Bir il keçdi, ən çox bu açıqlamaları müzakirə olundu
Bu gün Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsindən bir il ötür. Ötən dövr ərzində parlamentdə təmsil olunan deputatların bəziləri bir neçə açıqlamasıyla ölkədə gündəm yarada bilib. Hətta onlardan ikisinə parlamentin İntizam Komissiyası tərəfindən töhmət də verilib.
“Qafqazinfo” bir il ərzində fikirləriylə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olan deputatları araşdırıb və onların açıqlamalarını təqdim edir.
YAP-çı deputat Siyavuş Novruzov: O, ötən ilin yayında pandemiya vaxtı toyların qadağan edildiyi dövrdə sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə getməsiylə yadda qaldı. Deputat “toya getmişəm, əcəb eləmişəm” açıqlamasıyla gündəmə gəldi. Bu açıqlamasından sonra o, YAP-da tutduğu vəzifədən azad edildi, üstəgəl partiya tərəfindən töhmət də aldı.
Bu günlərdə isə Novruzov suyun vedrəylə ölçülməsi açıqlamalasıyla da müzakirə mövzusuna çevrilmişdi.
Bəhruz Məhərrəmov: O, Vətən müharibəsi ərəfəsində İran və İranın Ali rəhbəri haqqında söylədiyi tənqidi fikirlərə görə gündəmə gəldi. Həmin açıqlamasına görə Milli Məclisin İntizam Komissiyası tərəfindən ona töhmət verildi.
Könül Nurullayeva: Türkiyə kanallarının birində onlayn çıxış edən deputat ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparmışdı. Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Nurullayeva bildirmişdi ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.
Sözügedən açıqlamadan sonra deputata MM-nin İntizam Komissiyası tərəfindən töhmət verilmişdi.
Pərvin Kərimzadə: Xanım deputat müsahibəsində koronavirus pandemiyasının Azərbaycanın həyata keçirdiyi tədbirlər qarşısında əlacsız qaldığını vurğulamışdı.
Nurlan Həsənov: Gənc deputat ölkədə benzinin və dizelin qiymətinin qalxması məsələsində Azərbaycanı Almaniyayla müqayisə etməsi sosial şəbəkələrdə müzakirə olunmuşdu.
Onun sözlərinə görə, Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir: “ Nəzərə almaq lazımdır ki, Almaniya neft-qaz ehtiyatına malik olmayan ölkədir. Lakin Azərbaycanda zəngin neft-qaz ehtiyatları mövcuddur. Bütün hallarda hesab edirəm ki, Tarif Şurası dünya bazarında neftin bahalaşması fonunda qiymət tənzimlənməsini həyata keçirib”.
Vahid Əhmədov: O, müdafiə naziri Zakir Həsənovu və sabiq qərargah rəisi Nəcməddin Sadıqovu Azərbaycan dilini bilməməsinə görə tənqid etmişdi. Yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsini böyük bəla adlandırmışdı.
Vitse-spiker Fəzail İbrahimli: Vitse-spiker parlamentin plenar iclaslarının birində həmkarı Razi Nurullayevi mərsiyəçi Raciyə bənzətməyi ilə gündəm olmuşdu.
"Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür”- deyə vitse-spiker qeyd etmişdi.
Aydın Mirzəzadə: Deputat ad günü münasibətilə onu təbrik edənlərin hamısının siyahısını sosial şəbəkədə yaymasıyla gündəmə gəlmişdi. Müzakirələrdə iştirak edənlər deputatın bu siyahını dərc etmək üçün zaman ayırmasına irad tutmuşdular.
Rafailov Anatoliy Xaimoviç: O, şəhid ailəsinə göndərdiyi kosmetik məhsullarla gündəmə gəlmişdi.
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
