Ramiz Mehdiyev, Eldar Mahmudov, Çingiz Əsədullayevin adı keçən məhkəmə - Film kimi cinayət
Cəmiyyət8 fevral 2021 15:55
Bakıda milyonlar mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. İşdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun adamlarının adı keçir. Həbs edilən şəxs özünün zərərçəkmiş olduğunu, MTN-nin onu oğurlayaraq döydüyünü deyir.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb.
Həbs edilən şəxs 1982-ci il təvəllüdlü Şeydayev Cavad Məzahir oğludur. Şeydayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) 178.3.2-ci (Dələdulzuq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Təqsirləndirilən Cavad Şeydayev iş görmək adı ilə bir neçə nəfərdən külli miqdarda pul almaqda və onların etibarından sui-istifadə edərək aldatmaqda və Əziz Quliyev adlı şəxsə hədə-qorxu gəlməkdə suçlanır. Elə iş üzrə əsas zərərçəkmişlərdən biri 1975-ci il təvəllüdlü Quliyev Əziz Göyüş oğludur.
İttihama görə, Cavad Şeydayev Əziz Quliyevin 919 min manat pulunu ələ keçirib. İş üzrə digər zərərçəkmişlərin bir neçəsi ilə Cavad Şeydayev arasında barışıq əldə edilib.
Cavad Şeydayev yalnız Əziz Quliyevin epizodu üzrə özünü təqsirli bilmir və deyir ki, digər şəxslərə də borcunun yaranmasının səbəbkarı Əziz Quliyevdir.
Məhkəmə araşdırması zamanı Cavad Şeydayevin ifadəsi ilə maraqlı faktlar və iddialar ortaya çıxıb. Cavad Şeydayev zərərçəkmiş kimi tanınan Əziz Quliyevin Ramiz Mehdiyevin adamı olduğunu, "ağsaqqal” deyərək onun adından istifadə etdiyini deyib.
Hadisələrin başlanğıcı 2013-cü ilə gedib çıxır. Cavad Şeydayev özünə məxsus klinikanı satmaq istəyib. Bu zaman Əziz Quliyev müştəri kimi Ramiz Mehdiyevi tapdığını, bütün işləri də Ramiz Mehdiyevin köməkçisi Anar vasitəsi ilə həll edəcəyini bildirib.
Cavad Şeydayev deyir ki, klinikanın cərrahiyyə şöbəsinin baş həkimi Elşən Əliyev olub. Dayısı Tofiq Nəsirov isə klinikanın direktoru imiş.
Həbsdə olan Cavad Şeydayev ifadəsində göstərib ki, klinikanı satmaq üçün 5 milyon desə də son olaraq 4 milyon 200 min manata razılaşıblar.
"Bundan bir müddət əvvəl Türkiyədəki biznesimdə xeyli pul itirmişdim. Buna görə də borclarım var idi və klinikanı satmalı idim. "Azəriqazbank”dan 2 milyon 400 min manat kredit götürmüşdüm.
Əziz Quliyev dedi ki, Ramiz Mehdiyevə qiyməti 4 milyon deyəcək. 200 min də özü qoyacaq. Əziz söyləyirdi ki, alıb özləri işlədib, Ramiz Mehdiyevin sayəsində çörək qazanacaqlar”- deyə Cavad Şeydayev bildirib.
Onun sözlərinə görə, kredit məsələsini həll etmək üçün Əziz Quliyevlə birlikdə "Azəriqazbank”a gediblər. Bankın rəhbəri olan Çingiz Əsədullayevlə görüşüblər.
Xatırladaq ki, Çingiz Əsədullayev sabiq MTN rəhbəri Eldar Mahmdovun yaxın adamı olub. Eldar Mahmudov vəzifədə olduğu müddətdə Çingiz Əsədullayev həm də deputat idi. Mahmudov postunu itirəndə Əsədullayev də mandatını itirdi.
Cavad Şeydayev ifadəsinin davamında göstərib ki, banka gedən zaman Əziz Quliyev orada deyib ki, Ramiz Mehdiyevin köməkçisi Anar müəllimin dediyi adamlardılar və Çingiz Əsədullayev onları gözləyir.
"Bizi qəbul etdilər, Sonra ƏZiz Quliyev Çingiz əsədullayevlər görüşdü və məsələ həll oldu”- deyə Cavad Şeydayev qeyd edib.
İşin davamında Əziz Quliyev Cavad Şeydayevə ilkin ödəniş olaraq 150 min manat verib.
"Bankdan götürülən kreditlə mənə verilməli olan pulun bir hissəsi də verildi. Əziz Quliyevin mənə 919 min manat verəcəyi qaldı. Sonra pulumu ödəmədi. Tələb edəndə isə məni hədələməyə başladı. Deyirdi ki, iş "ağsaqqala” çatsa axırı yaxşı olmayacaq. Müxtəlif dostlar vasitəsi ilə Ramiz Mehdiyevə çıxmaq, problem demək istəyirdim. O zaman Prezident Aparatının səhv etmirəmsə, təhlükəsizilik idarəsinin rəsi Teymuraz müəllim var idi. Dostlar vasitəsi ilə onunla əlaqəyə girdim. Amma nəticə olmadı.
Bir gün də Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə görüşdük. Əziz Quliyev də orada idi. İlham Əliyev Əzizə dedi ki, mənim adımdan istifadə edirsən? Sonra İlham Əliyev məni günahkar çıxarmağa başladı ki, niyə Ramiz Mehdiyevin adını çəkmişəm. Çünki mən çox yerə şikayətlər edirdim. Amma bir nəticə yox idi. Hər yerə teleqram vurdum, polisə getdim. Şikayətlər edən ərəfədə, 2014-cü ildə ofisimdə oturduğum zaman MTN əməkdaşları başıma torba keçirib apardı. 8-9 nəfər qara maskalı şəxs idi. Mənə dedilər ki, Eldar Mahmudovun əmisi oğlu Vüqar tapşırıb. Səhərə qədər döydülər. Dedilər ki, Əzizi şantaj etdiyimi yazım. Bununla da mənim almalı olduğum pulu Əziz məndən tələb elədi. Mənə həm hədə-qorxu və şantajla pul tələb etmə, həm də dələduzluqla cinayət işi açdılar. Hara da şikayət etdimsə baxan olmadı. Hara gedirdimsə deyirdilər ki, Anar müəllim tapşırıb, "ağsaqqal”ın adını verib”- deyə C.Şeydayev dediklərinə əlavə edib.
Bildirək ki, bu işdə adı keçən Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilmişdi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmişdi.
Polkovnik-leytenant Vüqar Mahmudov 2017-ci ildə həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı. O, iş adamlarına hədə-qorxu gələrək pul tələb etməkdə və mənimsəmədə ittiham edilirdi.
Cavad Şeydayevin cinayət işinin yeni təfərrüatlarını növbəti məhkəmə reportajımızda təqdim edəcəyik.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 2026 20:27
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 2026 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
Xəbər lenti
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
