Ölkəmizi təbliğ edən polyak qız
Mədəniyyət7 fevral 2021 16:31

Azərbaycan adına hər birimiz tərəfindən atılması vacib olan addımlar var. Həm ölkəmizin, həm tariximizin, həm də mədəniyyətimizin tərənnümü üçün hər birimiz fərd olaraq nələrsə etməliyik. Bu gün xaricdə yaşayan həmvətəblərimizin adını daha yüksək zirvələrdə eşitmək bizi sevindirir. Amma ölkəmizin, mədəniyyət və tariximizin tərənnümü üçün bu gün müxtəlif ölkələrdə yaşayan əcnəbilər də öz töhfələrini verirlər.
Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti isə gənc polyak qız Mariya Bita Jaqodzinska olub.
- Öncə özünüz, təhsiliniz haqda məlumat verərdiniz.
- 23 yaşım var, vətənim Polşada, Varşavada təhsil almışam. 2020-ci ildə Varşavada təhsil aldığım universitetin "Beynəlxalq Münasibətlər" fakültəsini bitirdim. Diplom işim Dağlıq Qarabağ konflikti haqda idi. İkinci bir təhsilim də var. Hazırda mən hüquq üzrə ikinci kurs tələbəsiyəm.
- Azərbaycana ilk gəlişiniz nə ilə əlaqədar olub?
- Yarışda qazandığım mükafatla əlaqədar olaraq Azərbaycana gəlmişdim. Bu yarış "Mən Azərbaycan haqda nə bilirəm" adlanırdı. Mənim essem də həmçinin Dağlıq Qarabağ konflikti haqda idi. Beləcə ilk dəfə olaraq Azərbaycana gəldim. Səfərlə bağlı təəssüratlarıma gəldikdə isə, hər şey çox gözəl və yüksək səviyyədə idi. Azərbaycanın nəfəskəsici, füsunkar təbiəti, qədim və müasir arxitekturası ilə tanış oldum, bu gözəlliyə valeh oldum. Buranın iqlimi kimi, insanları da çox mülayim, mehriban və çox qayğıkeşdilər. Azərbaycanlı mühazirəçi mənə Azərbaycanın qədim mədəniyyəti haqda da geniş məlumat verir. Düzünü desəm, bu günədək onun qədər pozitiv və gözəl bir insan görməmişəm.
- Bəs ölkəmiz haqda ilk məlumatı haradan almısınız?
- Düzü Azərbaycan haqda ilk məlumatı Qafqazla bağlı araşdırma edərkən əldə etdim. Beləcə, ilk olaraq Gürcüstanla maraqlandım. Sonrakı mərhələdə isə artıq Azərbaycanla bağlı məlumatlar toplayıb, araşdırmağa, ölkənizi öyrənməyə başladım. Bir də gördüm ki, artıq Azərbaycan mədəniyyətinin içindəyəm. Artıq "Beynəlxalq Münasibətlər" fakültəsinin ikinci kursunda oxuyanda özüm üçün bir mühazirə seçdim. Bu mühazirə "Azərbaycan dili və mədəniyyəti" adlanırdı. Düşünürəm ki, bu mövzu akademik fəaliyyətim üçün ən gözəl mövzudur. Sonrakı fəaliyyətimdə isə mən Azərbaycan tarixini araşdırmağa çalışdım. Azərbaycanın müasir tarixi də məni çox təsirləndirdi. Azərbaycanı haqlı olaraq "odlar diyarı" adlandırırlar. Burada sanki hər şey dinamikdir, hər şey bir fərqli ruhdadır, hansı ki, mən bunu öncələr hansısa ölkədə olarkən müşahidə etməmişəm. Buradakı müasir binalar mənə daha fərqli təsir bağışlayır. Azərbaycan inanılmaz müxtəlifliklərin və tolerantlığın bariz nümunəsidir. Mən katolikəm, amma Azərbaycanda mənim katolik olmağım kimsə üçün problem deyildi. Burada olarkən Bakının və neft sənayesinin inkişafında yardım göstərən əcdadlarımla fəxr etdim bir daha.
- Valideynlərinizin Azərbaycanla bağlı təəsüratları necədir?
- Valideynlərim hər zaman dünyada baş verən hadisələrlə yaxından maraqlanıblar. Valideynlərim çox dünyagörüşlüdür, onlar mənim Azərbaycanla bağlı təəssüratlarıma, düşüncələrimə hörmətlə yanaşır, mənə dəstək olurlar. Azərbaycan sevgimi ən gözəl anlaya bilən şəxs anamdır. Hərdən onunla zarafatlar edirəm, deyirəm ki, bir gün Azərbaycana gedəcəyəm və səni də özümlə aparıb orada birgə yaşayacağıq.
- Necə oldu ki, belə bir bloq yaratmağı qərara aldınız?
- Artıq Azərbaycan haqqında kifayət qədər məlumatım var idi, tarixi və mədəniyyəti haqda bilirdim. Bu səbəbdən də düşündüm ki, bu haqda bir bloq yaradım. Artıq bir neçə həftədir ki, bu bloqu yaratmışam. Buradakı yazılar sırasında Azərbaycanda olduğum müddətdəki müşahidələrim, təəssüratlarım, topladığım materiallar da yer alıb. Bu bloq vasitəsilə Azərbaycan və onun mədəni nümunələri haqda müxtəlif məlumatlar paylaşıram. Mən bloqumda oxucularımı çaşdırmamaq üçün Vikipediya məlumatlaırna deyil, daha tutarlı mənbələrə, araşdırmalara istinad edirəm. Elektron kitabxanalardan da yararlanıram. Bloqumda Azərbaycanın çay mədəniyyəti haqda da maraqlı bir yazı yer alıb. Növbəti yazılarım isə "Kitabi Dədə Qorqud" və Şəki haqqında olacaq. Məqsədim, hələ polyak turistlər üçün populyar bir yer olmadığı üçün, Polşa xalqını Azərbaycana cəlb etməkdir.
- Azərbaycan dilində necə, bilirsizmi?
- Düzünü desəm, yox. Yalnız bir neçə kəlmə bilirəm, "armudu" və "çox sağ ol", kimi.
- Bizim öncə də sizin kimi bir neçə müsahibimiz olub və siz də onlar kimi sosial şəbəkə hesabınızdan Azərbaycaana hər zaman dəstəyinizi nümayiş etdirmisiz. İstəyərdim bu haqda danışasınız.
- Ümumiyyətlə, beynəlxalq hüquqa zidd addım atıldıqda, yaxud da heç nə olmamış kimi bir təəssürat yaradılmağa çalışıldıqda mən neytral mövqedə ola bilmirəm. Öz sosial media hesabımdan petisiyalar paylaşır və elə buradan da hər kəsi Azərbaycanla bağlı həqiqətləri yaymağa, dəstək olmağa səsləyirəm.
Oxşar xəbərlər
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 2025 02:36
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 2025 01:47
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 2025 21:17
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 2025 08:15
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 2025 13:27
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 2025 22:23
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 2025 21:54
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 2025 13:11
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 2025 11:03
Xəbər lenti
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
Video & Fotoqalereya
Video
Fotoqalereya