11:26
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:16
- Bakıda evin kirayə haqqını verə bilməyən ALİM küçədə yıxılıb ÖLDÜ
23 oktyabr 11:01
- Qazaxıstanda ağır qəza - 12 ölü
23 oktyabr 10:48
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 01:55
- Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
23 oktyabr 01:25
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 00:58
Video & Fotoqalereya
Video
Fotoqalereya
